“İranın Oppenheymeri”nin ölümü
Rejimin ən çox qorunan şəxslərdən birinin qətli SEPAH-ın rüsvayçı uğursuzluğu idi
10:20 | 6 noyabr 2017 | Bazar ertəsi
Məqaləyə 2980 dəfə baxılıb
Şriftin ölçüsü
Rejimin ən çox qorunan şəxslərdən birinin qətli SEPAH-ın rüsvayçı uğursuzluğu idi
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
Son bir ayda 20 illik rekord
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
HƏMAS silahı buraxmasa, əməliyyatlar bu dəfə təşkilatın tamamilə məhvinə qədər davam edəcək
Fars-molla rejimi artıq oyuncaqlardan da qorxur
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
Yaxud istibdadın iki üzü
Sanksiyalardan ən çox ziyan çəkən əhali olacaq
İsrail casusu olduğu iddia edilən 10-cu şəxsi ən ağır cəza cəzalandırıldı
İran valyutası rekord həddə ucuzlaşdı
«The Telegraph» yazır ki, Bəhreyn regional sünni gücləri və İran arasında getdikcə qızışan qarşıdurma əsnasında öz vətəndaşlarına Livanı tərk etmək göstərişi verib.
Hazırda Livan hökuməti bu qarşıdurmaya görə iflas həddinə çatıb. Bəhreynin Xarici İşlər Nazirliyi Livanın baş naziri Saad əl-Həririnin gözlənilmədən istefa verməsindən narahatlıq ifadə edib.
Bəhreyn Səudiyyənin hegemonluq etdiyi Körfəz Əməkdaşlıq Şurasında bir qayda olaraq anti-İran ritorikasının ifadəçisi sayılır.
«The Telegraph» yazır ki, Bəhreynin öz vətəndaşlarına Livanı tək etmək əmrini verməsi İran və Səudiyyə arasında çoxcəbhəli qarşıdurmanın bir daha güclənməsindən xəbər verir.
Cənab Həriri vəzifəsindən istefa etdiyini Səudiyyədə elan edib. O bu ölkəyə şəxsi təhlükəsizliyi üçün gəldiyini bildirir. O iddia edir ki, İran tərəfindən ona qarşı sui-qəsd cəhdi olub.
O, İranı Livan siyasətinə müdaxilə etməkdə və bu ölkəni girova çevirməkdə ittiham edib.
Həriri deyib ki, Livanda yaranmış hazırkı situasiya 2005-ci ili xatırladır. O vaxt onun atası, baş nazir Rafiq əl-Həriri avtomobil partlayışında həlak olmuşdu.
İranın Xarici İşlər Nazirliyi bildirib ki, Həririnin istefası Səudiyyə və İsrailin birgə qurduğu planın tərkib hissəsidir. Tehran Livan baş nazirinin həyatına sui-qəsd cəhdi ilə hər hansı əlaqəsi olduğuna dair iddianı rədd edib.
Livanın şiə Hizbullah lideri Sayyed Həsən Nəsrullah Səudiyyəni Həririnin istefasını təşkil etməklə Livanın daxili işlərinə qarışmaqda ittiham edib.
Məqalədə deyilir ki, Livan İran və Səudiyyə arasında siyasi çəkişmənin meydanına çevrilib. Bu ölkədə böyük siyasi qüvvə olan Hizbullah Tehran tərəfindən dəstəklənir.
Hizbullahın müttəfiqi sayılan prezident Mişel Aun (Michel Aoun) deyib ki, baş nazir ölkəyə qayıtmayınca onun istefasını qəbul etməyəcək.