ABŞ-də tarixi fürsət
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
18:44 | 12 noyabr 2017 | Bazar
Məqaləyə 2464 dəfə baxılıb
Şriftin ölçüsü
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Ankara–İslamabad xətti...
Suriya və Səudiyyə Ərəbistanı enerji sahəsində əməkdaşlığa başlayır
Orta Şərqin təmtəraq nümayişi
Livan hökuməti terror təşkilatını tərksilah edə bilmir
Dünyanın ən böyük tikinti sahəsində işlər davam edir
“Hizbullah” rəsmisi: “ABŞ-ın birbaşa müdaxiləsi əsas hədəflərə çatmağa imkan verməzdi”
Səudiyyə Ərəbistanında ölüm hökmü acınacaqlı həddə
Silahlı qarşıdurma arxa plana keçəcəkmi?
Livan terror təşkilatı ilə tam bacara bilmir
Livandan dünəndən razıdır
Livanın baş naziri Saad Həririnin Səudiyyə Ərəbistanına gedərək oradan qəfil istefasını elan etməsinin bəzi təfərrüatları məlum olub. Virtualaz.org xəbər verir ki, «The Washington Post» qəzetinin yazdığına görə Saad Həririni Ər-Riyad aerportundan kral Salmanın iqamətgahına gedərkən yolda oğurlayıblar.
Həriri hesab edirdi ki, Ər-Riyad aeroportundan birbaşa kralın sarayına yollanacaq. Lakin hadisələr lap əvvəldən fərqli cərəyan edib. Baş naziri aerportda qarşılayanlar onu naməlum istiqamətə aparıblar, telefonunu əlindən alıblar və istefası haqda əvvəlcədən hazırlanmış mətni oxuyublar. Bundan sonra Həriri yoxa çıxıb.
Ertəsi gün Həriri Səudların nəzarətində olan «Al-Arabiya» telekanalının efirinə çıxıb və orada istefası haqda məktubunu oxuyub. Bir neçə Livan mənbəsi bildirir ki, Səudlar sülaləsi Saad Həririni qardaşı Bahiya ilə əvəz etmək istəyib. Bahiyanın ailəsini Ər-Riyada çağırıblar və orada ondan krala sədaqət tələb ediblər. Lakin Bahiya bundan imtina edib.
Ötən şənbə günü noyabrın 12-də Livan prezidenti Mişel Ayun Səudiyyə Ərəbistanından tələb edib ki, Həririnin sirli istefasına aydınlıq gətirsin. Ayun tələb edib ki, Həririni Beyrutdakı Səudiyyə səfirliyinə gətirsinlər və orada onun BMT, Avropa İttifaqı və Ərəb Liqası səfirlərinin iştirakı ilə görüşü təşkil olunsun.
Bundan bir gün əvvəl Həriri ilə Ər-Riyadda Fransa səfiri görüşüb. Görüşdən sonra Fransa XİN dumanlı bəyanat yayıb. Bəyanatdan anlaşılmır ki, Həriri ilə bağlı Ər-Riyadda nə baş verir. Orada ancaq o vurğulanır ki, Həriri Ər-Riyadda «hərəkət azadlığına» malikdir.
ABŞ dövlət katibi Reks Tillerson isə Livan hakimiyyətini ölkəni İranla Səudiyyə arasında çəkişmə meydanına çevirməməyə çağırıb. Bəyanatda bildirilir ki, Livanda Beyrutun nəzarətində olmayan qeyri-legitim hərbi birləşmələrə, xarici qüvvələrə yer yoxdur.
Xəbərlərə görə Səudiyyə Ərəbistanı Livan baş nazirini İranyönümlü mövqeyinə görə istefaya məcbur edib.