vaxtlı-vaxtında oxuyun! Bazar, 22 aprel 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 2.0981 AZN
Rusiya rublu 1 RUB = 0.0279 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3933 AZN
Türk lirəsi 1 TRY = 0.4202 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
REPORTYOR  
12:28 | 29 dekabr 2017 | Cümə Məqaləyə 736 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Cəmi 5 nəfər icazə alıb»

Bakıda Şaxta Babalar kəskin azaldı, Yeni il personajları hara yoxa çıxdı…

Gülnar ƏLİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu il Bakının Dənizkənarı Milli Parkında və digər istirahət parklarında yeni il hazırlıqları bir qədər sönük olduğu müşahidə olunur. O cümlədən Yeni il bayramının ənənəvi simvolları olan Şaxta Baba və Qar qıza da Bakı küçələrində demək olar ki, rast gəlinmir. Virtualaz.org qeyd edir ki, bayrama 3 gün qalmasına baxmayaraq, hələ də şəhərin parklarında Şaxta Baba və Qar Qız gözə dəymir.

Ənənəvi bayram hazırlıqları ilə tanış olmaq üçün Dənizkənarı Milli Parka baş çəkdik. Bayrama sayılı günlər qalsa da, bulvarda  hazırlıqlar deyəsən təzə başlayıb. Əvvəllər bulvar boyu müxtəlif yerlərdə hər il 10-a yaxın yolka bəzədilsə də, bu il təkcə bulvarın mərkəzi hissəsində, «Baku Biznes Mərkəzi»nin yaxınlığında yolka quraşdırılıb. Yolkanın üzərindəki bəzək işləri isə hələ tamamlanmamışdı.

Bulvara Bakı sakinlərinin də əvvəlki kimi axışdığını görmədik. Hətta adi günlərdəki qələbəlik də yox idi. Şaxta Baba və Qar Qıza isə bulvar ərazisində ümumiyyətlə rast gəlmədik. Amma  Bulvar İdarəsinin təmizlik işçiləri «Şaxta baba» geyimini xatırladan qırmızı formalarda öz işlərini görməkdə idi.

«Bu il Şaxta Babalar yoxdur, onların bulvarda dayanmalarına icazə verilməyib. Hələ ki, heç yerdə yoxdurlar. Ola bilər ki, bayram günləri yolkanın ətrafında dayansınlar, amma bizim məlumatımız yoxdur», - deyə adını söyləmək istəməyən köşk satıcısı bildirir.

 

«Hörmət elə sonra çək, səhərdən siftə eləməmişik…»

 

Bulvarda tapa bilməsək də  «İçərişəhər» metro stansiyasının yaxınlığında və Qız qalasının qarşısında Şaxta Babaya rast gəldik. Onları cizgi filmlərinin personajları müşayiət edirdi.  «İçərişəhər» stansiyasının yaxınlığında duran Şaxta Baba və «cücənin» yanında fotoqraf da dayanmışdı. Yaxınlaşanlar ya fotonu fotoqrafa çəkdirməli, ya da öz çəkdikləri fotoya görə 1 manat ödəməli idilər. Yeri gəlmişkən, Şaxta Baba virtualaz.org saytının əməkdaşı ilə də havayı şəkil çəkdirmək istəmədi: «Hörmət eləyin, sonra şəkil çəkin. Səhərdən durmuşuq, hələ siftə eləməmişik…»

«28 May» stansiyasının yaxınlığında da əsasən axşam saatlarında Yeni il personajları dayanır. Burada da Şaxta Baba ilə şəkil çəkdirmək istəyənlər 1 manat ödəniş etməlidirlər.

Amma  Bakının digər parklarında hər il rast gəldiyimiz Şaxta Baba və Qar Qız cütlüyü yoxdur. Qeyd edək ki, son illər tətbiq edilən qaydalara görə  paytaxtda Şaxta Baba və Qar Qız kimi fəaliyyət göstərənlər buna görə 60 manat rüsum ödəməlidirlər. ŞƏHƏRDƏ Şaxta Baba və Qar Qızların sayının kəskin azalmasının bu rüsumla nə dərəcədə bağlı olduğunu dəqiqləşdirmək mümkün olmayıb. Digər tərəfdən isə, şəhərdə keçirilən bayram tədbirlərin sayı artdığından, əyləncə mərkəzlərində yeni il şouları təşkil edildiyindən, artıq uşaqların özləri də açıq havada Şaxta Baba və Qar Qıza yaxınlaşmağa, şəkil çəkdirməyə maraq göstərmirlər.

 

Bakıda cəmi 5 Şaxta Baba?

 

Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırovun virtualaz.org-a bildirdiyinə görə, bu günə qədər Şaxta Baba fəaliyyəti üçün cəmi 5 müraciət daxil olub. Onların fəaliyyətinə dekabrın 15-dən icazə verilib. Müraciət edənlər isə paytaxtın müxtəlif ərazilərində quraşdırılan yolkaların ətrafında fəaliyyət göstərmək istəklərini bildiriblər. Belə ki,  Hüseyn Cavid parkındakı yolkanın qarşısında, Nərimanov parkında, 8 km qəsəbəsindəki Heydər Parkında Yeni il personajlarının olacağı məlumdur.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *