
PKK-nın silah qoyması
“Terörsüz Türkiyə” yeni geosiyasi mərhələnin başlanğıcıdır
“Terörsüz Türkiyə” yeni geosiyasi mərhələnin başlanğıcıdır
Terror təşkilatının silah buraxma prosesi dəqiqəbədəqiqə
Qardaş ölkə yeni bir tarixi mərhələyə girir
Abu-Dabi görüşü ilə PKK-nın silahsızlaşdırılması arasında bağ varmı?
Ermənistan “Turan” ideyasından qorxmamalıdır
5 ulduzlu logo ilə bağlı araşdırma başladı, ciddi cəzalar ola bilər, “PUMA” müqaviləni xətm etdi
Türk ordusunun 12 əsgəri şəhid olub
Fransada türklərin antik əşyalarını toplanılır
Hücumlardan sonra ilk uçuş Təbrizdən İstanbula həyata keçirilib
“Bayrağımızla iştirak etdik” deyərək, Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür etdi
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
18 may 1992, Ankara
... Qarabağ nəqliyyat və sülh qovşağına çevrilir
... və formalaşan reallıqlar
«Bu yay həm terrorçular, sonra onları dəstəkləyənlər üçün çox isti keçəcək».
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Müdafiə Nazirliyinin sözçüsünün Türkiyə ordusunun keçirdiyi əməliyyat nəticəsində Suriyanın Afrin bölgəsində mülki şəxslərə ziyan dəyməsi barədə bəyanatına sərt reaksiya verib.
Türkiyənin NTV telekanalının məlumatına görə, bu gün Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu, vicdansızlıq, əxlaqsızlıqdır.
Türkiyə prezidenti qeyd edib ki, ABŞ Suriyada Şərqi Qutada hər gün yüzlərlə qadın, uşağın ölümündən narahat olmur, ancaq Afrində PKK terror təşkilatının Suriya qolu PYD/YPG-nin terrorçularının məhv edilməsindən narahatlıq keçirir: «Biz mülki şəxs və terrorçuları ayırmasaydıq, Afrinə tam nəzarət çoxdan təmin edilmişdi. Biz onları əvvəlcə özlərinin təlim keçdikləri terrorçuların qətl etdikləri, evlərindən qovduqları mülki şəxslərə sahib çıxmağa çağırırıq. Biz terrorçulara dəstəyə görə onları qınamaqdan utandıq, ancaq onlar hələ utanmırlar. ABŞ-da bir qurumun dediklərini o biri qurum təkzib edir. Məsələn, biz Menbiçlə bağlı çoxsaylı sənəd və görüntüləri önlərinə qoyanda bizim haqlı olduğumuzu deyirlər, ancaq bizimlə görüşdən sonra yenə yalanlar söyləyirlər. Bizi terror təşkilatına pulu, silahı kimin verdiyi maraqlandırır. ABŞ dövlət büdcəsindən terrorçulara 500 milyon dollar dəstək verəndə onlara haqlı olduqlarını deyəcəyik?! Bu yay həm terrorçular, həm də onları dəstəkləyənlər üçün çox isti keçəcək. Öncə Menbiçi PYD/YPG terrorçularından təmizləyəcəyik. Sonra Fərat çayının şərqini suriyalılar və Türkiyə üçün təhlükəsiz edəcəyik».