vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 21 may 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 2.0069 AZN
Rusiya rublu 1 RUB = 0.0273 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2966 AZN
Türk lirəsi 1 TRY = 0.3806 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
REPORTYOR  
17:47 | 28 fevral 2018 | Çərşənbə Məqaləyə 571 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Daşdan çörək çıxara bilməyənlər

«Bax, bu saat cibimdə 80 qəpikdən artıq pul yoxdur…»

Ülviyyə XUDİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda iqtisadiyyatın tikinti sektorunda 2015-ci ildən başlayan və ötən ilin sonlarına qədər davam edən durğunluq mişar daşları ilə yüklü maşınların cərgə ilə düzülüb müştəri gözlədiyi «daş bazarları»ında öz təsirlərini hələ də göstərməkdədir. Çünki tikinti bumunun səngiməsinin nəticəsi olaraq mişar daşlarına tələbat azalıb, qiymətlər isə xeyli enib. Nəticədə çörəyi daşdan çıxarmaq indi daha da çətinləşib, müşkülə dönüb...

Bu ilin yanvarından «daş bazarı»nda mişar daşının bir az da ucuzlaşması müşahidə olunur, ötən il 35-40 qəpiyə satılan daş hazırda 30-35 qəpiyə təklif edilir. Paytaxtdakı köhnə, qəzalı evlərin söküntüsündən sonra tikinti sektorunun canlanacağına dair gözləntilər də özünü doğrultmayıb, bazar alıcı üzünə həsrət qalıb. Virtualaz.org saytı xəbər verir ki, metronun «Xalqlar Dostluğu» stansiyasının yaxınlığındakı yol kənarlarında mişar daşı ilə yüklü onlarla yük maşını günlərdir alıcı gözləyir.

 

Ayda 25 manat…

 

Satıcılardan Əmir Həsənov deyir ki, onun «KaMAZ» maşınına 750-800-ə yaxın daş yükləmək olur. Qiymət daşın sayı və keyfiyyətinə görə dəyişir. Məsələn, Türkandan gətirilən 1 maşın daş 250 manatadır: «Bir maşın daşdan 25 manat qazanırıq. Bəzən qiyməti «öldürürlər», bizə heç 15-20 manat qalmır».

Satıcı son 2-3 aydır satış olmadığından «fəhlə bazarın»da günəmuzd işləməklə dolanır: «Baxın, bu maşın 1 aydır buradadır. Sürücü kiminsə bağında işləyir, telefon nömrəsini də qoyub ki, müştəri olarsa zəng vursun. Bəzilərinin axşam evə getmək üçün avtobusa verməyə pulu yoxdur, maşında gecələyir», - Əmir əlavə edir.

Satıcılardan biri isə ciblərini göstərir, cəmi 80 qəpik pulu var. Deyir ki, 20 ildir daş satmaqla ailəsini dolandırıb, indi isə evə çörək almağa belə çətinlik çəkir. «2015-ci ilə qədər yaxşı dolanmışıq. Amma indi ayda heç 25-30 manat da qazana bilmirik. 5-10 daş satanda sevinirik ki, axşam evə 2 çörək ala biləcəyik», - satıcı söyləyir.

 

«Daşın keyfiyyətinə deyil, qiymətinə baxırlar»

 

Satıcılar deyirlər ki, əvvəllər villa və ya özünə bağ evi tikdirən məmurlar, zənginlər daha çox «Qızılqaya daşı» və ya «Qaradağ» mişar daşı sifariş edirdilər. Çünki bu daşlar digər daşlardan fərqli olaraq nəmliyə daha dözümlüdür. İndi isə bazarda bu daşlardan yoxdur. «Yeni tikilən çoxmərtəbəli binalarda əsasən kərpic və betondan istifadə edilir. Yalnız fərdi ev tikənlər daş alırlar ki, onlar da keyfiyyətlə deyil, qiymətlə maraqlanırlar. Biz əsasən Türkandakı karxanadan daş alırıq. Bu daşın da keyfiyyəti pis deyil», - Məhəmməd adlı satıcı söyləyir.

 

«Bizi şəhərə buraxmırlar»…

 

Satıcılar onu da deyirlər ki, yük maşını ilə şəhərə girişlərinə icazə verilmir. Onlar da yol kənarlarında, gəliş-gedişin çox olmadığı yerlərdə dayanmağa məcburdular. Dərnəgüldəki tikinti bazarına da girə bilmirlər, çünki bazarda kənardan gəlib daş satanlara əngəl yaradılır.

«Burada bizdən yer pulu istəmirlər, digər bazarlarda isə satdın-satmadın, gərək gündə yer pulu ödəyəsən», -Məhəmməd əlavə edir. Bildirir ki, 60 yaşı var, «fəhlə bazarı»nda onun kimilərini indi ağac dibi belləməyə də aparmırlar. Ona görə də yol kənarında oturub müştəri gözləməkdən başqa çarəsi yoxdur...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *