“İran su böhranı yaşayır”
Pezeşkian xəbərdarlıq etdi
20:14 | 16 iyun 2019 | Bazar
Məqaləyə 1860 dəfə baxılıb
Şriftin ölçüsü
Pezeşkian xəbərdarlıq etdi
“İran raketlər üçün nüvə başlığı axtarışındadır”
Yeni kvota müəyyən edilib
Rejimin ən çox qorunan şəxslərdən birinin qətli SEPAH-ın rüsvayçı uğursuzluğu idi
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
Son bir ayda 20 illik rekord
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
ABŞ-ın sanksiyaları qara qızılın qiymətlərinə ciddi təsir göstərib
BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi
ABŞ-da neft və benzin ehtiyatları azalması qiymətlərə təsir etdi
“Goldman Sachs” 2026-cı ildə 52 dollarlıq proqnoz verdi
ABŞ-la Çin arasındakı ticarət savaşında qara qızıl zərbə alır
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
Beynəlxalq Enerji Agentliyi may ayı ərzində İranın günlük neft hasilatının 210 min barel azalaraq, 2.4 milyon barelə düşdüyünü bildirib. Bu, 1980-cı illərin sonundan bu günə qədər qeydə alınmış ən aşağı rəqəm hesab olunur.
Agentliyin məlumatına görə, may ayında İranın günlük neft ixracatı da 810 min barelə qədər enib, bu isə aprel ayına nisbətən 480 min barel azalma deməkdir.
Digər beynəlxalq qurumlar isə may ayında İranın günlük neft ixracatının 250- 500 min barel arasında dəyişdiyini deyirlər.
OPEK-in baş katibi də iyunun 13-də may ayı ərzində İranın günlük neft istehsalının 2 milyon 370 min barel olduğunu, bunun isə aprel ayı ilə müqayisədə 227 min barel azalma təşkil etdiyini bildirmişdi.
Beynəlxalq Enerji Agentliyi hesabatında qeyd edilir ki, may ayında dünya enerji bazarında qara qızıla olan tələb 100 min barel azaldığından, təklif edilən neftin həcmində də azalma müşahidə edilib. Belə ki, qeyd edilən dövrdə günlük təklif edilən qara qızılın miqdarı 99.5 milyon barelə enib, bu isə 2014-cü ildən bu günə qədər qeydə alınmış ən aşağı hədd hesab edilir.
Qeyd etmək lazımdır ki, İranın neft hasilatı və ixracatında baş vermiş azalma Amerika Birləşmiş Ştatlarının rəsmi Tehrana qarşı qəbul etdiyi sanksiyalara görədir. Mayın 2-də ABŞ- neft sanksiyalarında istisna kimi nəzərdə tutulmuş 8 ölkəyə tanıdığı möhlət hüququnu uzatmamaqla, İranın neft ixracatını sıfıra endirmək üçün bu ölkəyə qarşı maksimum təzyiq siyasətini tətbiq etməyə başlayıb.