vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 iyul 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
REGİON  
13:27 | 10 iyul 2019 | Çərşənbə Məqaləyə 416 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Şıltaq və dəcəl uşaqlar”a ...

Türkiyədən Yunanıstan və Aİ-yə sərt etiraz

MÖVZU İLƏ ƏLAQƏLİ

“Yunanıstanın Avropa İttifaqı üzvü olması onlara Kipr türklərinin haqlarını qəsb etməyə haqq verməz”. Bu sözlər Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəynatda yer alıb.

XİN Türkiyənin Aralıq dənizində Kipr türklərinin dislokasiyasında neft və qaz axtarışlarına Yunanıstanın etiraz etmək haqqının olmadığını bəyan edib: “Yunanıstan XİN başçısının Türkiyənin Şərqi Aralıq dənizində beynəlxalq hüquqa uyğun olaraq yürütdüyü fəaliyyət haqda dediklərini qəbul etmirik.

“Avropanın şıltaq, ərköyün uşağı” ünvanı əsasən Yunanıstana aiddir. Avropanın “dəcəl uşağı” isə beynəlxalq hüquqa zidd şəkildə Avropa Birliyi üzvü olan və Yunanıstanla birlikdə illərdir Şərqi Aralıq dənizini çaxnaşmaya sürükləyən Cənubi Kipr Respublikasının rəhbərliyidir. Onların Avropa Birliyinin üzvü olması, özlərini adanın tamamının təmsilçisi kimi təqdim etməsi, Kipr türklərinin qanuni haqq və mənfəətini qəsb etməyə haqq verməz”.

XİN bildirib ki, Avropa Birliyi Kipr-Yunan ikilisinin adanın bərabər sahiblərindən olan Kipr türklərinin haqları üzərindən oynadığı oyuna ortaqdır: “Avropa Birliyinin bu oyunun aktyoruna çevrilməsi qəbuledilməzdir. Bu, eyni zamanda, Avropa Birliyinin Kipr probleminin həllinə yönəlik müzakirələrdə tərəfsizliyini itirməsi deməkdir”.

Bəyanatda qeyd edilib ki, Türkiyə həm öz haqqını, həm də Kipr və oradakı türklərin qanuni haqlarını bütün gücü ilə qoruyacaq: “Türkiyə Şərqi Aralıq dənizində özünə aid haqqını qoruduğu kimi, Kipr türklərinin qanuni haqqlarını da sona qədər qoruyacaq. Ta o günə kimi ki, Kipr türklərinin haqq və mənfəəti təminat altına alınacaq”.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *