vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 21 avqust 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
REGİON  
16:44 | 21 iyul 2019 | Bazar Məqaləyə 406 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yarım milyona Türkiyə vətəndaşlığı

Anadoluya bu şərtlə neçə azərbaycanlı köç edib?

Raqib SOYLU, “Middle East Eye”

MÖVZU İLƏ ƏLAQƏLİ

“Middle East Eye”-ın məlumatına görə, əsasən, Yaxın Şərq ölkələrindən gələn təxminən min əcnəbi ötən ilin sentyabr ayından etibarən, sərmayə qarşılığında, Türkiyə vətəndaşlığı alıb.

Türkiyə Daxili İşlər Nazirliyinin statistikası göstərir ki, Türkiyənin Yaxın Şərq qonşularının sakinləri vətəndaşlıq almaq yolunu asanlaşdıran pul vəsaitləri və ya əmlak alqı-satqıları ilə Türkiyəyə 1 milyard dollar yatırım ediblər.

İyul ayı üçün olan məlumata görə, daha 1700 ərizə baxılma növbəsi gözləyir. Onların əksəriyyəti İran, İraq, Yəmən, Əfqanıstan, Suriya, Fələstin, İordaniya və Misir vətəndaşlarına məxsusdur.

 

Türk vətəndaşlığı

 

Əcnəbilər ya Türkiyədəki bank hesabına 500 min dollar yatırmaqla, bu pulları orada ən az 3 il saxlamalı və ya Türkiyə qanunlarına görə, 250.000 ABŞ dollarından çox dəyərdə əmlak almalıdırlar.

Səlahiyyətlilər “MEE”-ya bildiriblər ki, 5 aya qədər davam edə biləcək hərtərəfli arxiv yoxlamasının və təhlükəsizlik qiymətləndirilməsindən sonra ərizəçilərə vətəndaşlıq kartları verilir.

Ötən il Türkiyə hökuməti tənəzzül keçirən ölkəyə pul cəlb etmək üçün yeni qanunu təsdiqləyib.

Mütəxəssislər xəbərdarlıq edir ki, ölkə bu ilin sonunda yenidən tənəzzül keçirə bilər, lakin son statistikalar investisiya planının gözləniləndən daha yaxşı işlədiyini göstərir.

Türkiyə Statistika Təşkilatının (TUİK) hesablamalarına əsasən, ötən illə müqayisədə 2019-cu ilin ilk 6 ayında əcnəbilərin mülk alışı artıb.

İraq və İran vətəndaşları vətəndaşlıq almaq üçün mülk satın almadan istifadə edir, onlar siyahıda 90 və 150 faizlik artımla liderlik edirlər.

İnvestisiya yolu ilə miqrasiyada ixtisaslaşmış İstanbul iqamətli hüquqşünas Məhəmməd Yasir Taflan deyib: “Yaxın Şərq ölkələri sakinlərinin vətəndaşlıq alma marağı artıb”.

“İraqlılar öz ölkələrinin heç vaxt normallaşmayacaqlarını düşündükləri üçün köç etmək istəyirlər. İranlılar vətənlərində olan zülmdən narazıdır, onlar mədəni və iqtisadi azadlıq istəyirlər”.

Taflan əlavə edib: “Çox sayda adam türk vətəndaşı olmaq istəyir, çünki bu və ya digər şəkildə Türkiyənin açıq cəmiyyət və daha çox avropalı olduğuna inanırlar”.

İrana gəlincə, ABŞ ötən ildən etibarən JCPOA-dan çıxıb və bu, İranda inflyasiyanı və həyat səviyyəsini aşağı salıb.

 

Səudiyyə boykotu

 

Bölgədəki bir çox ölkə Türkiyəni sığınacaq olaraq görsə də, səudiyyəli jurnalist Camal Xaşuqcinin öldürülməsinin ardından Səudiyyə Ərəbistanı Türkiyəni boykot edib.

Ankaradakı səfirlik Anadoluya səyahət edənlərə pasport oğurluğu və kiçik cinayətlərin artması barədə xəbərdarlıq edib.

2019-cu ilin 5 ayı içərisində Səudiyyədən Türkiyəyə gələnlərin sayı 30 faiz azalıb.

“MEE”-nin əldə etdiyi məlumatlar bir çox səudiyyəlinin Türkiyə vətəndaşlığını investisiya yolu ilə əldə etdiyini və təhlükəsizlik yoxlamalarının tamamlanmasını gözlədiyini göstərir.

“Səudiyyəlilər Türkiyə vətəndaşı olmaq istəyirlər, çünki onlar tacdar şahzadə Məhəmməd bin Salmandan qorxurlar, – Taflan bildirib. – Onlar ölkədəki siyasi iqlimdən narazıdırlar”.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *