vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
PARTİYALAR  
20:26 | 16 iyun 2014 | Bazar ertəsi Məqaləyə 1668 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

VHP-yə qarşı təxribat

«Sabir Rüstəmxanlıdan gələn məktubları açmayın»

MÖVZU İLƏ ƏLAQƏLİ

Vətəndaş Həmrəyliyi Partiyasının rəsmi orqanı olan «Vətəndaş həmrəyliyi» qəzetinin elektron versiyası - vhpress.az saytından müxtəlif ictimai-siyasi xadimlərin ünvanına virus göndərilir.


VHP mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, hələlik bəlli olmayan ünvandan hücum edən hakerlər sosial şəbəkələrdə müxtəlif ictimai-siyasi xadimlərin ünvanına VHP sədri Sabir Rüstəmxanlı və partiya funksioneri adından müraciətlər göndərir, onun haqqında guya açıqlama verildiyini bildirməklə, vhpress.az saytını açmasını xahiş edirlər. Saytın açılması zamanı parol istənilir və parol yazılarkən həmin şəxsin bütün elektron ünvanı və «Facebook» profili ələ keçirilir. İki gündür ki, partiya sədri də daxil olmaqla, partiya funksionerlərinin elektron ünvanlarına, sosial şəbəkədəki profillərinə də hücumlar təşkil edilir. Həmçinin, partiyanın rəsmi saytı olan vhp.az saytı da hakerlərin hücumu ilə dağıdılıb.

Vətəndaş Həmrəyliyi Partiyası mətbuat katibliyi bildirir ki, vhpress.az-dan istifadə edilərək həyata keçirilən bu çirkin niyyətin qarşısını almaq üçün artıq saytın fəaliyyəti dayandırılıb və mütəxəssislər bu problemi aradan qaldırmayana qədər sayt fəaliyyət göstərməyəcək: «İctimai-siyasi xadimlərdən və sosial şəbəkə istifadəçilərindən isə xahiş edirik ki, VHP sədri və ya funksionerləri adından sizə göndərilən hər hansı linkə daxil olmayın və belə bir bildiriş aldığınız təqdirdə, dərhal təhlükəsizlik tədbirlərini həyata keçirin».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *