Rusiyada benzin qıtlığı
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
19:12 | 5 mart 2014 | Çərşənbə
Məqaləyə 3118 dəfə baxılıb
Şriftin ölçüsü
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
3 arsenal, 3 anbar, 2 logistik mərkəz məhv edildi
Kreml yanacaq istehsalında “dövlət planı” modelinə qayıdır
Martın 5-də Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə əlaqədar «Əli bəy Hüseynzadə və türkçülük» mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən Müsavat Partiyasının başqanı İsa Qəmbər Krımdakı hadisələrə toxunub: «Biz türkçülükdən, turançılıqdan saatlarla danışa bilərik. Amma hazırda bizi maraqlandıran daha bir məsələ var. Krım tatarlarının lideri Mustafa Cəmiloğlu bəyanat verdi ki, onlar Türkiyədən və Azərbaycandan yardım gözləyirlər. Türkiyə bu çağırışa tez bir zamanda cavab verdi. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Krıma getdi. Orada öz sözünü dedi və Krıma dəstək verdi. Amma Azərbaycandan hələ də cavab verilməyib. Hakimiyyət Krımdakı hadisələrə biganə yanaşır. Bəzi partiyalar və təşkilatlar bəyanatlar verdilər. Bu, çox yaxşı addımdır. Amma dövlət olaraq, Azərbaycan Respublikası heç bir addım atmayıb. Baxmayaraq ki, Azərbaycan «GUAM»-ın üzvüdür və Ukrayna ilə müttəfiq dövlətdir. Azərbaycan hakimiyyəti Ukraynanın suverenliyini, ərazi bütövlüyünü qoruduğunu və ona tərəfdar çıxdığını birmənalı şəkildə bəyan etməlidir. Həm də Krımda bizim qan qardaşlarımızın mövcudluğunu nəzərə alıb, onları müdafiə etməlidir».
İsa Qəmbər onu da qeyd edib ki, Krım liderləri onlara edilən cazib təkliflərə baxmayaraq, öz millətinin, dövlətinin maraqları çərçivəsində çıxış edirlər: «Krım tatarlarına eşq olsun! Onlar möhkəm və mərd şəkildə dayanıblar. Biz bilirik ki, onlara necə cazib təkliflər edirlər. Deyirlər ki, Krımı müstəqil dövlət edək, sizə baş nazir vəzifəsi verək, ölkənin prezidenti sizdən olsun. Milyonlarla pul təklif edirlər. Onları ələ almaq üçün min yola əl atırlar. Ancaq Krım tatarlarının liderləri bütün bu təklifləri rədd edərək, öz xalqlarının və mənsub olduqları dövlətin maraqları çərçivəsində çıxış edirlər. Mustafa Cəmiloğlu öz çıxışında bildirib ki, o, ukraynalıdır və bununla fəxr edir. Kimsə onun bu çıxışına təəccüblə yanaşa bilər. Amma məsələ burasındadır ki, Mustafa Cəmiloğlu yaxşı anlayır ki, Krım tatarlarının mövcudluğunu, gələcəyini qurmaq və qorumaq istəyirsə, bu gün Ukraynanın Rusiyadan müstəqilliyinə tərəfdar çıxmalıdır. Bəs biz nə edirik, onlara necə dəstək oluruq? Biz hakimiyyəti tənqid edəndə, Azərbaycanın və xalqın maraqlarından çıxış edərək tənqid edirik. Bu, hər zaman da belə olacaq».