vaxtlı-vaxtında oxuyun! Cümə, 15 noyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
QALMAQAL  
23:46 | 21 noyabr 2014 | Cümə Məqaləyə 1622 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Alışdıran açıqlama

İsa Qəmbərin ünvansız ittihamı alovun üzərinə benzin təsiri törətdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Müsavat Partiyasında qurultaydan sonra yaranmış gərginlik səngimir. Partiya üzvləri konkret iki hissəyə bölünüb. Yeni vəziyyəti qəbul edənlər və etməyənlər.

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin isə «Müsavat»da baş verənləri partiya ilə hakimiyyətin savaşı kimi qiymətləndirməsi ortalığı daha da qızışdırdı.

Məsələ ilə bağlı hafta.az-a açıqlama verən partiyanın önəmli adamlarından biri Vurğun Əyyub bu məsələdə ortaya daha sərt mövqe qoydu: «Əsas məsələ isə İsa Qəmbərin bu mübarizədə müsavatçıların, yoxsa hakimiyyətin yanında olub, olmamasıdır. İsa Qəmbər bu suala cavab verməlidir ki, kimlərin yanındadır?».

Gözlənildiyi kimi, «Müsavat» başqanının müavini Gülağa Aslanlı bu fikrə reaksiya verdi və İ.Qəmbərin fikrini yüksək qiymətləndirdi: «Bircə cümlədən ibarət açıqlama çox yerində bildirilmiş ifadədir. Bunu kimlərinsə öz üzərinə götürməsi bəzi mətləblərin açılmasına səbəb olur».

İsa Qəmbərin müdafiəsinə çıxanlar arasında Müsavat Partiyası Divanının üzvü Vəfa Cümşüdlü də var. O da deyir ki, partiyanı İsa Qəmbərin idarə etməsi barədə fikirlər kökündən yanlışdır: «İsa Qəmbər heç vaxt kiminsə fəaliyyətinə müdaxilə etməyib. Partiyanın başqanı, Divanı və Məclisində təmsil olunanlar mübarizə yolunu keçmiş, siyasi təcrübəsi və təşkilatçılıq qabiliyyəti olan insanlardır».

Bütün bunlarla yanaşı, «Müsavat»da narazı qalanların gizli fəaliyyətdə olması məlumdur. Müsavat Partiyasının başqanlığına sabiq namizədi, partiyanın növbədənkənar qurultayının keçirilməsi ilə bağlı yaradılan işçi qrupunun üzvü Səxavət Əlisoy bəzi ip ucları verir. O açıqca deyir ki, qurultayın nəticələrindən narazı qalan insanlar yeni format axtarışındadırlar.

Belə məlum olur ki, danışıqlar Qubad İbadoğlu və Əlövsət Talışxanlı arasında gedir. Artıq «devrimçi qrup» gələn həftə qərar verəcək.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *