
SAXAL-ın İran marşrutu
İsrail aviasiyasi Tehranın hava məkanında necə at oynatdı?
İsrail aviasiyasi Tehranın hava məkanında necə at oynatdı?
Dünyanın hər bir nöqtəsində şəbəkəsi olan, düşmənlərinin kabusu – MOSSAD
Ötən il bu vaxt terrorçu siyahısında idi
İranda həbs olunan iki Fransa vətəndaşına hökm oxunub
“Dəmir günbəzi 12 gün ərzində zərərsizləşdirdik”
Tramp tamamilə məhv edildiyini iddia etmişdi
Tehran döyüş təyyarəsi almaq ümidi ilə Pekinə üz tutduğu iddia edilir
Atəşkəsdən sonra Hörmüz iddiası
Pezeşkian qanun imzalayıb
Yəhudi məkanları və yerləri haqqında məlumat toplayan şəxs həbs olunub
“Amerikalılar bombanın yaradılmaması üçün geri qayıdacaqlar”
İran “S-400”lə bağlı Rusiyaya etiraz etdi
Tramp İran duasında dəlik tapıb – “zor gücünə sülh doktrinası”
İsrailin Evin həbsxanasına hücumu nəticəsində 71 məhbus həlak olub
SEPAH terror təşkilatının daxilində casusluq ittihamları və qarşılıqlı düşmənçilik
ABŞ və İran “e-poçt” müharibəsi
«The Guardian» yazır ki, İran polisi ölkənin qərbində 100-dək poçt göyərçini müsadirə edib. Bu göyərçinlərdən narkotik maddələrin nəql edilməsi üçün istifadə olunmalı idi. İRNA agentliyi bildirir ki, sözü gedən ev göyərçinləri ayaqlarına bağlanan kiçik mavi plastik kisələrdə narkotik maddə daşımaq üçün təlimləndirilmişdilər.
Narkomaniya hazırda 80 milyonluq əhalisindən 3 milyonunun narkotik asılılığı olan ölkədə milli problemə çevrilib. Bu ölkəyə narkotik maddələr əsasən xaricdən, xüsusilə də Əfqanıstandan gətirilir.
Yerli polis bildirib ki, müsadirə olunan göyərçinlər Kermanşah ərazisində müxtəlif yerlərə narkotik maddə çatdırmaq üçün təlimləndirilmişdi.
«The Guardian» yazır ki, İranda göyərçinlər də narkotiklər qədər geniş yayılıb. Əslində bu quşlar İran mədəniyyətinə və poeziyasına qədimdən daxil olub. Ölkənin şəhər və kəndlərində ənənəvi göyərçin yarışları keçirilir.
May ayında Küveyt rəsmiləri bildirmişdilər ki, belindəki kiçik çantacıqda 178 ketamin həbi daşıyan göyərçini tutublar. Bu hadisə İraqla həmsərhəd Abdali məntəqəsində baş vermişdi və rəsmilər güman edirdilər ki, göyərçini elə İraqdan göndəriblər.
2011-ci ildə Kolumbiyada ayağında 40 qram anaşa və 5 qram kokain olan göyərçini tutmuşdular. O bu «yükü» Bukaramanqadakı həbsxanaya aparırdı.
İranda narkotik maddələrlə əlaqədar həbs edilənləri adətən ölüm cəzası gözləyir. Təkcə 2017-cü ilin birinci yarısında keçirilmiş 239 edamdan 129-u narkotik maddələrlə əlaqəli idi.
Bu yaxınlarda İran parlamentində narkotika ilə bağlı edam cəzalarının ləğvi barədə qanun qəbul edilib. Əgər ölkənin ali rəhbəri bu qanunu imzalasa, edamını gözləyən 5000 nəfərin həyatı xilas olacaq.
İndi qüvvədə olan qanun üçün 5 kiloqram tiryəklə 30 qram heroinin fərqi yoxdur. Hər ikisinə görə ən ağır cəza verilir.
100 göyərçinin müsadirə olunmasına gəlincə isə, polis Kermanşahda Susk (tarakan) ləqəbli narkodileri axtarırdı. Göyərçinlər də bu reyd zamanı aşkar edilib.