vaxtlı-vaxtında oxuyun! Bazar, 1 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ARAŞDIRMA  
22:27 | 6 noyabr 2017 | Bazar ertəsi Məqaləyə 2641 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycandakı türmələrdə «vorzakon» qalmayıb

««Lotular» onlar barədə məlumat verən şəxsləri «işverən» adlandırıb cəzalandırırlar»

Gülşən RAUFQIZI

Ötən il Azərbaycan və ümumlikdə MDB məkanın ən nüfuzlu azərbaycanlı «qanuni oğru»su «Rövşən Lənkəranski» kimi tanınan Rövşən Canıyev İstanbulda Rusiyadan göndərilmiş 6 nəfərlik killer qrupu tərəfindən güllələndi.

O, Seymur Nardaranski (1963-2003), Eldar Əliyev (1965-2004), Sabiradablı Hikmət (1956-2006), Çingiz Sedoy (1954-2007), Qoca Bakinski (1972-2013) və Dadaş Novxaninskidən (1973-2016) sonra sui-qəsdlə öldürülən növbəti azərbaycanlı «qanuni oğru» oldu. Hazırda xarici ölkələrin həbsxanlarında saxlanılan azərbaycanlı «qanuni oğrular»dan Rüfət Gəncinski, Rafiq Masallinski, Hacı Beyləqanski, Emin Hacıqabulski, Arif Sumqayıtski, Zaur Şipilov və başqaları var.

Azərbaycanda «Lotu Quli» kimi tanınan Nadir Səlifovun azadlığa çıxması ilə ölkə həbsxanalarında «qanuni oğru»ların sayı sıfıra enib.

Bu barədə Modern.az-a «qanuni oğru» aləminə yaxşı bələd olan, kriminal avtoritetlər barədə bir sıra kitabların müəllifi Bəhram Çələbi məlumat verib.

O qeyd edib ki, dünyanın bir çox ölkələrində azərbaycanlı «qanuni oğrular», kriminal aləmin nüfuzlu avtoritetləri yaşayır: «İrkustkda, Yeketerinburqda, Moskvada, Türkiyədə yaşayan azərbaycanlı avtoritetlər var. Onlar hazırda azadlıqdadırlar. «Gəncinski» adlan avtoritet Rövşən Lənkəranskinin yaxın adamı idi. O, hazırda Samarada həbsxanadadır. Hacı Talıbxanlı deyilən biri vardı Türkiyədə tutmuşdular. Səhv etmirəmsə, hazırda Moskvadadır».

B.Çələbi bildirib ki, «qanuni oğrular»ın konkret yerləri barədə məlumatlı olsa da, açıqlamaq niyyətində deyil: «Çünki bir neçə dəfə olub ki, «lotular» barədə məlumat verən şəxslərə xəsarət yetirilib. Yadımdadır ki, «Lotu Quli»nin qohumunun birinin yerini demişdilər. Onu Türkiyədə ölənə qədər döymüşdülər. Məlumatı verənlərdən birinin qulağını kəsdilər, o birinin dilini kəsdilər. Ona görə də mən həyatımı təhlükəyə ata bilmərəm. O zaman «işverən» kimi görünərəm. Qəti şəkildə onların yerini demək olmaz».