vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
RƏY, REPLİKA  
22:39 | 1 yanvar 2013 | Çərşənbə axşamı Məqaləyə 1737 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əli Həsənov seçki ilinin anonsunu verdi

Hakimiyyət rəsmisi müxalifəti də ittiham edib

NURLAN

Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov AzərTAc-a geniş müsahibə verib. İlin sosial-iqtisadi və siyasi yekunlarını şərh edən, hökumətin bu və digər sahələrdə gördüyü işlərdən ətraflı danışan PA rəsmisi nüfuzlu beynəlxalq hüquq-müdafiə təşkilatlarının və siyasi müxalifətin ünvanına ənənəvi sərt ifadələr də işlədib.

Sitat: «Çox təəssüf ki, bəzi xarici dairələr, dağıdıcı müxalifət və bir sıra yerli antimilli QHT-lər sinxron şəkildə "Eurovision-2012" və digər tədbirləri hədəf götürərək, heç bir əsası olmayan böhtanlarla, adi məsələlər ətrafında süni ajiotaj yaratmaqla bu tədbiri siyasiləşdirməyə, beynəlxalq ictimaiyyətin diqqətini başqa istiqamətlərə yönəltməyə çalışdılar. Vətəndaşların mülkiyyət hüququnun, ifadə azadlığının guya pozulması ilə bağlı təşkil olunmuş bədnam kampaniyaların əsas məqsədi də Azərbaycanı bir ölkə kimi gözdən salmaq, beynəlxalq ictimaiyyətdə ölkəmizə qarşı mənfi rəy formalaşdırmaqdan ibarət idi... Təəssüf ki, «Human Rights Watsh», «Amnistey İnternational», «Sərhədsiz Reportyorlar» kimi subyektiv məqsədlərə xidmət göstərən təşkilatlar Azərbaycana qarşı qərəzli kampaniyaların fəal iştirakçıları qismində çıxış edirlər".
2013-cü il seçkiləri mövzusuna toxunan Əli Həsənov növbəti illərdə də ölkə sükanı arxasında İlham Əliyevin olacağını əminliklə söyləyib: «Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi, xalqın öz iradəsini tam sərbəst şəkildə ifadə etməsi üçün zəruri şərait təmin edilib. 2013-cü il seçkiləri də bu mənada istisna olmayacaq. Şübhəsiz, insanlar seçimlərini edərkən günün reallıqlarını rəhbər tutur və qarşıdan gələn dövrdə ölkənin inkişafını təmin edə biləcək liderə səs verirlər. Bu günün reallığı da ondan ibarətdir ki, xalq prezident İlham Əliyevin milli maraqlara hesablanmış, ölkənin hərtərəfli inkişafını təmin edən, onun beynəlxalq nüfuzunu yüksəldən daxili və xarici siyasətini birmənalı şəkildə dəstəkləyir... Qarşıdan gələn illərdə də Azərbaycan xalqı prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zəfərlərə doğru addımlamaqda davam edəcək».