
Putin niyə atəşkəs istəmir?
Ukrayna ilə bağlı arqumentlər Rusiya ordusu üçün də keçərlidir
Ukrayna ilə bağlı arqumentlər Rusiya ordusu üçün də keçərlidir
Təbəssümləri də saxtadır
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Zelenski: “Hər işğalçı sonunda gedəcək”
Stansiyanı örtən qoruyucu səthdə 15 metrlik dəlik açılıb
... Yaxud faşizm üzərində qələbəni qeyd edən raşistlər
... Yaxud 9 may “qələbə” paradı
Prezident İlham Əliyevin Moskvaya getməməsi tamamilə təbiidir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
Rusiyaya giriş qaydalarının dəyişməsi mənfi və müsbət tərəfləri
Rusiyanın Qələbə Günündə iştirak edən ölkələrin siyahısı açıqlanıb
Rusiyaya daxil olmaq istəyən əcnəbilər 72 saat əvvəl səfirliyə müraciət etməli olacaqlar
Lavrov: “Hamısı bizimlə müharibə aparır”
... Yaxud Qələbə paradında ucadan oxunan “Faust”
Almaniya İsraildən müdafiə sistemi alıb
Strateji tərəfdaş anlayışı tam mənasızlaşır
Tacikistan Rusiyanın cənubunda yerləşən, strateji əhəmiyyətə malik coğrafiyaya sahib olan, çoxmillətli cəmiyyətə sahib bir dövlətdir. Tacikistanın daxilində tarixən dini ideologiyaların təsiri güclü olub.
Xüsusilə, radikal islamçılar hələ 90-cı illərdə, “Taliban”ın da dəstəyilə vətəndaş müharibəsinə qədər inkişaf edən ciddi iğtişaşlar törətmişdilər. Vətəndaş müharibəsi iki qrup arasında gedirdi: radikal islamçılar və sekulyar kommunistlər. Rusiyanın ciddi dəstəyilə qarşıdurmanı sekulyar qüvvələr qazandı.
Bütün bu siyasi iğtişaşların arxasında başqa qüvvələr dururdu. Bu qüvvələr post-sovet ölkələrinin yenidən Rusiyanın tərkibinə qayıtmaması və Mərkəzi Asiyada heç olmasa bir ölkədə anti-rus siyasi qüvvənin formalaşması üçün çalışırdılar. Onlar 90-cı illərdə istəklərinə nail ola bilmədilər. Ancaq indi böyük güclər öz siyasi hədəflərini yenidən dəyişdilər və görünən odur ki, yeni hədəf Mərkəzi Asiya və Tacikistandır..
Rusiya daxili işlər nazirinin birinci müavini İqor Zubov bu günlərdə Moskvada keçirilən “Əfqan forumu”nda maraqlı bir açıqlama verdi: “İŞİD öz əsgərlərini Tacikistana göndərir ki, ölkədə vəziyyəti qarışdırsın”. Əslində, islamçıların regionda, xüsusilə də Tacikistanda fəallığı daim müşahidə edilib. Ancaq rus nazir müavininin bu açıqlaması bir şeyə işarədir: “Rusiya cənubundakı Tacikistanda baş verən hadisələrdən bərk narahatdır”.
Rusiyanın bu narahatlığı anlaşılandır. Çünki Tacikistan onun cənub sərhədində yerləşən bir dövlətdir və burada islamçı bir rejimin formalaşması və ya burada islamçı terror qruplaşmalarının aktivləşməsi Rusiyanın birbaşa təhlükəsizliyi üçün təhdid yaradır. Unutmaq olmaz ki, ruslar uzun illər əfqan, sonra isə çeçen terrorundan çox zərbələr alıblar. Rusiya bu hadisələri yenidən yaşamaq istəmir və Tacikistanda, bütünlükdə Mərkəzi Asiyadakı vəziyyəti yaxından izləyir.
Bəs Tacikistanda radikal islamçıları fəallaşdıran hansı qüvvələrdir və onların məqsədi nədir?
Bu suala sadəcə bir cavab vermək olar: ABŞ... ABŞ 30 ildir post-sovet məkanını Rusiya təsirindən azad etməyə çalışır. Bunu bir çox vasitələrlə yoxlayan ABŞ illər əvvəl Qırğızıstan və Özbəkistanda “demokratik dəyişim”lər üçün böyük pullar xərclədi və əlindən gələn hər şeyi etdi. Ancaq nəticə uğursuz oldu, çünki burada yaşayan vətəndaşların həyatında demokratiya heç bir rol oynamırdı, onlar tam şəkildə bu siyasi məfhumu dərk edə bilmirdilər. Çünki onlar bu siyasi sistemlə demək olar ki, heç vaxt rastlaşmamışdılar və 90-cı illərdə baş verən hadisələri region xalqları “demokratiya fəsadları” kimi qəbul etmişdilər.
ABŞ demokratik üsullarla dəyişdirə bilmədiyi bir-birinin bənzəri olan Mərkəzi Asiyadakı rejimləri yeni üsullarla dəyişməyə çalışır. Bu yeni üsul Orta Şərqdə uğurla sınaqdan keçmişdi. Görünün odur ki, bu dəfə eyni üsuldan Mərkəzi Asiyada, daha dəqiq desək məhz Tacikistanda istifadə edəcəklər. Bu üsul radikal dini təşkilatlanma və terror mühitinin yaradılmasıdır...
ABŞ-ın siyasi strategiyası heç vaxt lokal deyil, daim qlobal məqsədlərə yiyənlənmək üçün planlaşdırılır. Ona görə də ABŞ dünyada ən çox maraqları qorunan dövlətdir. Tacikistan və Mərkəzi Asiyadakı “dəyişimlərdə” ABŞ məqsədləri yenə də qlobal hədəflərlə analiz edilməlidir.
Əvvəla, ABŞ burada eynən Misir, İraq, Əfqanıstan və digər ölkələrdə gördüyü işləri təkrar etməyə çalışır. Əvvəl siyasi xaos yaradır, sonra bir terror təşkilatı peyda olur, daha sonra ABŞ ordusu müdaxilə edir və ən sonda isə iqtidar devrilir.
ABŞ Mərkəzi Asiyada sadəcə Rusiya təsirini deyil, Çin təsirini də qırmağa çalışır. Təkbaşına Rusiyanın regionda liderliyi ABŞ üçün təhdid doğurmur, ancaq Çinin Mərkəzi Asiyanı özünün “Bir ipək, bir yol” layihəsinin əsas mərkəzi halına çevirməsi, region ölkələrinə böyük investisiyalar yatırması, Qazaxıstan və Türkmənistanla birgə enerji layihələri reallaşdırması Çinə iqtisadi müharibə elan edən ABŞ maraqlarının tamamilə əleyhinədir.
ABŞ Çinin daha da güclənib ondan önə keçməsini istəmir və bu da qlobal hegemonluq savaşında başadüşülən bir siyasətdir. Ona görə də ABŞ dünyanın ən böyük iqtisadiyyatına sahib və ən çox enerji idxal edən dövləti olan Çinin bir növ “əl-qolunu bağlamağa” çalışır.
Diqqət yetirsək, ABŞ Çinin enerji mənbəyi olduğu bütün regionlara fiziki müdaxilə edir və Çinin bu sahədə siyasi gedişlərini məhdudlaşdırır. Çinin ən çox investisiya qoyduğu ölkələr Afrika dövlətləridir. Yenə ABŞ son on ildə ən çox Afrikada hərbi bazalar qurub. Çinin enerji idxal etdiyi tək Amerika ölkəsi Venesuela idi. Bu gün Venesuelada baş verənlər məlumdur və ABŞ hətta bu ölkəni hərbi müdaxiləylə təhdid edir. Çinin Asiyadakı əsas investisiya məkanıysa Mərkəzi Asiya regionudur və görünür indi ABŞ bu regionda suyu bulandırmağa çalışır.
Plana Tacikistandan başlanılması da təsadüfi deyil. Tacikistan digər region dövlətlərinə nisbətən daha çətin durumdadır. Əvvəla, bu ölkə qanunsuz ticarətin və terrorizmin mənbəyi olan, “Taliban”ın təsirinin hələ də davam etdiyi Əfqanıstanla sərhəddə yerləşir və illərdir bu sərhədləri burada yerləşən rus hərbi bazasının əsgərləri qoruyur. Bundan savayı, ölkədə demokratik təsisatlar işlək deyil və müxalifət siyasi arenada deyil, dini qurumlarda daha geniş yayılır. Əsas təhlükə radikal islamçılardır ki, onlarda çox böyük insan kütləsini əhatə edir. Bunlarla birlikdə işsizlik, inflyasiya və digər iqtisadi problemlər də ölkəyə öz mənfi təsiri göstərir. Ona görə də Rusiya ən çox bu ölkədən narahatdır və bəlkə də ABŞ-ın planı uğurlu olsa, hər şey məhz bu ölkədən, Tacikistandan başlayacaq...
Nicat İSMAYILOV