Musiqi düşüncələrim
Muğam təhsilindəki müasir problemlər
Arif ƏSƏDULLAYEV
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Gözəllik baxanın gözündədir”
Niyə bəzi müğənnilərin səsini daha çox bəyənirik?
-
Muğam ifaçılığında məxsusi yeri olan sənətkar
Sara Qədimovanın 100 illiyi münasibətilə tədbir keçirildi
-
... O Üzeyir olmasın, bu Üzeyir olsun
Modern Avropanın seçimi ...
-
Azərbaycan muğamının bayramı
Sədası artıq azad Qarabağdan, Şuşadan dünyaya yayılır...
-
O gecə və bu gecə Alimlə
Bu adam cazibəsində əsir olduğunuz ənginilikdəki işıqdır
-
İlin ilk muğam axşamı
Tarzən və xanəndə Şirulla İmanovun xatirəsi yad edilib
-
Dünyanın mədəni irs xəzinəsindəki sənət incimiz
26 avqust Beynəlxalq Azərbaycan Muğamı Günüdür
-
Bəşəriyyətin mədəni irsində Azərbaycan xəzinəsi
Muğam sənətimizin UNESCO-nun siyahısına daxil edilməsinin ildönümü qeyd edilib
-
İfası ilə məşhurlaşan fəhlə Murtuza ...
... segah, muğam və təsniflərin yarıdan çoxunu ifa edə bilir
-
O niyə bənzərsiz idi?
Və ya talenin səs mələyi ...
-
Dost itkisi
Kübar bir insan, fədakar ailə başçısı, sədaqətli dost...
-
Torpaqla «danışan» xanəndə
Və ya Dədə Süleyman ömrün 78-ci zirvəsində
-
Həmişə bizimlə
Ölümün hünəri varsa, Ağaxanın səsini də aparsın!
-
Haqqı gözləyən ustad
Hacıbaba Hüseynov ilk dəfə televiziya ekranında görünəndə təqribən qırx yaşı varmış
-
«Kamança həyatımı dəyişdi»
Cefri Verbok: «Azərbaycanı tanımasaydım, adi ömür yaşayacaqdım»
-
Şuşada axşamlar yanar ulduzlar...
Arşınmalçı Məcidin qəlbini kim ovsunlamışdı?
Bu gün Azərbaycan muğam dəsgahlarında təxminən 100-ə yaxın şöbə və guşə istifadə olunur. Milli musiqi tariximizdə mövcud olan bu nümunələr əsasən xalq musiqi ifaçılarının zəhmətinin bəhrəsi olaraq qorunub, bu günümüzə ötürülmüşdür.
Hər hansı bir muğam dəsgahının tərkibində 4-8 şöbə, 5-10 guşə istifadə olunur. Eyni zamanda hər şöbə və guşənin məcburi cümlələri var. Əgər bu məcburi musiqi cümlələri yerli-yerində ifa olunmazsa, bu zaman muğam dəsgahı öz ahəngini, təravətini, forma və xüsusiyyətlərini itirmiş olar.
Onu da qeyd edim ki, eyni şöbəni ayrı-ayrı muğam dəsgahlarında ifa edərkən hər dəsgaha uyğun musiqi cümlələrindən, daha doğrusu, məcburi musiqi cümlələrindən istifadə olunur. Məsələn, beş peşəkar tarzənin ifasında “Bayatı-Şiraz” dəsgahını müqayisə edək. Nəticədə duyulacaq ki, bütün ifaçılar bu muğamı eyni musiqi cümləsi ilə başlayır. Və ya “Bayatı-İsfahan” şöbəsini hamı çox cüzi fərqlə başlayır. “Hüzzal” şöbəsini də eynən.
Başqa muğam dəsgahını müqayisə edək. “Orta mahur” muğamını beş ifaçının hamısı eyni musiqi cümlələri ilə ifa edir. Bu fikrimi bütün muğam dəsgahlarına aid etmək olar. Bu müqayisəli təhlili çox genişləndirmək olar və buna ehtiyac da var. Çünki bizim muğam ifaçıları qəti surətdə iddia edirlər ki, muğam şifahi ənənəli musiqi janrıdır. Düzdür, mən də bu fikirlə tam razı idim. Muğam o vaxt şifahi ənənəli idi ki, o zaman yazılı musiqi ədəbiyyatı yox idi. Elə bu səbəbdən də yüzlərlə muğam şöbə və guşəsi bu günümüzə gəlib çatmayıb.
Muğam ifaçıları onu da qeyd edirlər ki, muğam improvizə xasiyyətli musiqi formasıdır. Düzdür. Bəs bu zaman sual oluna bilər ki, hansı klassik musiqi növü improvizə xüsusiyyətinə malik deyil? Məsələn, F.Şopenin “İnqilabi etüd”ünü dinləyək. Əgər beş ifaçının (fortepiano) çalğısını müqayisə etsək, beş təkrarlanmayan, fərqli ifa eşidəcəyik. Daha bir misal. Üzeyir Hacıbəylinin “Koroğlu” operasının “Uvertüra”sının orkestrlə ifası zamanı maestro Niyazinin dirijorluğu ilə Rauf Abdullayevin dirijorluğu eynidirmi? Xeyr! Hər sənətkarın özünəməxsus əli, zövqü, duyumu, dünyagörüşü, fəlsəfəsi var.
Başqa nümunələrə nəzər salaq.
Ü.Hacıbəylinin “Leyli və Məcnun” muğam operasında dörd Leylinin ifasını müqayisə edək: Sara Qədimova, Rübabə Muradova, Zeynəb Xanlarova və Səkinə İsmayılova. Onlardan hansı daha mükəmməl Leyli partiyasını ifa edib? Fikirləşmədən deyərik ki, hamısı! Əslində, Leylinin partiyası birdir (eynidir).
İndi də Məcnunları müqayisə edək. Eyni muğam parçalarını Əbülfət Əliyev, Qulu Əsgərov, Arif Babayev və Mənsim İbrahimov ifa edir. Bu gün yayılan muğam təfəkkürünə görə, hər Məcnunun ifasında yeni improvizə xüsusiyyətləri olmalı idi. Nəticədə ayrı-ayrı Məcnun zövqü, muğama yanaşma tərzi, duyum xüsusiyyətləri, muğam fəlsəfəsi, dövrü yaşamaq hissi özünü bariz şəkildə nümayiş etdirir. Əgər improvizə xüsusiyyəti tam şəkildə muğamın əsasını təşkil etsəydi, o zaman Məcnun “Şikəsteyi-fars” əvəzinə “Zabul” ifa edə bilərdi və ya “Üşşaq” əvəzinə “Pəncigah” oxuyardı.
Son 12 ildə altı televiziya muğam müsabiqəsi keçirilib və hər müsabiqənin 20 qalibi olub. Çox gözəl. Deməli 120 istedadlı muğam ifaçısı meydana çıxıb. Sual oluna bilər, əgər muğam improvizə xarakterli olsaydı, o zaman bizim 120 nəfər improvizəni mükəmməl dərk edən muğam ifaçımız olmalı idi. Gənc 120 muğam ifaçısının hər biri 1-2 muğam cümləsi, öz improvizə təcrübəsinə arxalanaraq yarada bilsəydi, o zaman 120-dən çox yeni musiqi-muğam cümləsi yaranardı və nəticədə yeni muğam şöbəsi və ya guşəsi meydana gələrdi. Bəs mane olan nədir? Əgər, bizim muğam ifaçılarımızın dediyi kimi, muğam improvizə xarakterinə malik şifahi ənənəli musiqi janrıdırsa, onda nə üçün hamı muğamı əsasən eyni cümlələrlə çalıb-oxuyur? Cavab: Ona görə ki, əksər instrumental muğam ifaçıları muğam şöbə və guşələrini eyni, məcburi musiqi cümlələri ilə bilir və ifa edirlər. Sadəcə, musiqinin sürəti, tempi, bəzi frazaları həddindən artıq ya cəld, ya da əksinə, çox ağır ifa olunur. Müəyyən ifaçılar üstünlüyü ancaq gəzişmələrə verirlər. Belə ifaçıların muğam ifası gəzişmələr toplusundan ibarət olur.
Müşayiət zamanı “xanəndə”nin istifadə etdiyi ərəb, fars, türk, hind və daha çox yayılmış xarici ölkə xalqlarının xalq, professional musiqi nümunələrindən istifadə edərək onları guya muğamlaşdırır, yeni muğam, musiqi cümlələri bəstələyirlər. Lazımsız sıçrayışlar həddindən artıq çoxalıb. Bu amil həm instrumental, həm də vokal muğam ifaçılığında çox yayılıb. İfaçılara irad tutarkən həm gənc, həm də yaşlı ifaçılar bir sözlə, deyirlər ki, muğam improvizə xarakterli şifahi ənənəli musiqi janrıdır. Biz necə istəsək, elə də ifa edəcəyik. Oxuyanlar isə mətni (qəzəli) dəyişdikcə muğamın xarakterinin, təsir gücünün, fəlsəfi baxışlarının dəyişdiyini zənn edirlər.
Son illər muğamın tədris metodikası da dəyişib. 20-30 il bundan əvvəl muğam müəllimləri tələbə ilə fərdi muğam dərslərini üzbəüz keçirdilər. İndi də belədir. Hər tələbənin qabiliyyətinə, duyumuna, zövqünə, ifaçılıq texnikasına münasib muğam cümlələri seçilib tədris olunurdu. Bu gün isə bəzi muğam müəllimləri tədris metodikasını “təkmilləşdirərək”, hər hansı bir muğam parçasını ifa edərək telefona yazır və bütün tələbələr arasında paylaşırlar. Nəticədə həm müəllim, həm də tələbə əziyyət çəkmir və hamı eyni şəkildə ifa edir. Misal üçün, Fatma Mehrəliyevanın ifa etdiyi “Kəsmə şikəstə”ni götürək. Bu gün həmin zərbi muğamı ifa edən bütün gənc ifaçılar Fatma xanımın ifasının nüsxəsini (kopyasını) oxuyur.
Bir-iki ifaçının isə Şövkət Ələkbərovanın ifasından bəhrələndiyi hiss olunur. Təhsil görmüş peşəkar vokal ifaçıları klassik vokal əsərlərini (məs. Ü. Hacıbəylinin “Sevgili canan”, “Sənsiz” romansları) hərəsi özünəməxsus, fərqli ifa edir (bunların not yazısı birdir). Amma “Kəsmə şikəstə” və ya hər hansı bir muğam parçası şifahi ənənəli olduğuna baxmayaraq, eyni şəkildə (hətta nəfəsi də olduğu kimi alırlar) ifa edilir.
Nəticə olaraq onu deyə bilərik ki, muğam dəsgahlarının məcburi cümlələri, strukturu, sadəcə, “skeleti” nota alınmalı və gələcək nəsillərə çatdırılmalıdır. Bu günün müəllimləri muğamı (ifa etdiyi) nota sala bilmirlərsə, bu onların problemidir. Təhsil proqramlarında “muğamların nota salınması” fənni tədris olunmur.
30-40 il bundan əvvəl muğam müəllimləri əsasən orta savadlı idilər. Bu günün muğam müəllimləri isə əksərən ali savad alıblar...