Türkün əzmi
Çanaqqala – mübarizə, igidlik dastanı
Rəşad BABALI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Həyatda ən doğru yol göstərən elmdir”
Antalyada Böyük Zəfərin 100 illiyi münasibətilə konqres keçirilib
-
“Zəfər əldə etmədən dönmə, Mustafam”
Böyük Qələbə dastanının son hekayəsi səhnələşdirilib
-
19 May – Türklüyün şərəf günü
Mustafa Kamal Atatürk: “Biz Türklər, ordusu olan bir millət deyil, milləti olan bir orduyuq”
-
SSRİ-Türkiyə müharibəsinin qarşısı necə alındı?
Rəsulzadə Ankarada bütün türk dünyasından olan mühacirlərə sözü keçən şəxs idi
-
İsmət İnönü necə prezident oldu?
Bilinməyən tarix
-
Atatürk necə prezident seçildi?
Türkiyə Cümhuriyyətinin yarandığı dövrdəki təlatümlərə qısa baxış…
-
İlham Əliyev Anıtqəbiri ziyarət edib
Azərbaycan Prezidenti Atatürkün məzarı önünə əklil qoyub
-
Ərdoğan istefa verməyə hazırdır
Əgər ofşordakı milyonları sübut olunsa…
-
2019-un strategiyası
Mütəhərrik siyasət və unutqan xalq
-
ABŞ tarixçisindən ilginc faktlar
«Ermənilər Vandakı bütün müsəlmanları öldürdülər»
-
I Dünya müharibəsinin 100 illiyi
Aİ liderləri həlak olanların basdırıldlğı məzarlıqda ittifaqın növbəti 5 ilini müzakirə ediblər
-
İran prezidentindən Türkiyəyə sayğısızlıq
Ruhani Atatürkün məzarını ziyarət etməkdən imtina edib
Bu gün I Dünya Müharibəsinin ən önəmli cəbhələrindən olan Çanaqqala döyüşünün 104-cü ildönümüdür. Antanta ölkələri (Fransa, İngiltərə) müttəfiqləri Rusiyaya silah, sursat, ərzaq və digər avadanlıqları daha qısa yoldan çatdırmaq üçün Çanaqqala boğazını tutmağa qərara almışdılar. Oradan da İstanbul boğazına çıxmaq və Almaniyanın müttəfiqi Osmanlının paytaxtını tutmaqla bir daşla iki quş vurmaq istəyirdilər. Beləliklə 1915-ci il martın 15-də Çanaqqala boğazına hücuma başladıar.
Donanması inkişaf etməyən Osmanlı düşməni son mərhələ qəbul etmək məcburiyyətində qaldı. Düşmənin 18 döyüş gəmisi boğazın mərkəzinə qədər irəliləmişdilər. Türk topçularının mətanəti nəticəsində Antanta qüvvələri bir neçə gəmi itirərək geri çəkilmək məcburiyyətində qalmışdılar. Lakin əsl döyüşlər hələ qarşıda idi.
Aprelin 25-i səhər açılar açılmaz onlarla gəmi Gelibolu yarımadasını top atəşinə tutdu. Sahildəki osmanlı mövqelərinə yüzlərlə ton mərmi boşaltdıqdan sonra desant çıxartmağa başladılar. Amma ciddi dirənişlə qarşılaşdılar. Türk qoşunlarına rəhbərlik edən alman general Liman Von Sandersin qeyri peşəkarlığı nəticəsində müttəfiqlərin desantı sahilə çıxmağı bacardı. Hətta elə bir vəziyyət yarandı ki, elə həmin günü yarımadada olan türk ordusu məğlub olacaqdı. Mustafa Kamalın insiyativi nəticəsində cəbhəni yarmağa çalışan düşmən geri oturduldu. Ümumiyyətlə M.Kamal bu savaşda aldığı qərarlarla döyüşlərin taleyini həll edib.
Çanaqqala müharibəsi 1916-cı ilin yanvarın 9-na qədər davam edib. Hər iki tərəf təqribən eyni saydı, 250 min itki verib. Bunun hamısı ölənlər deyil. Yaralılar, itkin düşənlər, əsirlər də daxildir. Dövrünün ən müasir silahları ilə təchiz olunan müttəfiq ordularının qarşısında qəhrəmancasına tab gətirən osmanlı ordusu düşmənlərinin də rəğbətini qazanıb. Uzaq Avstraliya və Yeni Zelandiyadan gətirilən əsgərlər barbar, qorxaq, mədəniyyətsiz kimi tanıdıqları türklərin heç də elə olmadıqlarını görürlər. Bir çox əsgər müharibədən sonra yazdığı xatirələrində bunu qeyd edib. Çanaqqala savaşı adını çəkdiyim ölkələrdə milli şüurun formalaşmağında mühüm rol oynayıb.
Hər il aprelin 15-i səhərin erkən saatlarında Gelibolu yarımadasının sahilində Çanaqqala müharibəsinin quru döyüşlərinin başlanması qeyd edilir. Savaşda iştirak etmiş ölkələrin nümayəndələri xüsusi mərasimlə müharibəni anırlar.
Çanaqqala müharibəsi mənim üçün ona görə önəmlidi ki, düşmən qarşısında çəkilməmək, sonuna qədər döyüşmək, əzmini, mətanətini ortaya qoymaq nümunəsidir.