Moskva paradının portreti
Kremlin qarşısındakı hərbi keçidi “qəssab general” Andrey Mordviçev idarə edib
23:56 | 3 aprel 2019 | Çərşənbə
Məqaləyə 2750 dəfə baxılıb
Şriftin ölçüsü
Kremlin qarşısındakı hərbi keçidi “qəssab general” Andrey Mordviçev idarə edib
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
21 il əvvəl bütün dünya liderlərinin yığışdığı meydanda indi lələ köçüb, yurdu qalıb
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Buradan göndərilən təzə tərəvəzlərə üstünlük verilməsi yerli fermerləri iflasa sürükləyir
Ali Məhkəmə il yarım əvvəl verilən hökmü qüvvədə saxladı
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
Şagirdlərin hücum xəbərlərinin mediada yayımını məhdudlaşdıran qanun layihəsi hazırlanır
Ölənlər var
Rusiyanın başqa ölkələrin daxili işlərinə necə qarışmasının son Moldova nümunəsinə müraciət edək. Deməli, fevralın 24-də bu ölkədə parlament seçkisi keçirilib. Seçkinin nəticəsinə görə heç bir partiya təkbaşına hökumət qurmaq imkanı qazanmayıb. Ona görə də Moldovanın ruspərəst prezidenti İqor Dodon rəqibi – Demokrat Partiyasının lideri Vladimir Plaxotnyukla danışıqlar aparmaq məcburiyyətində qalıb. İş adamı olan Vladimir Plaxotnyuk eyni zamanda qərbpərəst siyasətçidir. Bu səbəbdən Kremlin onu görməyə gözü yoxdur, Rusiyada Plaxotnyuka qarşı iki cinayət işi açılıb.
Buna baxmayaraq, ruspərəst Dodon qərbpərəst Plaxotnyukla koalisyon hökumət formalaşdırmağın yollarını arayır. Kreml isə öz adamı Dodona mesaj göndərib: “Nəbadə düşmənimiz olan Plaxotnyukla hökumət qurasan!”. Rusiya hakimiyyətinin bu əmrini Kremlə bağlı jurnalist Dmitri Kiselyov dövlət kanalı RTR-dəki özünün “Vesti nedeli” proqramında bir daha Dodonun diqqətinə çatdırıb: “Əgər Plaxotnyukla ittifaq yaratsan Rusiyadan aldığın dəstəkdən məhrum olacaqsan”.
Kremlin köşəyə sıxışdırdığı Dodon Putinlə dostluğuna rəğmən, dözməyərək deyib: “Kənar yanaşmalar daxili siyasətimizə təsir etməməlidir”. Kreml vaxtilə Ukraynadakı adamı – prezident Viktor Yanukoviçi də bu şəkildə köşəyə sıxışdıraraq yazığı çarəsiz duruma sürüklədi. Nəticəsi bəllidir: Yanukoviç hakimiyyətini itirərək qaçdı, Ukraynda separatçı bölgə yarandı, Krım ilhaq olundu, Rusiyaya qarşı sanksiyalar qəbul olundu. İndi də eyni üsulla Moldovanı əzmək istəyirlər. Növbədə daha hansı ölkə və ölkələr var?