

“Urmiya gölünü canlandırma da ana dilində təhsil vədi kimi səs toplamaq üçün idi”
Rejissor Məhəmməd Əlimuradi Urmiya haqda adlı sənədli film çəkib
Kürd təşkilatları terrorçunu “siyasi” fəal kimi qələmə verir
Rejimdə Urmiya gölünü qorumağa dair siyasi iradə yoxdur
Fars-molla rejimi milli geyimə görə təzyiqlərə başlayıb
SEPAH etirazlar zamanı saxlanılanların bir çoxuna işgəncə verib
Müdafiə siyasətimiz bir an öncə ideoloji hücum siyasəti ilə əvəzlənməlidir
Çox zaman Azərbaycan əsilli təqdim edilən dini liderin Zəngəzurla bağlı paylaşımı etiraz doğurdu
Parfiya dövrünə aid qəbirlərin üzərində zavod tikirlər
Millət vəkili: “Nazirlər və səlahiyyətlilər Urmiya gölü barədə məlumat vermək istəmirlər”
Güneyli rejissor 6 il həbs cəzasına məhkum edilib
Fars-molla rejimi dünya şöhrətli kinorejissoru cəzalandırdı
Güneyli millət vəkili: “Azərbaycanlıların iki əsas istəyi var”
Urmiya gölünün quruması ilə bağlı etirazlarda xeyli aksiya iştirakçısı həbs edilib
Musa Aşüftə: “Problemin həlli üçün Tehranın Azərbaycan bölgəsinə baxışı dəyişməlidir”
Sakinlər Urmiya gölündə ekoloji durumla bağlı aksiya keçirib
Tehranın Evin zindanında məhbus həyatı yaşayan güney azərbaycanlı araşdırmaçı-alim, mütəxəssis həkim Əhmədrza Calali edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb.
“İran İnternational” saytında yayılan məlumata görə, Ə.Calali iyulun 29-da təkadamlıq kameraya aparılıb, o ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq edam hökmünün icra olunacağı ehtimalından danışıb.
Köçürüldüyü kameranın həbsxanada və ya digər məkanda olduğunu bilməyən Ə.Calali Ettelaat Nazirliyinin hansısa qrupu tərəfindən təkadamlıq kameraya aparıldığını deyib.
Məhbusun ailə üzvlərindən biri bildirib ki, o köçürüldükdən sonra yalnız bir dəfə qısa telefon əlaqəsi saxlaya bilib.
Prof. Ə.Calali İsveç vətəndaşıdır, o İranda “Mossad”a casusluq ittihamı ilə edama məhkum olunub və hazırda Tehranın Evin zindanında həbsdədir. Alim özünə qarşı irəli sürülən ittihamı dəfələrlə rədd edib, ittihamın heç bir əsası olmadığını bildirib. Deyilənlərə görə, o Avropa ölkələrinə qarşı “Sepah”ın casusluq projelərinə qatılmaqla bağlı təklifi rədd etdiyi üçün rejimin qəzəbinə tuş gəlib.
Təbriz şəhərində dünyaya göz açan Ə.Calali İranda tibbi universitetində təhsilini başa vurduqdan sonra bir müddət Təbii Fəlakətlər Mərkəzində çalışıb. O 2009-cu ildə təhsilini davam etdirmək üçün İsveçə gedib. Təbii fəlakətlər üzrə doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alan Ə.Calali həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçdə qalmalı olub, o İtaliya və Belçika kimi ölkələrdə elmi-tədqiqat müəssisələrində də çalışıb.
Ə.Calali 2016-cı il aprelin 24-dən Tehranın Evin zindanında həbsdədir. O Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdiyi zaman saxlanılıb. Onun bu müddətdə vəkili ilə əlaqəsinə çoxlu məhdudiyyətlər qoyulub. Azərbaycanlı alim həbsdə qaldığı müddətdə ona olan təzyiqlər, hüquqi vəziyyəti və vəkili ilə görüşünə qoyulan məhdudiyyətlərə görə aclıq aksiyası da keçirib.
Azərbaycanlı alimın dosyesi İranda müəyyən məhbuslara qarşı saxta ittihamla quraşdırılan dəhşətli dosyelərdən biridir. Dosyedə ziddiyyətlərin olduğu ilə bağlı çoxlu faktların üzə çıxdığı bildirilir.