«Xədicə özü mənə yaxın əyləşdi»
«Qəsdən ucadan danışırdılar»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Qərb agenturası xəyanətin içində
Amerikadakı Cin Azərbaycan əleyhinə fəlakət projesi hazırlığında
-
«Müxalifətin İlhamə Quliyevası ...»
«Bir qrup göbəyi meydanlara, küçələrə açılmış insanlar var»
-
«Heç biri ilə razı deyiləm»
Novella Cəfəroğlu: «Nə Xədicə İsmayılın, nə də Milli Şuranın siyahısını tanıyıram»
-
«Sən Amerika casususan!»
Əfsələddin Ağalarov Xədicə İsmayılı özündən çıxardı
-
«Məşhurların azadlqıda olmalarını istəmir»
Hüquq müdafiəçiləri Xədicə İsmayılı xarici kəşfiyyata işləməkdə suçladı
-
«Xədicə İsmayıl həbs edilməlidir»
«Daha heç kimə deyə bilməyəcəklər ki, Elmanı yığışdırın»
-
«Onun mövqeyi, statusu, yaşı imkan verir ki, ...»
Novella Cəfərova Xədicə İsmayıla qarşı bərk əsəbləşdi, bəyanat verdi
-
Rauf Mərdiyevin fərdi «keyfiyyət»ləri...
... və ya İlham Əliyev namərd mərdiyevlərlə necə davransın
-
«Aslanov-Osmanlı işi»ndə erməni izi
«Faydalı axmaqlar» rolunda çıxış edən «beşinci kolon» bütöv ordudan da yaxşı işləyir
-
«Şərh verməyim düzgün olmaz»
«Xədicə İsmayıl adlı jurnalist və Leyla Yunus adlı siyasətçi tanımıram»
-
Bir gəncin «manifest»i
... və ya Ceyhun Osmanlı Amerikanı necə aldatdı?
-
Nurçular Osmanlının evində yığışır
Z.Məmmədovun Göyçaydakı evindən kitabxana çıxdı
-
«Əşi nə nurçu?»
Deputatın icra başçısının müavini olan atası evlərinin şəklini çəkəni söydü
-
«Ölüm ayağı»nda humanist vəsiyyət
Siyasi karyerasının son günlərini yaşayan deputat həmkarının addımını təkrarladı
-
«Onda mən də nurçuyam»
««Erməni» və ya «KQBşnik» dəbdən düşüb»
-
Millət vəkillərinin Gülən üzü
Və ya nurçu deputat ovu
Millət vəkili Ceyhun Osmanlı Xədicə İsmayılla bağlı Baş prokurorluğa təqdim etdiyi səs yazısı haqda məlumat yayıb. Musavat.com «Qafqazinfo»ya istinadən həmin açıqlamanı təqdim edir:
«Təsisçisi olduğum «İRƏLİ» İctimai Birliyinin ofisi İçəri Şəhərdə «Art Garden» restoranının yaxınlığında yerləşir. Bəzən nahar və şam yeməyi üçün həmin restorandan istifadə edirik. 23 yanvar tarixində də axşam Xədicə İsmayıl, aralarında əcnəbilərin də olduğu 4 şəxslə birgə həmin restorana gəldi. Bir zəruri məqamı xüsusi vurğulamaq istərdim ki, restorana o daxil olanda mən artıq şam yeməyinə başlamışdım, yəni mən onların olduğu məkana deyil, əksinə, onlar mənim olduğum məkana gəlib və mənə yaxın masada əyləşiblər.
Xədicə İsmayılın elə şəxsən özü də gizlətmir ki, masa arxasında yüksək səslə danışırdı. Mənə məxsus telefonun diktafonu aktivləşdirməyimin də yeganə səbəbi məhz bu söhbəti aparan şəxslərin - Xədicə İsmayılın və digərlərinin danışıqlarında dövlətçiliyə, ölkənin konstitusion quruluşuna yönəlmiş aqressiv və təxribatçı mövqelərin səslənməsinin şahidi olmağımdır.
Şahidi olduğum bu söhbətdə konstitusiyanın və qanunvericiliyin bəzi müddəalarının konkret pozulması faktına şahid olmuşam və Azərbaycan qanunvericiliyinin «cinayətin şahidi olmaq, yaxud bu barədə məlumatlı olub xəbər verməmək özü bir cinayətdir» tövsihindən də xəbərdaram. Xüsusilə, söhbət milli mənafedən gedirsə, bu barədə sayıqlıq göstərmək, hər bir vətəndaşın borcu olmalıdır. Onu da qeyd etməyi vacib sayıram ki, Konstitusiyanın 32-ci maddəsi daha çox şəxsi çəkilişə və səs yazısına aiddir. «Art Garden» restoranı da ictimai yer olduğundan, burada danışılanlar, o cümlədən Xədicə İsmayılın müzakirələri şəxsi yox, məhz ictimai-siyasi motivlidir. Xədicə İsmayılın mənimlə «Art Garden»da rastlaşmasıyla bağlı 3 dəfə fərqli fikir səsləndirməsi və əvvəlki fikirlərdən birinin sosial şəbəkədən silməsi, bu barədə mövqeyini ard-arda dəyişməsi onun ictimaiyyətin mövqeyini yayındarmağa çalışmasını təsdiqləyir.
Təəssüflər olsun ki, əksər məqamlar istintaq sirri olduğundan onları tam açıqlaya bilmirəm. Lakin zamanı gələndə hər kəs hər şeyi biləcək. Əminəm ki, o zaman Xədicədən daha çox «xədicəlik» edənlər bundan utanacaqlar».