
“Qiymətlərə yenidən baxılmalıdır”
Millət vəkili dərmanlar baha olmasından şikayətçidir
Millət vəkili dərmanlar baha olmasından şikayətçidir
Heydər Əliyev Fondunun təşəbbüsü ilə «Gəncə Marafonu - 2017» keçirilib
Qənirə Paşayeva «Gəncə Marafonu»ndan yazdı
Qənirə Paşayeva adından kim dələduzluq edənlərlə bağlı bəyanat yaydı
«Xocalı Soyqırımı: Türk dünyasınını acıları, problemləri və həlli yolları»
Vitse-spkier: «Sizin niyə inzibati sözündən xoşunuz gəlmir?»
Deputat əlillərin müavinətlərinin artırılmasını təklif etdi
Oqtay Şirəliyev jurnalistin müalicəsini nəzarətə götürdü
Jurnalist İlham Əliyevə müraciət etdi
Zabil Müqabiloğlu bu gün əməliyyat olunacaq
Spikerdən deputatlara irad
Qənirə Paşayeva parlamentdə onların çağırışını səsləndirdi
«Samvel Farmanyandan soruşun ki, ...»
Qənirə Paşayeva aztəminatlı ailələrin müdafiəsinə qalxdı
Qənirə Paşayeva: «Azərbaycan üçün əhəmiyyətli məsələdə bu cür mövqe sərgiləməsi ciddi məsələdir»
«40 yaşından başlayaraq tərgitməli olduğunuz ...»
Azərbaycanda daha bir deputat ölümündən sonra daxili orqanlarını bağışlamaq haqqında vəsiyyət edib. Bu, son günlər adı medianın gündəmindən düşməyən və nurçuluq təriqətinə qoşulduğu iddia olunan Ceyhun Osmanlıdır.
Məlumatı Modern.az saytına müsahibəsində Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi bildirib.
Mircəlal Kazıminin sözlərinə görə, ilk olaraq ötən ilin əvvəlində millət vəkili Qənirə Paşayeva özünün daxili orqanlarının bağışlanmasına razılıq verib. Xanım deputat hətta bu barədə vəsiyyətnamə də yazıb və mediada nümayiş etdirib.
Daha sonra bir neçə ayrı-ayrı vətəndaş da oxşar addım atıb. Və orqanlarını bağışlayanlardan birinin də Milli Məclisin üzvü Ceyhun Osmanlı olduğu müəyyənləşib.
Qeyd edək ki, nurçulara xidmət edən şəxslər arasında orqan transplantasiyası adi hal kimi qəbul olunur.
Xatırladaq ki, Ərdoğanın Bakı səfərindən sonra Türkiyə baş nazirinin Azərbaycan prezidenti İlham Əliyevdən nurçuların biznes fəaliyyəti və dövlət orqanlarındakı nümayəndələri ilə bağlı tədbir görülməsini xahiş etmişdi. Deyilənə görə, AKP liderinin xahişi əsasında başladılacaq kampaniyada karyerası bitiriləcək şəxslərin siyahısındakı ilk onluqda «İrəli» liderinin də adı var.