
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
Pis niyyətə düşənlərin sonu bəllidir
Yeni güzəştləri tətbiq ediləcək
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
Bütün universitetlərin yataqxanası olmalıdır
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
Millət vəkili dərmanlar baha olmasından şikayətçidir
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
Millət vəkili həyəcan təbili çalır
««Təhsil kreditləri haqqında» qanun təcili olaraq müzakirəyə çıxarılmalıdır». Modern.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin iclasında deputat Qənirə Paşayeva səsləndirib. O deyib ki, maddi imkanlar üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə bir çıxılmaz vəziyyətlə üzləşən gənclərin sayı artır.
«Elm haqqındda» Qanun layihəsinin müzakirəsi zamanı millət vəkili bildirib ki, çoxlu sayda ali təhsil alan gənclər, imkansız ailələr ona müraciət edərək ödəniş haqlarını ödəməkdə çətinlik çəkdiklərini və ali təhsili yarımçıq qoymaq məcburiyyətində qaldıqlarını deyirlər:
«Amma təhsil kreditlərinı dair qanun qəbul olunarsa, həmin gənclər bu cür çıxılmaz vəziyyətdə qalmazlar. Ucuz faizlərlə uzun müddətə kredit alaraq, təhsilini başa vurub çalışmağa başlayanda həmin vəsaiti qaytarmağa başlayarlar və bu təhsilin də, elmin də inkişafına öz töhfələrini verə bilər.
Kəndlərdən, rayonlardan nə qədər imkansız ailələrin istedadlı uşaqları var. Azərbaycanda ali təhsil alan hər üç nəfərdən təxminən ikisinin ödənişli təhsil aldığını nəzərə alsaq, təhsil kreditləri məsələsinin və bununla bağlı qanunun qəbul edilməsinin nə qədər önəmli olduğunu görə bilək. Bu gün bəzi banklar təhsil kreditlərini qısa müddətə verir və yüksək faizlidir, onlar problemləri həll edə bilməz. Artıq yaz sessiyası başa çatır. Mən təklif edirəm ki, həmin qanun layihəsi müzakirəyə çıxarılsın. Çünki indi dərs ili başa çatır və yeni dərs ilinin başlanmasına qədər ailələr, gənclər bilmək istəyir ki, «təhsil kreditləri qanunu» olacaq ya yox. Onlar buna ümid edə bilərlər ya yox?..».
Bəzi qonşu ölkələrdə də təhsil kreditlərinin geniş yayıldığını deyən Q.Paşayeva bildirib ki, bir müddət əvvəl millət vəkilləri Əli Məsimli və Vahid Əhmədovun hazırladığı qanun layihəsi ilə bağlı müzakirələr çox vacibdir:
««Elm haqqında» Qanun layihəsinin müzakirəsi zamanı komitənin sədri İsa müəllim böyük narahatlıqla magisturaturadan elmə üz tutan gənclərin sayının getdikcə azaldığını vurğuladı. Bu, bizim hamımızı narahat edir. Çox yaxşı haldır ki, «Elm haqqında» Qanun layihəsində doktorantura təhsili üçün təhsil kreditləri öz əksini tapır, amma bu, bütün ali təhsil pillələrini əhatə etməlidir ki, imkanları aşağı olan, amma istedada malik gənclər bakalavr təhsilini davam etdirib, magistraturaya, oradan da elm arxasınca gedə bilsinlər».
Q.Paşayeva bildirib ki, elm dalınca gedən gənclərin sosial ipoteka vasitəsilə mənzil ala bilməsi məsələsinin qanun layihəsində konkret öz əksini tapması da çox vacibdir.
«Hər bir kəs vətən qarşısında hərbi xidmətini yerinə yetirməlidir, amma davamlı təhsil istiqamətində yaxşı olardı ki, gənclər magistraturaya daxil olursa, onlar magistraturanı bitirənə qədər möhlət verilsin və magistratura təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollansınlar. Bu təhsilin keyfiyyəti ilə bərabər, elmin inkişafına dəstək istiqamətində də vacib olardı. Biz dövlətin dəstəyi ilə xarici ölkələrin tanınmış ali məktəblərinə gəncləri oxumağa göndəririk və ya bu cür addımları dəstəkləyirik. İmkan vermək lazımdır ki, gənclər magistratura təhsillərini başa vursunlar və ondan sonra oradan hərbi xidmətə yollansınlar».