vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 may 2022
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
ARAŞDIRMA  
11:55 | 12 aprel 2022 | Çərşənbə axşamı Məqaləyə 1044 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fəza və biz

Kosmosda səsləndirilən dünyanın 27 musiqisindən ikisi Azərbaycanın olub

Zaur ƏLİYEV, dosent

12 aprel - Ümumdünya Kosmonavtika Gününün formalaşmasında Azərbaycanlıların da rolu böyük olub.

Bu gün çox az adam bilir ki, Kosmosa səfər etmiş  4 nəfərinin həyatı Azərbaycanla bağlı olub. İndiyə qədər əksəriyyət yalnız bir sovet kosmonavtının – Musa Manarovun Bakıda anadan olmasını bilirdi. Dünyada ilk müsəlman kosmik xanım turist olan Anuşe Ənsarinin də Güney Azərbaycan yetirməsi olmasını da yəqin ki, çoxları bilmir. Bəli, bu iki insanı – Musa Manarov və Anuşe Ənsarini bilavasitə Azərbaycanla bağlı kosmonavt adlandırmaq olar. Və milliyyətcə lak olsa da, Musa Manarova ilk azərbaycanlı kosmonavt demək mümkündür. Ancaq araşdırmalarımız nəticəsində bəlli oldu ki, daha iki kosmonavtın həyatı Azərbaycanla bağlı olub. Onlar – keçmiş SSRİ kosmonavtları Vitali Mixayloviç Jolobov və Valeri Viktoroviç Ryumindir. İlk bakılı kosmonavt kimi məhz Sovet İttifaqı Qəhrəmanı V.M.Jolobov tanınıb. Amma o, Azərbaycanda deyil, 1937-ci ildə Ukraynada doğulub. Sonradan valideynləri Bakıya köçüb və 1954-cü ildə paytaxtımızın 164 saylı orta məktəbini bitirərək Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Neft Akademiyası) daxil olub. 1959-cu ildə mühəndis ixtisası ilə həmin ali məktəbi bitirdikdən sonra 1959-1961-ci illərdə hərbi xidmətdə olub. 1962-ci ildə Moskva Aviasiya Hospitalında tibb komissiyasından keçərək SSRİ Mərkəzi Həkim-Uçuş Komissiyasına buraxılış alıb və 1963-cü ildə kosmonavtlar dəstəsinə daxil edilib. 13 il yüksək səviyyəli hazırlıq keçdikdən sonra V.M.Jolobov 1976-ci ilin avqustunda kosmosa uçmuş və 49 sutkadan çox kosmik fəzada qalmışdır. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, təyyarəçi-kosmonavt Valeri Viktoroviç Ryumin 1939-cu ildə Rusiyada anadan olub. Onu Azərbaycanla bağlayan əsgəri xidmətidir. 1959-1961-ci illərdə V.Ryumin Gəncə (o dövrdə Kirovabad) və Lənkəran şəhərlərində tank qoşunları tərkibində tank komandiri kimi xidmət keçmişdir. 1977, 1979, 1980 və 1998-ci illərdə 4 dəfə kosmosa uçmuş, üst-üstə 371 sutkadan çox Yer orbitindən kənarda olmuşdur.

VƏ ƏN MARAQLISI budur ki,  kosmosda səsləndirilən dünyanın 27 musiqisindən ikisi Azərbaycan musiqisi olub. Birinci səfər 1977-ci ildə iki kosmik gəmi – “Voyager 1” və “Voyager 2” NASA tərəfindən kosmosa göndərilir. Bu iki kosmik gəminin əsas məqsədi Neptun, Saturn və Yupiterin araşdırılması idi.  NASA da düşünür ki, fürsətdən istifadə yadplanetlilərə də bir salam verək. Agentlik Voyager 1 kosmik gəmisini uçurmazdan əvvəl gəmiyə qızıl plastinka yerləşdirir. Plastinkaya mahnılar, şeirlər, rəsmlər, yağış və külək kimi müxtəlif təbiət hadisələrinin  səsləri qeyd olunur. Məqsəd odur ki, bu plastinka yadplanetlilərin əlinə keçdikdə onlara öz sivilizasiyamızı, günəş sistemimizi tanıdaq və Yer kürəsi, buradakı mədəniyyətlər barəsində dolğun məlumat verək.  Bütün bu səslər dünyanın bütün mədəniyyətlərini özündə birləşdirməsə də, 65 faizini əhatə edir. Mədəniyyət demişkən gələk bizi qürurlandıracaq ən əsas məsələyə. NASA-nın qızıl plastinkasına  27 melodiya ilə birlikdə Azərbaycanın dünya incisi muğam da əlavə olunur. Voyager qızıl plastinkasında Kamil Cəlilovun balaban ilə çaldığı “Muğam” (bəzən “Çahargah ahəngi” adlanır) adlanan kompozisiyası da var idi.

İkinci dəfə Musa Manarov kosmosda olanda, O,  kosmonavtlara Azərbaycan instrumental  mahnısı dinlətdirib. Bu musiqi açıq kosmos səmasında da səsləndirilib.

Bu gün NASA və Rusiyanın kosmik proqramlarında azərbaycanlılar çalışırlar və Allen Mirqədirov – Azərbaycan əsilli ABŞ aerokosmik mühəndisi və ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Dünyada tanınan isimlərdən biridir.  2010-cu ildən bəri ABŞ-ın Milli Kosmik Agentliyində (NASA) çalışır. Hazırda NASA-nın Merilanddakı Goddard Kosmik Uçuş Mərkəzində aerokosmik mühəndis və nəzarətçidir. O, Amerika Milli Aerokosmik Agentliyinin “Hİ-SEAS” proqramı çərçivəsində Marsa uçmaq üçün seçilən 6 astronavtdan biri olub.

 Sovet kosmik proqramının banilərindən biri olan Kərim Kərimovun, Azərbaycan astronomu və astrofiziki Nadir İbrahimovun, Füzuli Fərəcovun, akademik Tofiq İsmayılov, mühəndislər Vəfadar Babayev, İzzətəli Ağayev, Firdus Kərimov, “Molniya” dizayn ofisinin şöbə müdiri Nazim Quliyev və Baykonur kosmodromunda təhlükəsizlik məsələlərinə baxan Şakir Əsgərov, Atilla Əsgərovun  ( NASA-da  mühəndis), kosmik elmlərlə bağlı nüfuzlu universitetdə dərs keçən əslən azərbaycanlı olan Nima Ərkani Hamid və digərlərinin adını da bu gün qürurla çəkmək olar. Fəxrlə qeyd etmək olar ki, Kosmosun fatehləri sırasında Azərbaycan xalqı da var.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Commentics

Sorry, there is a database problem.

Please check back shortly. Thanks.