Ötən dəfəkilərin təkrarı
Yetər ki, Ermənistan Azərbaycanın sərhədlərini tanısın ...
ELXAN
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Sülh müqaviləsi 80 faiz razılaşdırılıb”
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Qərbi Azərbaycanda dəyişdirilən türk mənşəli toponimlər
Vaxt gələcək, tarixi yer-yurd adlarımız bərpa olunacaq...
-
Hədəf 15 milyarddır
Türk dövlətləri ilə ticarət rekord həddə
-
Sadəcə, İlham...
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
Bakı Vaşinqtonu inandıra bilsə, ...
İranın vurulması Zəngəzurdan başlamalıdır
-
Ölünün qıdığı gəlməz ...
İrəvan Minsk Qrupunu diriltməyə çalışır, Moskva separat oyuncağı ...
-
Putin narahatdır
Doqquz gündə üçüncü zəng nələrinsə plan üzrə getmədiyini göstərir
-
Prezidentdən mühüm mesajlar
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
-
O tayın və bu tayın lideri
İlham Əliyev Helmut Kolun yolunu gedir – hamını inandırmaq
-
Əliyev açıq danışdı
İran təxribatlarından sonra ilk dəfə hər şeyi öz adı ilə adlandırıldı
-
Gərgin mərhələyə qədəm qoyuruq
“Güney azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qaldı
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən sayca üçüncü görüş ötən dəfəkilərin təkrarı əsasında keçib. Sərhədlərin və kommunikasiya xətlərinin açılması, sülh sazişi üzərində çalışmalarının sürətləndiliməsi vacibliyi yenə vurğulanıb. Ancaq bu dəfə Şarl Mişelin yekun açıqlamasında bir neçə yeni detal diqqətimi çəkib.
Birincisi, Şarl Mişel Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması vacibliyini bildirib. Bu yəqin Azərbaycana mesajdır ki, rəsmi Bakı ermənilərin hüquq və təhlükəsizlik məsələlərinin həlli məqsədilə onlara nəsə təklif etməlidir. Şarl Mişel bununla həm də Nikol Paşinyanı sakitləşdirmək, radikal müxalifətin ona qarşı təzyiqini neytrallaşdırmaq istəyir. Çünki radikal müxalifət Paşinyana ona görə təzyiq edir ki, baş nazir Qarabağı “unudub”. Paşinyan isə Brüssel görüşünün nəticəsini əlində rəhbər tutaraq Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik məsələlərinin yekun bəyanata salındığına istinad edəcək. Bizə gəldikdə, əgər Qarabağ erməniləri Azərbaycan qanunları ilə yaşayacaqlarsa, separatçılıqdan vaz keçib pasportlarımızı daşıyacaqlarsa, bələdiyyə və digər buna bənzər hüquqlara malik ola bilərlər.
İkincisi, Şarl Mişel Avropa İttifaqının hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcəyini bildirib. Şarl Mişel bu mexanizmin nədən ibarət olacağını və necə işləyəcəyini sonrakı cümlələrində izah etməyib. Ancaq böyük ehtimalla Avropa İttifaqı Şurasının prezidenti onu nəzərdə tutub ki, Brüssel iqtisadi zəmində Bakı və İrəvanla üçlü iqtisadi mexanizm çərçivəsində əməkdaşlığa maraq göstərir, ancaq bunun üçün iki ölkə arasında sülh sazişi imzalanmalıdır. Biz buna hazırıq, yetər ki, Ermənistan Azərbaycanın sərhədlərini tanısın, sülh sazişi imzalasın və dəhlizin açılmasıyla kommunikasiya xətlərinin çalışmasına şərait yaratsın.