
Paşinyan vacib addımı
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
Bu gün öz heç kimə lazım deyil
“Yaxşı başlanğıc artıq işin yarısı deməkdir”
Azərbaycan türk dövlətlərinə xüsusi töhfə verir
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Ermənistan baş naziri dövlətinin 200 illik doktrinasından imtina edə biləcəkmi?
Hafizəmizdən silinməyəcək mənzərə
... Himn boyda adam
... Yaxud Vaşinqton görüşü və Azərbaycanın sülh gündəmi
Paşinyandan kilsəyə islahat təşəbbüsü
Vardanyanı hətta Tramp da xilas edə bilməz...
... suyu bulandırmağa çalışmasın
Bakı və İrəvan barışa yaxınlaşaraq Moskvanı Cənubi Qafqazdan uzaqlaşdırır
Rusiya Cənubi Qafqazdan sıxışdırılır
Birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub
Azərbaycan-Ermənistan arasında ən kritik görüş başladı
Brüsseldə “buz tərpəndi”. Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası üzrə dövlət Komissiyalarını yaratdıqlarını elan etdilər.
Brüssel görüşü Paşinyana öhdəliklərini xatırlatdı. İlham Əliyev bir daha prinsipial “5 maddə”nin danışıqların fundamenti üçün guşə daşı olduğunu nümayiş etdirdi.
Şarl Mişel İrəvandan Avropa üçün bu kritik dönəmdə “ikinci cəbhə” açmağa imkan verəcək proseslərə macal verməməyi tələb etdi.
Bakı bir daha Avropanı və Ermənistanı Qarabağa hər hansı statusun veriləcəyi barədə arzuları unutmağa çağırdı.
Avropa İttifaqı isə Qarabağdakı erməni əhalisinin təhlükəsizliyi üçün Bakıya çağırış etdi. Bu, dolayısı ilə Xankəndinin separatçı güruhu üzərində böyük bir sual işarəsinin qoyulmasıdır.
Delimitasiya prosesinin sürət götürməsi onu göstərir ki, dünya gücləri Azərbaycanın və Ermənistanın bir-birinin ərazi bütövlüyünü və sərhədlərini tanımasını istəyirlər.
Sərhəd danışıqları üçün Moskva SSRİ xəritələrini təklif edir. Bir sıra xırda məqamları çıxsaq Sovet inzibati-təsərrüfat xəritələri bütövlükdə Bakını qane edir. 1918-ci ildə qurulan AXC-nin dövlət sərhədləri sovet Azərbaycanının əsas sərhədlərinə çevrilmişdi. Odur ki, bu xəritələrdən imtina etmək İrəvan üçün avtomatik olaraq naməlum olan 1918-ci ilə qayıtmaq deməkdir. İrəvan isə bunu heç istəmir.
Delimitasiya Türkiyə üçün mühüm əhəmiyyət daşıyır. Sərhədləri bəlli olan Ermənistan həmçinin Türkiyəyə ərazi iddialarını da arxa plana atacaq.
Burada əsas məsələ Moskva, Paris və Ankaranın Xankəndinin siyasi taleyini həll edəcək hansı qərara razılıq verəcəyidir.
Bakı hər hansı statusu rədd edir, İrəvan ATƏT-in Minsk Qrupunun “dirilməsinə” ümid edir.
44 günlük müharibədən sonra Britaniya, Cənubi Qafqazda geridönməz faktora çevrilmiş Türkiyə və “köhnə qonşu” Rusiya Ukrayna müharibəsinin gətirdiyi qlobal dəyişiklər fonunda regional siyasətin yeni konturlarını razılaşdırmaq üçün səy göstərirlər.
Bu baxımdan Azərbaycanın prinsipal mövqeyi həlledici amil kimi çıxış edir. “Oyunçular” da bunu yaxşı başa düşürlər. Odur ki, delimitasiya prosesi özü ilə həmçinin yeni siyasi şərtləri də diktə edəcək.
Bakının əlindəki ən güclü “kozur” Vətən Müharibəsində qazandığı Qələbədir. Qalibləri heç kim mühakimə etmir.