Astana Kremlin təhdidindən qorxdu
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
13:42 | 28 iyun 2022 | Çərşənbə axşamı
Məqaləyə 887 dəfə baxılıb
Şriftin ölçüsü
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Türkiyədə aviabiletlərin qiyməti yenidən qalxır
Sabiq CHP sədri Türkiyə Prezidentini təhqir etməkdə günahlandırılır
Türkiyə Mərkəzi Bankının 3 illik itkisi ÜDM-nin 6,3 faizinə çatıb
İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirlərsə, Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarını nəzərə almalıdırlar. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində iştirak etmək üçün İspaniyaya yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib.
"İsveçin baş naziri, Finlandiya prezidenti və NATO baş katibinin iştirakı ilə dördtərəfli görüş keçirəcəyik. NATO-ya üzvlük müxtəlif öhdəlikləri də özü ilə gətirir. İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirlərsə, Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarını nəzərə almalıdırlar. Bunun əksi düşünülə bilməz", – deyə o bildirib.
Türkiyə prezidenti NATO sammitində Ukraynadakı vəziyyətin də gündəmdə olacağını bildirib. R.T.Ərdoğan, həmçinin ABŞ prezidenti Co Baydenlə görüşə biləcəyini deyib. (“Trend”)
“Yunanıstanın Baş naziri ilə görüş mümkün görünmür”. “Biz o qapını bağladıq. Bundan sonra ritorikalarını düzəltməlidirlər. Ondan sonra hansı səviyyədə təmaslar apara biləcəyimizi düşünərik”, – Türkiyə prezidenti deyib.