Paşinyan Bakıdan qaça bilməyəcək
Ermənistan baş nazirinin Ağ Evdə gizlənməyə üzü qaradır
Təhməz ƏSƏDOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
Ölünün qıdığı gəlməz ...
İrəvan Minsk Qrupunu diriltməyə çalışır, Moskva separat oyuncağı ...
-
İrəvan danışıqları sabotaj edir
Paşinyanın tələbi Kremlin maraqlarına xidmət edir
-
Görüş baş tutumayacaq
Əliyev Makronu “oyundan kənar vəziyyətdə” saxlayır
-
Kreml fikrindən daşınıb?
Putin Paşinyana pozitiv siqnallar ötürüb
-
Paşinyanın KTMT-dəki fiaskosu
Sərhəddən Ermənistanın başına od ələnəcək
-
Paşinyan KTMT-ni şantaj etdi
“Ermənilərin təşkilata ümidi doğrulmayıb”
-
İrəvanın Qərbə ötürdüyü sirr
Kremlə ən böyük zərbəni ermənilər vurdu
-
Putin kritik qərar astanasında
İrəvandan əlini çəkir, yoxsa Bakıyla savaşa girir?
-
Əliyev israrlıdır ...
Paşinyan isə üçüncü tərəfin maraqlarını dilə gətirir
-
“Çətiraltı” mesaj
Paşinyan bütün Ermənistanı islatdı
-
Kremlin “Ruben planı”
Ermənilər üçün məxfi ssenari işə salındı
-
Putinin qarşısına nə qoyulacaq?
Makronun bicliyi, Əliyevlə Paşinyanın yeni görüşü
-
Ermənistana dərs olmadı
Paşinyan növbəti müharibənin səhvini buraxdı
-
Paşinyan Putinin əsəbləri ilə oynayır
Əvvəlcə Qarabağda, sonra da İrəvanda “vurhavur” başlaya bilər
-
Praqa razılaşması pozulur
Azərbaycan sülhməramlı missiyaya icazə verməyib
Prezident İlham Əliyevin Kəlbəcər səfəri və orada fəaliyyətə başlayan Komando Hərbi Hissəsi Ermənistanda ciddi narahatlığa səbəb olub. Belə görünür ki, İlham Əliyevin bu səfəri və orada səsləndirdiyi fikirlərdən ölkəsi daxilində yaranan təşvişi çox yaxşı hiss edən Ermənistan baş naziri Nikol Paşinyan vəziyyətdən yararlanmaq niyyətindədir.
Vətən müharibəsinin bitdiyi vaxtın ilyarımı keçməsinə baxmayaraq hələ də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Paşinyan ona istər Azərbaycandan, istərsə də artıq Qərbdən təzyiqləri hiss etməkdədir. Lakin olsun Moskvaya, olsun da Brüsselə səfərlərdən sonra Azərbaycanla münasibətlərin tənzimlənməsi, sülh sazişinin imzalanması istiqamətində hər hansı bir bəyanatının Ermənistan daxilində etirazlara, iğtişaşlara, aksiyalara səbəb olduğunu hər dəfəsində görən erməni baş nazir İlham Əliyevin Kəlbəcərdə verdiyi mesajlardan öhdəliyini yerinə yetirmək üçün yararlanmaq məqsədinə düşə bilər.
Xüsusən də Azərbaycan dövlət başçısının Komandoların qarşısında dediyi “Müharibədən sonra bu gün Azərbaycan Ordusu daha güclüdür - həm təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Ona görə biz bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atacağıq. Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalandı. Bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək. Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək” sözlər bu nöqteyi nəzərdən Paşinyan üçün əsl fürsət olduğu ehtimallarını artırır.
Belə ki, Nikol Paşinyan son müsahibəsində Azərbaycan Prezidentinin bu mesajlarına istinad edərək “Azərbaycan müharibəyə hazırlaşır” cümləsiylə erməni cəmiyyətini güzəştlərə hazırlamaq istəyini büruzə vermiş ola bilər. Daha konkretləşdirsək, Paşinyan Azərbaycanın Ermənistanla sərhəddə yeni Komando hərbi hissələri yaratmasını, İlham Əliyevin yeni silahlar, ən müasir texnikaların alınması üçün imzalanan kontraktlarla bağlı mesajını, revanşist qüvvələrə ritorikalarından geri addım atmayacaqları təqdirdə “Dəmir yumruq yerindədir” mesajı verdiyinə diqqəti yönəltməklə erməni cəmiyyətinə demək istəyib ki, bəzi addımlar atılmasa, Azərbaycan müharibəyə başlayacaq.
Ancaq Nikol Paşinyanın müsahibəsində Minsk Qrupunu diriltməyə çalışacağını vurğulaması, sərhəd məsələsini həll etməyə və sülh sazişini imzalamaq niyyətinin olmadığını daxili auditoriyaya nümayiş etdirmək məqsədindən başqa bir şey deyil. Ola bilsin ki, erməni baş nazir bu ifadələrlə revanşistlərə, müxalifətə bildirmək istəyir ki, “mən də sizinlə həmfikirəm, amma əlimizdən heç nə gəlmir, bütün variantlar Azərbaycanın xeyrinədir”.
Rusiya XİN rəhbəri Sergey Lavrovun Bakı səfəri zamanı etdiyi “ATƏT-in Minsk qrupu öz mövcudluğunu dayandırıb. Biz postmünaqişə nizamlanması prosesini müzakirə etdik. Bu prosesin bazası Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarıdır. Bu bəyanatlar hamı tərəfindən yerdə qalan məsələlərin həlli istiqamətində hərəkət etmək üçün əsas kimi tanınır” açıqlamasından da bir daha aydın oldu ki, Moskva bu məsələdə fikrini dəyişməyib və Azərbaycan-Ermənistan məsələsində yeganə moderator olaraq mövcudluğunu qorumaq üçün Minsk Qrupu ilə bağlı kəlmə də ağıza almaq istəmir.
Bir daha aydın oldu ki, Moskva Minsk Qrupundan imtina edib, Brüssel də vasitəçilik fəaliyyətində bu qrupun fəaliyyətini davam etdirməsi mövzusuna toxunmağı lazım bilmir, hətta Paris bu məsələdə çox da israrlı görünmür. Yeganə Vaşinqtondur ki, həmsədrlərin fəaliyyətini davam etdirməsini istəyir ki, bu da Nikol Paşinyanı, eyni zamanda erməni separatizmini cəsarətləndirə bilər.
Lakin AB, ən qısa zamanda anlamalıdır ki, onun həmsədrlik məsələsində israrı Azərbaycan-ABŞ münasibətlərinə mənfi təsir etməklə paralel olaraq Rusiyanın bölgədə mövqelərini gücləndirməsinə də səbəb olacaq. Əgər Vaşinqton Rusiyanın Cənubi Qafqazda mövcudluğuna bu və ya digər yollarla mane olmaq istəyirsə, ilk növbədə Bakı ilə münasibətlərini düzgün qurmalıdır.
Prezident İlham Əliyev bu gün Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı bu məsələyə toxunmaqla Vaşinqton başda olmaqla, İrəvana da lazımı mesajı ötürüb. “Minsk qrupu ilə bağlı spekulyasiyalar sülh üçün dağıdıcı təsirə malikdir”, - deyən Azərbaycan Prezidenti bölgədə sabitliyə və sülhə əngəl olacaq bu cür mövzulara yenidən girməyin doğru seçim olmadığını bildrimiş olub. İlham Əliyev bunu xatırlatmaqla bir növ Minsk Qrupu formatının bərpasında maraqlı görünən ABŞ-ı seçim qarşısında qoyub.
Çünki artıq bütün dünya Azərbaycanın regionda yaratdığı yeni reallıqla barışdığı, razılaşdığı (İlham Əliyev: “Deyə bilərəm ki, dünyanın aparıcı qüvvələri postmüharibə reallıqlarını artıq qəbul ediblər və öz fəaliyyətini bu reallıqlar əsasında qururlar” – red.) bir vaxtda bu cür müdaxilələr regionda münaqişə vəziyyətinin qalmasında maraqlı olduğu görüntüsünün ortaya çıxmasından başqa bir şey deyil. Azərbaycan 44 günlük müharibə ilə işğala son qoyub, beynəlxalq hüququn bütün normaları çərçivəsində öz ərazi bütövlüyü bərpa edib, 30 illik ədalətsizliyi xeyrinə dəyişməyi bacarıb. Belə olduğu halda artıq Minsk qrupuna nə ehtiyac var?! Dövlət başçısı dediyi kimi, “Biz Minsk qrupu ilə vidalaşmışıq, onlarla sağollaşmışıq”.
“Lakin təəssüflər olsun ki, Ermənistan tərəfi və digərləri bu qrupu canlandırmaq istəyirlər. Bildirmək istəyirəm ki, bu, qeyri-mümkündür. Artıq o qrup ölüdür, cansızdır. Biz işğaldan xeyli əziyyət çəkmişik və bunu açıq-aydın şəkildə bildiririk”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.
Belə görünür ki, ABŞ regionda mövcudluğunu qorumaq üçün yeganə alət Minsk Qrupu olduğu üçün bu formatın rəsmən buraxılacağını elan etmək istəmir. Ancaq biz onlarla çalışmaq istəmiriksə, həmsədrlik institutu fəaliyyətsiz durumda olacaq. Əslində bu nəticə də xeyrimizədir, sadəcə amerikalı diplomatların israrı İrəvanı təxribatlara həvəsləndirir.
Təxribatlara isə ən layiqli cavabı yenə dövlət başçısı elə Ermənistanın duyacağı yerdən - Kəlbəcərdən verdi: “Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”. (Milli.az)