
Çində qadağan olunmuş sual
Si Cinpinin varisi kim olacaq?
Si Cinpinin varisi kim olacaq?
Trampın Çindən tələbləri
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Birjaların vəziyyəti ABŞ Maliyyə nazirini narahat etmir
“Qida yağını özümüz də istehsal edə bilərik”
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
ABŞ Çinlə ticarət danışıqlarında böyük irəliləyiş gözləyir
Dünyanın ən hündür körpüsü açıldı
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
İqtisadiyyatdakı göstəricilərin əksəriyyəti gözləntiləri qarşılamadı
Ekspertlər siyasəti günahlandırır
Çin Filippinlə ərazi mübahisəsində olduğu hövzəni milli təbiət qoruma zonası adlandırdı
Çin və ABŞ-ın xarici işlər və müdafiə nazirləri iki ölkə münasibətlərini müzakirə edib
Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə vergi artımı olacaq
ABŞ-dan gizli cihaz xəbərdarlığı
ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) və Milli Təhlükəsizlik Agentliyi (MTA) rəsmiləri dünən – iyulum 19-da xəbərdarlıq ediblər ki, seçkiyə xaricdən müdaxilə təhdidi qalmaqdadır.
Onların dediyinə görə, Rusiya Konqresə builki aralıq seçkilər vaxtı dezinformasiyaya cəhd edə bilər, baxmayaraq ki, eyni zamanda Ukraynada müharibə aparır.
“Tam əminəm ki, rusiyalılar eyni vaxtda bir neçə iş görə bilərlər”, – FTB direktoru Kristofer Rey Menhettendə kibertəhlükəsizlik konfransında deyib. Milli Təhlükəsizlik Agentliyinin və ABŞ Kiber Komandanlığının başçısı Pol Nakasone də həmin tədbirdə danışıb.
***
Rəsmilər İranla Çinin də güclü təhdid yaratdığını, Amerika demokratiyasına zərbə vurmaq üçün öz kampaniyalarını apardığını vurğulayıblar.
“Rusiyalılar çalışırlar ki, biz bir-birimizi parçalayaq. Çinlilər bizim iflasımıza, iranlılar isə çıxıb getməyimizə nail olmaq istəyirlər”, – cənab Rey deyib.
Ötən iki seçkidə MTA və Kiber Komandanlıq seçkiyə xarici müdaxilə və təsir göstərmək əməliyyatlarının aşkarlanıb bloklanması üçün birlikdə işləyiblər.
2018-ci ildə Kiber Komandanlıq rusiyalı agentlərin təsir kampaniyalarının qarşısını almaq üçün əməliyyatlar həyata keçiriblər. Kəşfiyyat agentlikləri 2020-ci ildə üzə çıxarıb k, İran Floridada və başqa yerlərdə seçiciləri Prezident Donald Trampın yenidən seçilməsinə qarşı çıxmağa inandırmaq istəyib. Kəşfiyyat rəsmiləri Rusiyanın Co Baydenin kampaniyasını zəiflətmək cəhdlərini də qeyd edib.
“The New York Times” yazır ki, MTA-nın öz işini nadir hallarda müzakirə etməsinə baxmayaraq, general Nakasone bəzi açıqlamalar verib. O deyib ki, son bir neçə ildə rəhbərlik etdiyi agentlik müttəfiqlərə kibertəhdidlərə qarşı kömək üçün 16 ölkədə 50-dək əməliyyat aparıb.
“Bu bizim üçün artım sənayesidir. Bizimlə işləməyə hazır bir sıra müxtəlif ölkələr var”, – o deyib.
***
ABŞ kəşfiyyat təhlilçiləri və rəsmiləri Çinin yaratdığı təhdidlə bağlı fərqli fikirdədir. Bəziləri inanır ki, Pekin daha çox ABŞ-ın Honq Konq və Tayvanla bağlı siyasəti üzrə debatın formalaşdırılmasına fokuslanıb.
Bir qisim isə Çinin seçkiyə təsir göstərməkdə Rusiya qədər təhdid yaratdığını deyirlər.
Cənab Rey qəzetə müsahibəsində deyib ki, Çin “siyasətimizə təsir göstərməyə çalışmaq siyasəti” yürüdür.
“Bu, birbaşa seçki məsələsi deyil. Ancaq bəzən seçki məsələlərinə girir. Seçki onlar üçün daha böyük mozaikanın bir hissəsidir”, – o, sözlərinə əlavə edib.
Rey qeyd edib ki, FTB-nin işi sosial mediada yayılan saxta informasiyaları təmizləmək deyil, “federal kriminal qanun pozuntularına, yaxud xaricdən hərəkətlərin yaratdığı milli təhdidlərə” fokuslanmaqdır.
Rusiya indiyədək ABŞ-da seçki prosesinə müdaxilə, kiberhücumlara görə sanksiyalarla cəzalandırılıb.