Savaşda sonuncu mərhələ
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
09:40 | 7 sentyabr 2022 | Çərşənbə
Məqaləyə 4834 dəfə baxılıb
Şriftin ölçüsü
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Hindistan-İran-Ermənistan yaxınlaşması
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
Ermənistan hakim partiyasının üzvü Arman Yeqoyan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında Qarabağ mövzunun müzakirə edilmədiyini və mümkün sazişə bu mövzunun aid olmadığını qeyd edir.
O bu məlumatı Paşinyanın öz fraksiyası ilə görüşdə verdiyinə istinad edir. Erməni tərəfi həmişəki kimi daxili auditoriyanı aldatmaqla məşğuldur. Bəli, doğrudan da Azərbaycan- Ermənistan arasında açılım prosesində Qarabağ müzakirə olunmur, çünki bu məsələ ölkəmizin daxili işidir. Bakı nə ATƏT-lə, nə də Ermənistanla Qarabağı müzakirə etmək fikrində deyil. Cənab prezidentin qeyd etdiyi kimi Qarabağa heç bir status verilməyəcək.
Əlbəttə ki, indiki halda danışıqların əsl məqsədi Ermənistanın Qarabağdan imtinası, Azərbaycana qarşı ərazi iddialarına son qoymasıdır. Əks təqdirdə, müzakirə edilən sülh müqaviləsi Azərbaycanın nəyinə lazımdır? Ona görə, Yeqoyan kimilər yaxşı olardı ki sayıqlamasınlar. Azərbaycan o şərtlə danışıqlarda iştirak edir ki, İrəvan keçmişə deyil, gələcəyə baxsın. Əgər belə olmazsa, Azərbaycan rəsmi şəkildə Qərbi Zəngəzura və Göyçəyə iddialarını qaldıra bilər. Məlum məsələdir ki, Qərbi Zəngəzurun və Göyçənin birtərəfli qaydada qeyri - qanuni şəkildə kommunistlər tərəfindən Ermənistana verilməsinin heç bir hüquqi əsası yoxdur. Elə bu yaxınlarda Qərbi Azərbaycanlıların icmasının fəaliyyətə başlaması da ondan xəbər verir ki, tarixi ədalət mütləq şəkildə bərpa ediləcək.
Öz növbəsində, Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişi fonunda İrəvan konstitusiya dəyişikliyinə getməli, Müstəqillik haqqında Aktına dəyişiklik etməlidir. 1991-ci ildə Ermənistan tərəfindən qəbul edilən Müstəqillik haqqında Aktda bu sənədin – 1989-cu ilin Ermənistan Ali Məclisinin qərarına və “Qarabağla Ermənistanın birləşməsi ilə bağlı 1 dekabr 1989-cu il Dağlıq Qarabağ milli məclisinin qərarları əsasında hazırlandığı qeyd edilir. Əlbəttə ki, 2 dekabr tarixində qəbul edilən kağız parçasının heç bir hüquqi qüvvəsi yoxdur Lakin, bu və ya digər şəkildə gələcəkdə mümkün iddialardan sığortalanmaq üçün Ermənistanın rəsmi şəkildə Qarabağ və Ağrı dağından imtinası çox vacibdir.
Hər halda, hadisələr çox dinamikdir və region ətrafında baş verəcək hadisələrin küləyini hiss edəcəyimiz istisna deyil. Hazırda 1 sual aktuallıq təşkil edir. Ermənistan 1 şəhərdən ibarət olsun, yoxsa yox.