3 qonşunun 4 tərəfdən hücumu
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
17:49 | 26 sentyabr 2022 | Bazar ertəsi
Məqaləyə 1755 dəfə baxılıb
Şriftin ölçüsü
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
Məzar daşları dağıdıldı
... Cənubi Qafqazda sabitliyə təhdid
ŞKTC parlamenti “iki dövlətli həll” qərarını qəbul etdi
Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
Yeni ünvan seçimləri arasında İstanbul da var
Türkiyənin Rusiya enerjisindən imtina etməsi ehtimalına Moskvadan cavab
Avropada yaşayan türklərin mövsümü rekordu
Qərb və yəhudi bankirlər, yoxsa ...
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
ABŞ-dan türklərə misli görünməmiş xəbərdarlıq
Ermənistanın iki PKK terrorçusunu (Atilla Çiçək və Hüseyn Yıldırım) Türkiyəyə verməsi ilə bağlı məlumatlar erməni ictimai-siyasi dairələrini və mediasını çalxalayır.
Ermənistan Milli Təhlükəsizlik Xidməti və Ədliyyə Nazirliyinin təkzibləri isə elə həmin iddianı dolayısı ilə doğrulayır.
Hər iki qurum terrorçuların ekstradisiyası faktını inkar etsə də, həmin PKK üzvlərinin Türkiyədə əliqandallı görünməsinin izahını vermir.
Ermənistan PKK döyüşçüləri üçün sığınacaq yeridir, Türkiyəyə qarşı fəaliyyət göstərən terrorçuların məskən saldığı oylaqlardan biri də Ermənistandır. Türkiyənin gözündə bu, regional təhlükəsizlik arxitekturasına hədədir.
Cənubi Qafqazda yaranan yeni reallıqlar, Ermənistanın Türkiyə ilə yaxınlaşmaq arzuları fonunda həmin terrorçuları İrəvanın təhvil verdiyi həqiqətə bənzəyir.
Türkiyə isə reallıqların açdığı fürsətlər pəncərəsini peşəkarlıqla aralayır, onun Suriyada, İraqda PKK-ya qarşı keçirdiyi əməliyyatları digər regionlardakı əməliyyatlar da müşayiət edir.
Ankara PKK-çıların səfər marşrutunu diqqətlə izləyir, Milli Kəşfiyyat Təşkilatının (MİT) inadkar səyləri ilə terrorçuların “qaymaq”ları zərərsizləşdirilir.
Türkiyə Cənubi Qafqaz regionunda “ehtiyatda dayanan” və ya gizlənən terrorçuları da ram etməkdə prinsipialdır, yəqin ki, Ermənistan üzərində yaradılan təzyiqlər dalğasını özü üçün əlverişli şərait kimi nəzərdən keçirir.
İkincisi, ehtimal edək ki, Ermənistan PKK-çıları təhvil verməyib, lakin bunun özü də MİT-in əməliyyat keçirməsinə maneə yaradan amil deyil.
Çünki MİT ən mürəkkəb şəraitlərdə və çətin relyeflərdə belə əməliyyatlar keçirmək qabiliyyətinə malikdir və bu potensialını hər keçən gün yüksək səviyyədə inkişaf etdirir.
Yəni Ermənistan hakimiyyəti Türkiyə ilə sövdələşməyə getməsə belə, Ankara ondan istədiyini qoparmaq gücündədir.
Görünür ki, Türkiyə antiterror siyasətinin miqyasını praktiki şəkildə Cənubi Qafqaza da nüfuz etdirir.
Gələcəkdə Ermənistanın PKK-ya himayədar durmaq siyasəti də iflasa uğrayacaq, çünki Ermənistan indi Türkiyənin münbit kəşfiyyat nəzarəti altındadır.
Türkiyənin İsraillə yaxınlaşması da onun gizli əməliyyatlarına yardımçı funksiya yükləyir və Ankara bu əməkdaşlığı davam etdirəcək.
Ermənistanın iki terrorçunu Ermənistana təhvil verməsi xəbəri, ən azından, PKK liderləri və onları himayə edənlər üçün bir testdir.
Artıq onların da Ermənistana etibarı qalmır və İrəvan daha bir nəfəsliyini itirir.