Hazırlıqlar tamamlanıb
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
23:59 | 13 noyabr 2022 | Bazar
Məqaləyə 936 dəfə baxılıb
Şriftin ölçüsü
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Türkiyədə aviabiletlərin qiyməti yenidən qalxır
Sabiq CHP sədri Türkiyə Prezidentini təhqir etməkdə günahlandırılır
Türkiyə Mərkəzi Bankının 3 illik itkisi ÜDM-nin 6,3 faizinə çatıb
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Hörmüz boğazı – dünya iqtisadiyyatının “qida borusu”
İranın ədası miqyası olmayan fəlakətə gətirib çıxardı
Zelenskinin Türkiyə səfərinin ardınca XİN rəsmisi Mərkəzi Asiyaya gedib
İstanbuldakı partlayışın terror aktı olması ehtimalı üzərində dayanılır, rəsmi açıqlamalar da bu yöndədir. Yekun nəticə hələ açıqlanmır, lakin partlayışın terror olması fonunda iki məqam diqqət çəkir:
– Niyə indi baş verir və hədəfi nədir?
– Türkiyədə davamlı terror aktlarları nə vaxt səngimişdi?
Sonuncu dəhşətli terror hücumu 2016-cı ilin son günü, 2017-ci ilə keçən gecə baş verən Reina aktı idi. Buna qədər Türkiyədə davamlı şəkildə terror hücumları yaşanırdı. Reina terrorundan sonra hücumlar səngidi, xüsusilə İstanbul kimi böyük şəhərlərdə.
Bu, Türkiyənin təhlükəsizliyi gücləndirməsindən daha çox geosiyasi proseslərdən qaynaqlanırdı. Xüsusilə Reina terrorunun törədildiyi təqvim ABŞ-da demokratların hakimiyyəti təhvil verməsi ərəfəsinə təsadüf etməsi diqqət çəkirdi. Respublikaçıların dövründə Türkiyənin terrorla hədəfə alınması prosesi də səngidi.
Və indi şəhərin mərkəzində yenidən partlayış baş verir. Ki, bunun terror aktı olması təsdiq edilərsə, demokratların (buna qlobalçılar da deyə bilərik) dönüşündən sonra olması diqqət çəkir.
Hədəfin indiki məqamda daha çox seçkiyə hazırlaşan Türkiyənin daxili siyasətinə yönəldiyi ehtimalı ön plandadır və (əgər terror hücumudursa) davamlı ola biləcəyi də istisna deyil.