
“Ədalətli razılaşma istəyirik”
Trampın Çindən tələbləri
Trampın Çindən tələbləri
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Birjaların vəziyyəti ABŞ Maliyyə nazirini narahat etmir
“Qida yağını özümüz də istehsal edə bilərik”
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
ABŞ Çinlə ticarət danışıqlarında böyük irəliləyiş gözləyir
Dünyanın ən hündür körpüsü açıldı
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
İqtisadiyyatdakı göstəricilərin əksəriyyəti gözləntiləri qarşılamadı
Ekspertlər siyasəti günahlandırır
Çin Filippinlə ərazi mübahisəsində olduğu hövzəni milli təbiət qoruma zonası adlandırdı
Çin və ABŞ-ın xarici işlər və müdafiə nazirləri iki ölkə münasibətlərini müzakirə edib
Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə vergi artımı olacaq
ABŞ-dan gizli cihaz xəbərdarlığı
Diplomatik gərginlik artır
Çinin uyğurlar yaşayan Sincan Özərk bölgəsinin mərkəzi Urumçidə karantində olduğu iddia edilən məhəllədə baş verən yanğın 10 nəfərin həyatına son qoydu. Faciənin ardından şəhərdə protest aksiyaları təşkil olundu.
Sosial şəbəkələrdə yayılan videolarda, əhalinin yerli hakimiyyət binasının yerləşdiyi meydana yığılaraq karantin tədbirlərinə etiraz şüarları səsləndirdiyi görünür. Şəhərin müxtəlif yerlərində xeyli insanın bayraqlarla küçələrdə yürüşə çıxdığı deyilir. “Karantinini ləğv edin!”, “Xalqa xidmət edin!”, “Ölsək də, birlikdə ölək!” şüarları səsləndirən etirazçılar, siyasi rəsmilərə və səhiyyə vəzifəlilərinə etiraz nümayiş etdirdi.
Faciədə insan itkisinin çox olmasına səbəb yanğının baş verdiyi məhəllədə yaşayanların karantin səbəbindən evlərini tərk edə bilmədiyi, o cümlədən yanğınsöndürənlərin metal baryer və maneələrlə hasarlanmış yaşayış kompleksinə vaxtında girə bilmədikləri üçün yanğına vaxtında müdaxilə edə bilmədikləri göstərilir.
Tyan-Şan rayonundakı yaşayış kompleksində bir hissədə elektrik şitindən çıxması güman edilən yanğında 10 nəfər həlak olub, 9-u yaralanıb. Kompleksin 15-ci mərtəbəsində başlayan alov, 17-ci mərtəbəyə qədər yayılıb. Yanğının tüstüsü isə 21-ci mərtəbəyə çatıb. Yanğınsöndürənlərin alovu 3 saata yaxın bir zamanda söndürməsi, yanğınsöndürən maşınlarının yaşayış kompleksinə daxil ola bilməməsi səbəbindən su təzyiqinin lazımı hündürlüyə çatmamasını göstərən videoları sosial şəbəkələrdə etirazları daha da kütləviləşdirdi.
Dövlət rəsmiləri təşkil etdikləri mətbuat konfransında yanın məhəlləsinin “aşağı riskli” nəzarət bölgəsi olduğunu dilə gətirdi. Hakimiyyət nümayəndələrinin yanğın zamanı sakinlərin çölə çıxmaq imkanlarının olması iddialarına qarşı sosial mediada ərazinin hələ də “yüksək riskli” bölgə olduğunu sübut edən paylaşımlar edildi.
Sosial şəbəkələrdə yayılan paylaşımlarda yaşayış kompleksi sakinlərinə 21 noyabrda göndərilən bildirişlərdə, yoluxmaların artdığı səbəbindən vətəndaşların 3 gün ərzində evdən çölə çıxa bilməyəcəyi və giriş qapılarının möhürlənəcəyi ilə bağlıq xəbərdarlıqlar yer alıb. Bundan başqa qapıların qalın məftillərlə bağlandığını sübut edən fotolarda nümayiş olunub.
Urumçidə COVİD-19 pandemiyası səbəbindən avqustun 10-dan bəri şəhərin müxtəlif bölgələrində karantin tədbirləri tətbiq olunur. Ötən ay Urumçi və Sincanın bəzi hissələrində karantin tədbirlərinin müddəti və şiddəti ilə bağlı şikayətlər sosial şəbəkələrə özünü göstərmişdi.
Urumçidəki faciə Çində pandemiya tədbirlərinə qarşı artan narahatlıqları etirazlara çevirdi. Şəbəkə istifadəçiləri karantin tədbirlərinin pandemiyadan daha ağır fəlakətlərə səbəb olacağı barədə şərhlər çoxalmağa başladı.