Münaqişənin böyüməməsi şərti ilə ...
... Vaşinqton İsrailin “Hizbullah”a qarşı güclü zərbəsini dəstəkləyir
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ABŞ Nəsrullahın ölümünə sevinib
Yaxın Şərqdə və onun hüdudlarından kənarda “yanğın riskinin artdığı” bildirilib
-
Nəsrullahın vəliəhdi ...
Haşim Seyfəddin kimdir?
-
Nəsrullahın ölümü 5 sualda
Bu əməliyyatdan sonra Yaxın Şərq hərtərəfli müharibəyə sürüklənə bilər
-
Nəsrullaha hücum necə həyata keçirilib?
Yaxud baş terrorçunun yeraltında məhv edən “yarasalar” haqda bir neçə kəlmə
-
SEPAH generalı da öldürülüb
Azərbaycanı hədələyən Nilforuşan “Hizbullah”ın bombalanan qərargahında olub
-
İranın Azərbaycana hücum etmə ehtimalı
Regional təsirlər və geosiyasi reallıqlar
-
Nəsrullahın ölüm ssenarisi
Netanyahunun həm ziyarət, həm ticarət Nyu-York səfəri
-
Livana yeni şans
Nəsrullanın ölümü rəsmi Beyruta ölkəyə nəzarəti ələ almaq imkanı verir
-
Nəsrullah ölüb?
İsrail mediası ehtimalın artdığını vurğulayır
-
Altı bina yerlə bir oldu
İsrail ordusu Beyrutun cənubunda “Hizbullah”ın mərkəzi komandanlığına zərbələr endirib
-
Daha bir yüksəkrütbəli məhv edilib
“Hizbullah”ın silah anbarları vurulur
-
İsrail Beyrutu vurdu
Hədəf “Hizbullah”ın yüksək rütbəlisi idi
-
Partlayan peycerlərlə bağlı araşdırma
Norveçdən insidentlə əlaqədə şübhəli bilinən şəxs beynəlxalq axtarışa verilib
-
Livan müharibəsində dilemma
Netanyahu və Nəsrullah üçün geri çəkilmək niyə çətindir?
-
İsrailə PUA hücumu
Xəsarət alanlar var
-
İsrail Livanda nə planlaşdırır?
“Əqsa qətliamı “HƏMAS”dan yox, “Hizbullah”dan gözlənilirdi”
İsrail və ABŞ “Hizbullah” terror təşkilatını İran istehsalı olan “Fələq-1” adlı raketlə Məcdel Şəms qəsəbəsinə vurmaqda, uşaq və yeniyetmələrin də olduğu 12 nəfərin öldürülməsində ittiham edib.
Dünyada bütün gözlər İsrailin cavabının forması, əhatə dairəsi və nəticələri və ABŞ-ın münaqişəni genişləndirmək cəhdlərinə necə nəzarət edəcəyi ilə bağlı hesablamalara yönəldi. Rəsmi Vaşıinqton İsrailin “Hizbullah”ın ağır bir zərbə almadan məhdud qisasla razılaşmadığını bildirib və terror təşkilatının hadisəyə görə məsuliyyət daşımadığına dair bəyanatlarını rədd edib.
Birləşmiş Ştatlar İsrailin Livanın infrastrukturunu məhv edəcək və Livanın iqtisadi böhranını daha da ağırlaşdıracaq, nəticədə İran tərəfindən dəstəklənən Hizbullahın İsrailə qarşı raket və silahlı pilotsuz təyyarələrdən istifadə etməsindən ehtiyatlanır.
***
Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi, ABŞ və İsrail rəsmilərinin hücumdan sonra həftə sonu müxtəlif səviyyələrdə danışıqlar apardıqlarını və bunun hərtərəfli müharibəyə çevrilməsi riskinin “şişirdilmiş” olduğunu söyləyib. Kirbi bazar ertəsi günortadan sonra jurnalistlərə deyib: “Heç kim daha böyük müharibə istəmir. Əminəm ki, belə bir nəticənin qarşısını ala bilərik. Biz hamımız son 10 ay ərzində müxtəlif vaxtlarda bu genişmiqyaslı müharibə gözləntisini eşitmişik. O zaman bu gözləntilər şişirdilmişdi. Açığı, biz indi də bunun şişirdildiyini düşünürük”.
ABŞ administrasiyası İsrail hərbi kabinetinin müzakirə etdiyi cavabla bağlı İsrail və Livan tərəfləri ilə intensiv təmasdadır. ABŞ-ın Suriya, İraq və Körfəz bölgəsindəki obyektlərinə qarşı hər hansı bir hücumdan ehtiyat etdiyi üçün hazır vəziyyətdədir.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Uatson bazar günü axşam dərc etdiyi yazılı açıqlamada belə deyib. “ABŞ administrasiyası dünən İsrailin şimalında futbol oynayan çoxlu uşağın ölümünə səbəb olan dəhşətli hücumdan sonra israilli və livanlı həmkarlarımızla görüşlərini davam etdirir”.
Açıqlamada hücumun “Hizbullah” terror təşkilatı tərəfindən həyata keçirildiyi vurğulanıb və deyilir: “Bu, onların (Hizbullah) raketi olub və nəzarət etdikləri ərazidən atılıb. Bütün dünya bu hücumu pisləməlidir. “Hizbullah” da daxil olmaqla, İranın dəstəklədiyi bütün təhdidlərə qarşı İsrailin təhlükəsizliyinə dəstəyimiz güclü və sarsılmazdır. Birləşmiş Ştatlar həmçinin Mavi Xətt boyunca bütün hücumları qəti şəkildə dayandıracaq və sərhədin hər iki tərəfindəki vətəndaşların evlərinə təhlükəsiz qayıtmasına imkan verəcək diplomatik həll yolu üzərində işləyir”.
Bəyanatda İsrailin intiqamının güclü, lakin məhdud olması ilə bağlı aydın xətt çəkilsə də, bəyanatda “Hizbullah”ın Livan üzərində nəzarəti də tanınıb. Digər tərəfdən, analitiklər 2022-ci ildə İsrail və Livan arasında ABŞ-ın dəstəklədiyi dəniz sərhədinin demarkasiyası razılaşmasının ABŞ administrasiyasının o zaman elan etdiyi kimi gərginliyin azalmasına səbəb olmadığını vurğuladılar.
Nişan qaydaları dəyişirmi?
İsrailə istənilən vaxt hücum etmək hüququna malik olduğunu iddia edən və hücumlarının dayandırılmasını İsrailin Qəzzaya hücumlarına son qoyması ilə əlaqələndirən terror təşkilatı ABŞ-ın hədəflərindən getdikcə daha çox narahat olur. ABŞ-da yerləşən “Axios” xəbər saytına danışan ABŞ rəsmisi, “Məcdel Şəms hücumu ABŞ-ın qorxduğu, narahat olduğu 10 aydır davam edən münaqişənin yayılması ehtimalının ilk qığılcımı ola bilər”, –deyib. ABŞ rəsmisi İsrailin “Hizbullah” terrorçularının hərbi mövqelərini hədəfə alaraq əvvəlkindən daha geniş miqyasda cavab verməsini gözləyir.
İsrail “Hizbullah”ın yaratdığı təhlükəni tamamilə aradan qaldırmaq, onu İordan çayından kənara çıxarmaq və 2006-cı ildə iki tərəf arasında müharibəyə son qoyan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnaməsini həyata keçirmək istəyir.
İsrailin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Denni Danon bazar ertəsi “Fox News”a verdiyi açıqlamada İsrailin cavabının sürətli, sərt və ağrılı olacağını bildirib.
İsrail rəsmisi sözlərini belə davam etdirib: “Hazırda hədəflər qoyuruq. İnanıram ki, “Hizbullah” yaxın bir neçə gün ərzində öz dərsini alacaq. İsrailin hərtərəfli müharibəyə başlamaq niyyəti yoxdur”.