
Doha əməliyyatının sirri
İsrailin “HƏMAS” liderlərinə hava zərbəsi bölgəni silkələdi
İsrailin “HƏMAS” liderlərinə hava zərbəsi bölgəni silkələdi
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Yaxın Şərqdə Ankara və Vaşinqtonun strateji maraqları fərqli meyarlara söykənir
İsrail “HƏMAS” rəhbərlərinə sui-qəsd etdiyini açıqladı
“Ya silahlarınızı təhvil verin, ya da Qəzza məhv ediləcək və siz aradan qaldırılacaqsınız”
Girov razılaşmasını qəbul etməsi üçün ...
Netanyahu: “Şara ilə əldə olunacaq razılaşma druzilərin əleyhinə olmayacaq”
Tehran nüvə silahı hazırladığı iddialarını dəfələrlə rədd etmişdi
İrandan 12 günlük müharibədən sonra ilk hərbi təlim
Türk limanlarında İsrail gəmilərinə qadağa iddiası
12 günlük müharibədən sonra Tehran üstün xüsusiyyətlərə malik raketləri olduğunu deyib
Suriya və İsrail masaya oturdu
Bakı regional və qlobal sülh üçün yeni mərkəzdir
Yarım milyardlıq layihənin 135 milyonunu Berlin ödəyib
İsrailli nazir Xameneyiyə sui-qəsd hədəsini təkrarladı
İsrailli din xadimi Fransa prezidenti Makronu hədələdi
İsrail Baş Qərargah rəisi Herzi Halevi “Livanı işğal etməklə və Beyrutda yeni sui-qəsdlər törətməklə” hədələyib. Herzi Halevi Beyrutda “Hizbullah” terrorçularının yüksək səviyyəli komandirlərindən Fuad Şükürün öldürülməsindən sonra ölkəsinin Livan sərhədində keçirilən təliminə qatılıb.
Təlim İsrail ordusunun müxtəlif bölmələri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Təlim zamanı əsgərlər müxtəlif ssenarilər, o cümlədən dağlıq və şəhər ərazilərində döyüşlər üzrə məşqlər keçiblər.
Halevi manevrdə iştirak edən əsgərlər qarşısında etdiyi çıxışında, “Dünən “Hizbullah”ın ən yüksək rütbəli hərbçisini və eyni zamanda (baş katib) Həsənə çox yaxın olan, əslində bütün hərbi işləri təşkil edən Fuad Şükürü öldürmək fürsətimiz oldu”.
Beyrutda Livanı işğal etmək və başqa sui-qəsdlər həyata keçirməyə eyham vuran Halevi deyib: “İsrail ordusu Beyrutun bir məhəlləsində necə hərəkət etməyi və müəyyən bir nöqtəyə çatmağı bilir. O, həmçinin yerin altında müəyyən bir nöqtəyə hücum etməyi də bilir. “Biz həmçinin içəridə (Livanda) böyük bir qüvvə ilə necə mübarizə aparacağımızı bilirik və bu həftə üçün məşq etdiyiniz budur”.
İsrail ordusu dünən Livanın paytaxtı Beyruta təşkil etdiyi hava hücumunda Hizbullah komandirlərindən Fuad Şükürü öldürdüyünü açıqlayıb.
“Hizbullah” terrorçularının komandiri Fuad Şükür Vaşinqtonun 1983-cü ildə Beyrutdakı ABŞ Dəniz Piyadaları kazarmasının bombalanmasında oynadığı iddia edilən rola görə mükafat təyin etdiyi adlar arasında olub.
7 oktyabr 2023-cü ildən “HƏMAS” terrorçularına qarşı hücumlarını davam etdirən İsrail, şimal sərhədində də Livan “Hizbullah”ı ilə toqquşur. İsrail və Livan arasında “Mavi xətt” adlanan sərhəd xəttində hərbi gərginlik davam edir.