Adanın 6 faizi kül olub
Meşə yanğınını söndürmək üçün 720 insan, 40 maşın və bir təyyarə cəlb edilib
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Melodan İspaniyaya ərazi iddiası
100 ildir mübahisəsi davam edən Olivenza yenidən mübahisə mövzusu olub
-
Təhlükəli məhbuslar həbsxanadan qaçıb
5 cinayətkarla əlaqədar ölkədaxili və beynəlxalq həyəcan verilib
-
“Fasilələr baş verməlidir”
Portuqaliya prezidenti: “Avropada və dünyada bir dövrün sonu və dərin böhran gəlir”
-
Kim hansı dildə oxuyacaq?
Qitənin ən böyük mahnı yarımasına bir həftə qaldı
-
«Mənə zəng etməsinlər»
Kamran Ağayev: «Görəsən, indi utanırlar?»
-
Portuqaliyada üç günlük matəmdir
Londonda məscid yaxınlığında hücum həyata keçirilib
-
Rus «Ayı»sı NATO ərazisinə soxuldu
Nüvə raketləri daşıyan təyyarəni tutmaq üçün F-16 havaya qalxdı
-
Qədim əlyazmada kenquru rəsmi
Tarixçilərin Avstraliyanın kəşf olunması ilə bağlı mövqeyi dəyişə bilər
-
Portuqaliyada çalışan 32 yaşlı alimimizdən elmimizin xilas xəritəsi
«Azərbaycanda alimlər mədəni olaraq türmə vəziyyətində saxlanılır»
-
Portuqaliyanın Atlantik okeanındakı Madeyra adasında bir həftədir davam edən meşə yanğını indiyədək adanın səthinin 6,4 faizini təşkil edən 5 min hektardan çox ərazini məhv edib.
Avqustun 14-də Madeyra adasında başlayan və hələ də nəzarət altına alınmayan yanğınlar xüsusilə adanın cənub sahillərindəki Camara de Lobos və Ponta do Sol və dağlıq Piko Ruivo bölgəsində təhlükə yaradır.
Avropa Meşə Yanğınları Bildiriş Sisteminin məlumatlarına görə, yanğınlar indiyədək 5 min hektardan çox əraziyə təsir edib.
Yanğınla mübarizədə yetərsiz olduğu üçün həm birliklər, həm də müxalifət partiyaları tərəfindən sərt tənqidlərə məruz qalan Milli Fövqəladə Hallar və Mülki Müdafiə Agentliyi (ANEPC) bölgəyə əlavə 60 nəfərlik qüvvə göndərib.
Portuqaliya mətbuatında çıxan xəbərlərə görə, Madeyrada yanğınla mübarizədə 400-dən çox yanğınsöndürən və 120 meşə polisi, həmçinin 200-ə yaxın mülki müdafiə işçisi, 40 maşın və bir təyyarə çalışır.
Madeyra muxtar hökumətinin başçısı Miguel Albuquerque, yanğının girişi çətin olan ərazilərdə və yaşayış yerlərindən kənarda davam etdiyini ifadə edərək, “Əhali, evlər və ya infrastruktur üçün heç bir təhlükə yoxdur. İndiyə qədər edilən müdaxilə doğrudur”, – deyib.
Gələn turistlərin çoxu yanğın səbəbindən adanı tərk edib.