

Əlli din xadimi üç türkdilli dövlətin “İbrahim sazişin”nə əlavə olunmasını istəyir
İsrail, ABŞ, və Azərbaycan arasında danışıqlar gedir
Trampdan “HƏMAS”a son xəbərdarlıq: “Yalnız xəstə və azğınlar meyitləri gizlədir“
İsrail ordusu Livanın cənubunda “Hizbullah” liderinin vurulduğunu təsdiqləyib
İranın yaraqlılarını məhv etmək üçün lazım olan sursata görə təşəkkür
ABŞ dövlət katibi satışı sürətləndirmək üçün bəyannamə imzalayıb
Nüvə proqramı barədə məlumat sızdırmaqda ittiham olunur
ABŞ və İsrail İranı vurmağa hazırdır, Ukrayna üçün “Marşal planı”
Həyəcanlı gözləmə davam edir
Terrorçuların Livan-Suriya sərhədindəki qaçaq məntəqələrə zərbələr endirib
İsraildə 3 avtobus dalbadal alovlanıb
ABŞ dövlət katibi Rubio İordan çayının qərb sahilindəki qeyri-sabitliyə görə İranı günahlandırır
Ölkələr arası əməkdaşlıq və regional hadisələr müzakirə olunub
“İstənilən pozuntuya qarşı qətiyyətlə hərəkət edəcəyik”
Dərsliklərinə antisemitizmin tərifini daxil edən ilk ölkə
Girovlar əsirlikdə öldürülüb
İsrailin baş naziri Benyamin Netanyahu, atəşkəs və “HƏMAS” terror təşkilatı ilə əsir mübadiləsi razılaşmasının birinci mərhələsində azad edilməsi planlaşdırılan israilli məhbusların azad edilmədiyi təqdirdə, “atəşkəs sona çatacaq və şiddətli hücumlar başlayacaq” sözləri ilə hədələyib.
Netanyahu videomüraciətində HƏMAS-ın İsrailin atəşkəs razılaşmasının şərtlərini pozduğu səbəbilə şənbə günü keçirilməsi planlaşdırılan məhbus mübadiləsini dayandırdığını elan etdikdən sonra bu gün dörd saat davam edən geniş siyasi və təhlükəsizlik kabinet iclası keçirdiklərini bildirib.
ABŞ prezidenti Donald Trampın Qəzza zolağındakı israilli məhbusların azad edilməsi çağırışını alqışladıqlarını ifadə edən Netanyahu, Trampın Qəzzadakı fələstinliləri başqa ölkələrə deportasiya etmək planını da təqdir etdiklərini bildirib.
Netanyahu, “HƏMAS” terror təşkilatının məhbus mübadiləsinin növbəti raundunu dayandırdığını elan etdikdən sonra İsrail ordusuna Qəzzada və onun ətrafında qoşunlarını gücləndirməyi əmr etdiyini açıqlayıb.
Əsgərlərin bölgəyə hərəkət etməyə başladığına diqqət çəkən Netanyahu, təhlükəsizlik kabinetinin iclasında yekdilliklə qəbul edilən qərarlarla bağlı bu sözləri deyib: “Həmas şənbə günü günortaya qədər məhbuslarımızı azad etməsə, atəşkəs başa çatacaq və İsrail HƏMAS nəhayət məğlub olana qədər davam edəcək şiddətli hücumlarını bərpa edəcək”.
Digər tərəfdən, İsrail ordusu sözçüsü tərəfindən edilən açıqlamada Cənub Cəbhəsi Komandanlığında həyəcan vəziyyətinin artırılmasına uyğun olaraq ehtiyat əsgərlər də daxil olmaqla, gücləndirmə qüvvələrinin artırılmasına qərar verildiyi açıqlanıb.
Bəyanatda qeyd olunub ki, ehtiyatda olan hərbçilərə əlavə və gücləndirici qüvvə göndərilməsi müxtəlif ssenarilərə hazırlıq məqsədilə həyata keçirilib.
***
HƏMAS-ın hərbi qanadı Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə dünən bildirib ki, fevralın 15-də baş tutması gözlənilən məhbus mübadiləsi İsrailin atəşkəs razılaşmasındakı öhdəliklərini yerinə yetirmədiyi səbəbiylə dayandırılıb.
HƏMAS açıqlamasında bildirib ki, dayandırma qərarı məhbusların dəyişdirilməsindən 5 gün əvvəl elan edilib və bu, vasitəçi ölkələrə atəşkəs şərtlərinə əməl etməsi üçün İsrailə təzyiq etmək imkanı verib.
ABŞ prezidenti Tramp, şənbə günü günorta saatlarına qədər Qəzzadakı bütün məhbusların azad edilməməsi halında atəşkəsin ləğv edilməsi lazım olduğunu bildirib və əlavə edib: “O zaman qiyamət qopacaq”.