
Ailələrə verilən kül deyilmiş
Krematoriyada tapılan mumiyalanmış cəsəd sayı 381-ə çıxdı
Krematoriyada tapılan mumiyalanmış cəsəd sayı 381-ə çıxdı
Polis krematoriyaya basqın həyata keçirib
Göldən 19 cəsəd çıxarılıb
Milçək dərmanı səpərkən 3 nəfər həyatından oldu
Çoxlu sayda ölü və yaralı
İtkin düşmüş qrup üzvləri Meksikada meşədə ölü tapılıb
“Ölüm hökmünüz artıq imzalanıb”
Narkobaronun vəkili hakimliyə namizəd olur
Meksikanın “El Perris” ləqəbli təhlükəli kartel lideri Benites öldürüldü
Kartel zorakılığı səbəbindən 700-dən çox heyvan təxliyə edilib
İki yüksək vəzifəli məmur öldürüldü
3 dirəyin sınması nəticəsində 2 ölü, 20 yaralı var
Meksika hökuməti “Google” şirkətini məhkəməyə verir
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
İlk dəfə insanda tapıldı
900-9000 manat arasında cərimələr
Meksika prezidenti Klaudiya Şeynbaum “Google”un Meksika körfəzinin adını Amerika körfəzi olaraq dəyişdirmək qərarına münasibət bildirib. ““Google” nəyisə səhv edir. Əgər israr etməyə davam edərlərsə, biz məhkəməyə müraciət etməyi düşünürük”. Meksika prezidenti Milli Sarayda gündəlik mətbuat konfransında çıxışında deyib.
Prezident xatırladıb ki, “Google”un baş direktoru Sundar Piçaiyə məsələ ilə bağlı məktub göndərərək, bölgənin adının düzgün verilməsini istəyib, lakin aldığı cavabdan kifayətlənməyib.
“Hazırda “Google” ilə mübahisəmiz var. Məktuba cavab verdilər, biz yenə sorğu göndərdik. Lazım gələrsə, hüquqi addımlar atacağıq. Çünki “Google” ABŞ-da “Amerika körfəzi” ifadəsini işlətdiyini deyir, lakin digər bölgələrdə “Meksika körfəzi”ni göstərir”, – dövlət başçısı bildirib.
“Google”un səhv etdiyini iddia edən Şeynbaum, “Hətta prezident Donald Tramp Meksika körfəzini “Amerika körfəzi” adlandırmağı təklif etməyib. O, yalnız kontinental şelf üçün ad çıxarıb. Deməli, “Google” yanılır. Əgər israr etməyə davam etsələr, biz məhkəməyə müraciət etməyi düşünürük. Çünki onlar hətta bizim qitə şelfimiz olan Meksika ərazisində belə adı dəyişiblər. Biz hüquqi departamentimiz tərəfindən atılacaq addımları izləyirik”.
“Britannica” Ensiklopediyasının Meksika körfəzi adını istifadə etməyə davam etdiyini xatırladan Şeynbaum, “Təbii ki, “Britannica”ya minnətdarıq. Bununla belə, informasiya sektorundakı özəl şirkətlərin, xüsusən də “Google” kimi platformaların dəqiq məlumat verməsi vacibdir. Meksika körfəzi beynəlxalq su obyektidir və ABŞ-ın bu adı birtərəfli olaraq dəyişmək səlahiyyəti qeyri-müəyyəndir”, – deyib.
“Google”, ABŞ prezidenti Donald Trampın göstərişinə uyğun olaraq, ABŞ-ın xəritəçəkmə proqramında “Meksika körfəzi” adını “Amerika körfəzi” olaraq dəyişdirdiyini açıqlayıb.