vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
19:28 | 17 aprel 2014 | Cümə axşamı Məqaləyə 4022 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Artıq bıçaq sümüyə dirənib»

3800 manat ucbatından diplomunu ala bilməyən əlaçı tələbəni Akademiyadan qova bilərlər

MÖVZU İLƏ ƏLAQƏLİ

«Anam xəstədir, bir neçə dəfə əməliyyat olunub. Atam isə xəstəliyinə görə işləyə bilmir. Təhsil haqqını ödəməyə imkanımız yoxdur, amma ilin sonunadək ödəniş etməsəm, məni institutdan çıxaracaqlar. Axı oxumaq istəyirəm. Neyləyim ki, arzularımın həyata keçməsi üçün bilikdən, gecə-gündüz çalışmaqdan daha çox pul olmalıdır?!»

Bu sözləri virtualaz.org saytına açıqlamasında Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi Leyla Məmmədova deyib.

L.Məmmədova bildirdi ki, təhsil haqqını ödəyə bilmədiyi üçün akademiyaya 3800 manat borcu yaranıb. İndi isə çıxılmaz vəziyyətdədir: ya təhsil haqqını ödəməli, ya da 4 illik əziyyətinə baxmayaraq akademiyadan diplomsuz ayrılmalıdır.

Leyla deyir ki, 17 yaşından işləyib, oxuması üçün qəpik-qəpik pul toplayıb: «Bakı Musiqi Akademiyasına qəbul olundum. I kursda ailəm bankdan kredit götürərək 1500 manat təhsil haqqımı ödədi. Ailəm Gəncədə yaşayır, mən burada kirayədə qalıram. İşləyib topladığım pullarla Bakıda iki il kirayə haqqını ödəyə bildim. Həm bankdan götürdüyümüz pulun geri qaytarılması, həm də kirayə haqqı, nəqliyyat, gündəlik tələbatlar təhsil haqqını vaxtında ödəməyə imkan vermədi. Bankdan götürdüyümüz krediti Ramin Hacılı adlı ictimai fəalın köməyi nəticəsində bağlaya bildik».

L.Məmmədova R.Hacılının ona yardımının tarixçəsini də danışdı: «Dostlarım vəziyyətimdən xəbərdar idi. Ramin Hacılı ilə münasibəti olan dostlarımdan biri bunu ona demişdi. Sağ olsun, o da kömək elədi. İkinci ilin təhsil haqqının 700 manatını atam ödəyə bildi. Bundan sonra isə ödəniş edə bilmədim».

Leyla akademiyanın rəhbəri Fərhad Bədəlbəylinin problemdən xəbərdar olduğunu söylədi: «Fərhad müəllimin köməyi nəticəsində məni 2 ildir akademiyadan qovmayıblar. Mən də gecə-gündüz çalışıram, dərslərimi yaxşı oxuyuram. Bəlkə də dərslərimi yaxşı oxuduğum üçün indiyədək qovmayıblar. Amma artıq bıçaq sümüyə dirənib».

Leyla restoran və kafelərdən iş təklifi də alıb. Lakin təhsilini yarımçıq qoyaraq işləmək istəməyib. Amma hazırda Musiqili Komediya Teatrında çalışır: «Teatra dərsdən sonra gedirəm. Aldığım 168 manat məvacib yalnız kirayə və yol puluna çatır. Müəllimlərim gələcəkdə uğurlu vokalist ola biləcəyimi deyirlər, bu sözlər isə məni həvəsdən düşməyə qoymur».

Təhsil aldığı müddətdə bütün imtahanlardan öz biliyi ilə keçən, ixtisasını gözəl bilən əlaçı Leylanın ifasına qulaq asanda onun həqiqətən də istedadlı gənc olduğuna əmin olursan. Leylanın arzusu diplom almaq, təhsilini davam etdirmək və musiqi müəlliməsi olmaqdır. Lakin...

Lakin onun bu arzusuna çatmasına yalnız bir şey mane olur - pul. Bu çalışqan tələbəni diplomundan cəmi 3800 manat ayırır. Bakıda bəzən bir ziyafət masasına çəkilən məbləğ yəni. Halbuki zəngin neft şəhərində, xeyirxahlıq, mesenatlıq, xüsusən də təhsillə bağlı xeyriyyəçilik ənənələrinin əsrlərdir güclü olduğu məmləkətdə belə olmamalı idi.