vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
QALMAQAL  
15:22 | 11 iyun 2014 | Çərşənbə Məqaləyə 2796 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İbrahimbəyovun gizli ailəsi aşkarlandı

Rejissorun sağ əli Lalə Əfəndiyevanı ən azı 7 il həbs edə bilərlər

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, yazıçı-dramaturq, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovla bağlı sözün əsl mənasında şok effekti yaradacaq məlumat yayılıb.


75 yaşlı sənət xadimi şəxsi həyatı, ailəsi ilə bağlı bilgiləri ictimaiyyət üçün nə qədər sirr saxlamağa çalışsa da, azvision.az-a  daxil olan bir məlumat İbrahimbəyovun planlarını alt-üst edib.

Sayt yazır ki, İbrahimbəyov ömrünün ahıl yaşında gənclik xəyallarından, eşq macəralarından, sevgi oyunlarından əl çəkmir. Bir neçə dəfə ailə həyatı quran rejissorun, sən demə, hamıdan gizli ailəsi də var imiş. Yəqin ki, çoxları İbrahimbəyovun hamıdan gizlətdiyi 8 yaşlı oğlundan, İsmayıllının İvanovka kəndindəki dəbdəbəli villasından və gənc həyat yoldaşından xəbərsizdir.

İbrahimbəyovun qeyri-rəsmi nikahda yaşadığı şəxs Lala Əfəndiyeva adlı xanımdır. O, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, 2009-cu ildə «Şərq-Qərb» Bakı beynəlxalq kinofestivalının keçirilməsi üzrə səlahiyyətli nümayəndə olub. Demək olar ki, Kinematoqrafçılar İttifaqında İbrahimbəyovun «sağ əli» funksiyasını yerinə yetirən Lalə Əfəndiyevanın adı, xatırlayırsınızsa, təşkilata qarşı yönələn vergi cinayətində hallanırdı. Hətta Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti Lalə Əfəndiyevaya Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham elan etmişdi (Cinayət Məcəlləsinin bu maddəsi mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakının külli miqdarda talanması haqqındadır. Bu maddə əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur – red).

Lala Əfəndiyeva hətta haqqındakı ittihamlarla bağlı bir dəfə istintaqa ifadə də vermişdi. «Vergi nümayəndələri iddia edirlər ki, 2009-cu ildə keçirilən «Şərq-Qərb» kino festivalı zamanı Azərbaycana gəlmiş 125 nəfər qonaq ölkədə piyada gəzib. Bu, tamamilə əsassız iddiadır. Çünki qonaqları gəzdirmək üçün firma ilə müqavilə bağlanıb, ödənişlər edilib, qəbzlər alınıb. Bunu sübuta yetirən bütün sənədlər, video lentlər var, hətta avtomobillərin nömrələri də foto və video kadrlara düşüb. İndi bizə deyirlər ki, həmin avtomobilləri, onların sürücülərini də tapın. Biz də avtomobillərin bir neçəsini tapmışıq. Bu istiqamətdə araşdırmalarımız davam edir» - deyə adı çəkilən xanım mətbuata açıqlamasında bildirmişdi.

Əfəndiyeva və İbrahimbəyov cütlüyü aralarında illərdir davam edən özəl münasibətləri gizlətsələr də, onların yaxınları, adlarının çəkilməsindən ehtiyat edən sənət xadimləri bu ailəinin varlığından xəbərdar olduqlarını etiraf ediblər.

Cütlüyün eşq macərəları elə Kinematoqrafçılar İttifaqından başlayıb. Təxminən 10 il bundan öncə, bəlkə də çox-çox əvvəl. Əvvəl sadəcə iş yoldaşı olan Əfəndiyeva və İbrahimbəyovun əlaqələri qısa zaman kəsiyində sevgi müstəvisinə keçib. Tərəflər arasında sıx bağlılıq yaranıb. Keçmiş həyat yoldaşı ilə yolları ayrılan Lala xanım İbrahimbəyovla qeyri-rəsmi ailə qurmağa qərar verib. Halbuki bundan öncə onların hər ikisi ailəli olmuşdular. Bu «ailə» Lala xanımın ikinci baharı olsa da, İbrahimbəyovun bəlkə də sayını unutduğu baharı idi.

Yuxarıda qeyd etdiyimiz kimi, İbrahimbəyovun İvanovka kəndindəki villasında hazırda Lala Əfəndiyeva və onun oğlu yaşayır...

Əfəndiyevanın malakan qonşuları da bu məlumatı təsdiq ediblər. Onlarla söhbətdən bəlli olub ki, İbrahimbəyov İvanovkadakı evini təxminən 4-5 il bundan öncə alıb. Yay mövsümündə Lalə xanım və oğlu Fərhadla birgə orada dincəlirmişlər. Ta ötən ilə kimi...

İbrahimbəyovun İvanovkadakı qonşularının sözlərinə görə, kənd əhalisi onları ər-arvad kimi tanıyırlar. Hətta yeni qonşuları ilə tanışlıq vaxtlarında Lalə xanım özünü Rüstəm İbrahimbəyovun həyat yoldaşı kimi tanıdıb.

Qısa vaxtda qonşuları ilə mehriban təmaslar quran xanım keçmiş həyat yoldaşı, ilk ailəsi haqda da onlarla dərdləşib, başından keçən olayları danışırmış.

«Lala xanımı artıq bir neçə ildir tanıyırıq. O, Rüstəm müəllimin həyat yoldaşıdır. 4-5 il olar ki, bizim kəndimizdə ev alıblar. Burada daimi yaşamasalar da, yaydan-yada gəlib, dincəlirlər. Bir ildən çoxdur ki, Rüstəm müəllim bura gəlmir. Onlar bəzən axşamlar küçəyə çıxaraq gəzişib, insanlarla söhbətləşirdilər»,- deyə İvanovka sakinləri cütlüklə bağlı təəssüratlarını bölüşüblər.

 

Lala xanım onlarla söhbəti zamanı birinci ərinin içki aludəçisi olduğundan şikayətlənib. Buna görə də yola getmədiklərini, ayrıldıqlarını qonşularına deyib.

 

Bəs, Fərhad kimdir?

 

Fərhad - Lala Əfəndiyevanın və İbrahimbəyovun oğludur. Ən azından Lala xanım həmsöhbətlərinə belə deyib. Fərhadın təxminə 8-9 yaşı var. Paytaxt məktəblərinin birində ikinci sinifdə oxuyur.

Azyaşlı Fərhad Bakıda doğulub-böyüsə də, kənddə özünü çox mehriban və sadə aparır. Yay tətilini İvanovkada keçirən Fərhad həmyaşıdları ilə oynayır, söhbətləşir. Özünü yad kimi aparmır.

İbrahimbəyova yaxın şəxslərdən biri də sayta açıqlamasında Fərhadın onun oğlu olduğunu gizlətməyib. Amma bildirib ki, İbrahimbəyov bunu hamıdan gizlətməyə çalışır.

Sayt qocaman sənət xadiminin hamıdan gizlətdiyi oğlunun soyadının İbrahimbəyov, yaxud Əfəndiyev olmasını dəqiqləşdirə bilməyib. Yəqin ki, onların münasibətləri qeyri-rəsmi olduğu üçün övladları Əfəndiyevanın soyadını daşıyır.

İbrahimbəyov Azərbaycanda olmasa da, «ailəsinin» aylıq dolanışığı üçün pul göndərir, onların problemləri ilə maraqlanır. Kənd sakinlərinin sözlərinə görə, Lala Əfəndiyeva və oğlu maddi baxımdan heç də kasıb deyillər, əksinə, dəbdəbəli ev, bahalı geyimlər onların xoş güzəranından xəbər verir.

Gördüyünüz kimi, bundan öncə iki dəfə ailə quran İbrahimbəyovun gizli həyat yoldaşı və 8 yaşlı oğlu da var imiş.

Qeyd edək ki, 1939-cu fevralın 5-də Bakıda anadan olan İbrahimbəyovun ilk həyat yoldaşı Şöhrət İbrahimbəyovadır. Onların münasibətlərindən 31 mart 1972-ci ildə oğlanları Fuad dünyaya gəlib. Fuad İbrahimbəyov hazırda Rusiyada yaşayır və ssenarist-rejissordur.

Rüstəm İbrahimbəyov ikinci evliliyində S.Vurğun adına Rus Dram Teatrının aktrisası, Azərbaycanın xalq artisti Lyudmila Duxovnaya ilə ailə həyatı qurub. 1944-cü il təvəllüdlü Lyudmila xanım 1963-cü ildən ta bu günə kimi Bakıdakı Rus Dram Teatrının aktrisasıdır.

İbrahimbəyovun ikinci evliliyindən isə bir qızı dünyaya gəlib. Fatimə İbrahimbəyova 1974-cü ildə anadan olub. O, Rusiyada Dövlət Kinematoqrafiya İnstitutunu bitirib, bir müddət «Azərbaycanfilm»də işləyib və hazırda həyat yoldaşı və 3 oğlu ilə İstanbulda yaşayır.

Qeyd edək ki, sayt İbrahimbəyovun İvanovkadakı evindən görüntüləri yaxın zamanlarda oxucularına təqdim edəcəyini də vəd edib.