
Hər işi mükəmməl edirdi...
Xalq artisti Rafiq Əliyev ömür-gün və sənət yoldaşlarının xatirəsində
Xalq artisti Rafiq Əliyev ömür-gün və sənət yoldaşlarının xatirəsində
“SSRİ-ni yada salan heç bir sənədə imza atmaq, tədbirlərə qatılmaq lazım deyil”
Rüstəm İbrahimbəyov: ““Qafqaz triosu” ekranlara çıxarkən başlayan hücumları prezident dayandırdı”
Rüstəm İbrahimbəyov Bakıya gəlişindən danışdı
Azərbaycanlı biznesmenə qarşı tədbirlər; Fərid Haqverdiyev zəng vurdu
...Və ya bir müxalifətçidən bir jurnalistə «demokratiya dərsi...»
Rüstəm İbrahimbəyov ağır xəstəliyinə tutulub
«Bu şəxsin gizli əmlakları barədə inanmayacağınız mənzərə var»
Eldəniz Quliyev İbrahimbəyovun gizli ailəsindən danışdı
Rejissorun sağ əli Lalə Əfəndiyevanı ən azı 7 il həbs edə bilərlər
«Ukrayna və Krım məsələsi Azərbaycana kömək edə bilər»
«Bu, mənim qismətim olub»
Eldəniz Quliyev Ziyalılar Forumundan danışdı
«Ramiz Rövşənin bir kəlməsi 50 akademikin sözünə bərabərdir»
«İbrahimbəyov xüsusi təyinatlı emissar idi»
«Demişəm ki, siz, niyə fəaliyyət göstərmirsiniz?»
«Bir aydan çox olar ki, Amerikada idim. Həm səhhətimlə bağlı, həm də film çəkilişlərinə görə orada qalmalı oldum. Səhhətimdə yaranan problem stabil olaraq qalır».
Bunu Modern.az-a açıqlamasında tanınmış kinorejissor, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov deyib.
O, Azərbaycanın siyasi, mədəni həyatında baş verənləri yaxından izlədiyini deyib.
«Ölkədən uzaqda yaşasam da, prosesləri yaxından izləyirəm. Azərbaycandakı dostlarla əlaqə saxlayıb, təfərrüatları öyrənməyə çalışıram. Uzaqda, Bakısız yaşamaq çox çətindir».
Tanınmış kinorejissor bir vaxtlar rəhbəri olduğu «İbrus» teatrının hazırkı fəaliyyətinə də aydınlıq gətirib.
«Artıq «İbrus» teatrı Bakıda fəaliyyət göstərmir. O zaman bu teatr yaşayış binasında yerləşirdi. Biri-birindən maraqlı tamaşalar nümayiş olunurdu. Daha sonra isə teatrın yerləşdiyi bina dövlətə qaytarıldı. Əslində, «İbrus» teatrı 2018-ci ildə dövlətə təhvil verilməli idi. Lakin bu proses bir neçə il tez həyata keçirildi. Bakıda «İbrus» teatrının fəaliyyətinə son qoyulsa da, Moskvada iki il olar ki, eyni adlı teatr fəaliyyətə başlayıb. İldə bir-iki dəfə Bakıdan aktyor heyəti bura gəlib tamaşalar göstərir. Burdakı «İbrus» teatrının çoxlu sayda tamaşaçıları var».