«Xətai fars olmayıb»
Sərdar Cəlaloğlu Rəsul Quliyevi «qanmaz» adlandırdı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İnsanov niyə yalan danışır?
Biri onun qulağına pıçıldasın ki, ...
-
ADP MSK-ya müraciət etdi
Sərdar Cəlaloğlu: «Bizi qınamağa haqlarıı yoxdur»
-
«Kalaşnikov»la silahlanmış mafia
Hacı İbrahimin otağı və Nazim İbrahimov evinin pəncərələri niyə gülləbaran edildi?
-
Abdolbari Gözəlin ofisinə basqın
Hüseyn Abdullayevdən 2-ci etiraf - biznesmen döyüldü, seyfindən 180 min dollar aparıldı...
-
«Qəhrəman» «Quska»
«Sərdar Cəlaloğlunun başına vedrə salıb o qədər döydürdüm ki...»
-
Radikal dindarlar Azərbaycan üçün təhlükədir
Partiya sədrlərindən çağırış
-
«Vahid namizəd seçməlidir»
Pənah Hüseynin təklifinə müxalifətdən reaksiyalar gəldi
-
«Mən onları söysəm də...»
«Əli Kərimlinin xarakterini bildiklərinə görə liderlər onun tədbirinə getmir»
-
Bir-birlərinə «gəda» dedilər
Partiya sədrinin Nobel mükafatına iddiası eksperti özündən çıxardı
-
«Bu saxta sənəd olub»
«Dedilər ki, imza atmasan, həmin adamları asacağıq»
-
«Onlara kim pul verə bilər?»
«Heç kim! Nə daxildən, nə də xaricdən»
-
«Sərdar Cəlaloğlu qeyri-ciddi adamdır»
«El»dən cavab gecikmədi
-
Rəsul Quliyevə siyasətdən getmək çağırışı
Eks-spikerin müxalif siyasətçilərə çağırışı özünə qarşı çevrildi
-
«Əli Həsənovla əlaqələrim var»
«Hakimiyyətlə iş birliyinə getməməyimiz bizə problem yaradır»
-
«Cəlaloğlunun hiddətlənməsinə ehtiyac yoxdu»
«Milli Şurada intriqalara enerji sərf etmək bizlik deyil»
-
4 il əvvəl səslənən agent iddiasına növbəti əks səda
Bu atmacaya dəfələrlə cavab verən siyasətçinin ürəyi hələ də soyumur
Eks spiker Rəsul Quliyevin Şah İsmayıl Xətaini İran şahı hesab etməsinə ADP sədri Sərdar Cəlaloğlu münasibət bildirib.
S. Cəlaloğlu «Qafqazinfo» ya açıqlamasında bildirib ki, Şah İsmayıl Xətai və ondan sonra 4-5 əsr bu bölgədə mövcud olan dövlətin farslara, kürdlərə qətiyyən aidiyyəti olmayıb: «Məsələn, Şah İsmayıl Hindistanda Baburu işğal etmişdi, hansı ki orada müsəlmanlar yaşayırdı. Müsəlmanlar yaşamayan ərazini işğal etməmişdi. Elə olsaydı, Osmanlı Türkiyəsi mütləq həmin torpaqları öz ərazilərinə qatardı. Osmanlı müsəlman olan başqa xalqları ərazilərinə qatırdı, xristianlardan isə bac alırdı. Amma biz görürük ki, nə Səfəvilərdən bac alıb, nə də onu öz ərazisinə qatıb. Bu onu göstərir ki, Osmanlı türkləri Səfəviləri də türk dövləti kimi tanıyırdılar. Sadəcə olaraq təriqətlə bağlı konfliktlər olanda üz- üzə gəlirdilər.
Burda üç məqama diqqət yetirmək lazımdır:
1) Niyə Şah İsmayıl Xətai şiə dövləti yaratmşdı? Çünki o yaratdığı dövlətin tərkibinə müsəlmanları qatırdı. İmperiyanın ideologiyası olaraq şiəliyi seçmişdi.
2) Şah İsmayılın şəxsi həyatı indi şiələrin müdafiə etdiyi İmam Hüseynin və Həzrət Əlinin nəslinin taleyini eyni ilə təkrarlayırdı.
3) Səfəvilər dövləti ona görə türk imperiyasıdır ki, nə Əmir Teymur, nə də Osmanlı Türkiyəsi heç vaxt Səfəvilər, Əfşarlar və Qacarların ərazisinə göz dikməyib, bac-xərac almayıb. Hətta Osmanlılar Təbrizə gəlib çıxanda belə bir qarış torpağımızı götürməyiblər. Osmanlı gəlib Təbrizi tutur, amma bir qarış torpağı belə Osmanlı torpağı elan etmir. Bu fakt da onu göstərir ki, Şah İsmayıl Xətai hansı millətə məxsusdur. O vaxtkı Səfəvilər dövləti hansı dövlətdir».
ADP sədri qeyd edib ki, Karl Marks Xətaini Makedoniyalı İsgəndər və Çingiz xanla müqayisə edir: «Bəşər tarixində sıfırdan böyük bir imperiya yaradan iki- üç adam var. K. Marks Şah İsmayıl Xətaini Çingiz xan və Makedonoyalı İsgəndərin sələfi kimi təqdim edir. Tariximizdə bu qədər mühüm rol oynamış, imperiyanın əsasını qoymuş bir adam haqqında danışarkən ən azı insaflı olmaq lazımdır. Ən azı insanda milli təəssübkeşlik hissi olmalı, xalqını sevməlisən. Bir şeyi qanmaq lazımdır ki, nə Nadir Şah, nə Qacar, nə Şah İsmayıl Xətai fars olmayıb. Qanı da türk qanıdır. Kimsə iddia edirsə ki, bu dövlətlər fars mənşəlidir, o zaman sual doğur ki, nəyə görə 400 il türk sultanlığı və Teymurlənglə, demək olar ki, qonşu yaşadılar? Avropa xalqlarına olan münasibəti heç vaxt Osmanlı Səfəvilərə göstərmədi? Çünki dilləri, mədəniyyətləri bir idi. Tarixi hadisələr də onu göstərir ki, türk olduğuna görə türk dövlətlərinin sərhədlərində 500 il bu imperiya yaşaya bilib. Bunu başa düşmək lazımdır».