
Parlament seçkiləri də erkən keçiriləcək?
Konstitusiyaya edilən dəyişikliklərdən sonra Milli Məclisin yenidən formalaşdırılması zərurətə çevrilib
Konstitusiyaya edilən dəyişikliklərdən sonra Milli Məclisin yenidən formalaşdırılması zərurətə çevrilib
Sərdar Cəlaloğlu: «Bizi qınamağa haqlarıı yoxdur»
Hacı İbrahimin otağı və Nazim İbrahimov evinin pəncərələri niyə gülləbaran edildi?
Hüseyn Abdullayevdən 2-ci etiraf - biznesmen döyüldü, seyfindən 180 min dollar aparıldı...
«Sərdar Cəlaloğlunun başına vedrə salıb o qədər döydürdüm ki...»
Partiya sədrlərindən çağırış
Müxalifət seçki bloku yaratmaqdan vaz keçib...?!
Amerikadakı Cin Azərbaycan əleyhinə fəlakət projesi hazırlığında
Sözçülərin deməsindən başa düşmək olar ki, bu payız siyasi ab-hava çox «isti» keçəcək
Pənah Hüseynin təklifinə müxalifətdən reaksiyalar gəldi
«Hökumət təcili antiböhran proqramını elan etməlidir»
«Bir qrup göbəyi meydanlara, küçələrə açılmış insanlar var»
Novella Cəfəroğlu: «Nə Xədicə İsmayılın, nə də Milli Şuranın siyahısını tanıyıram»
Əfsələddin Ağalarov Xədicə İsmayılı özündən çıxardı
Hüquq müdafiəçiləri Xədicə İsmayılı xarici kəşfiyyata işləməkdə suçladı
«Daha heç kimə deyə bilməyəcəklər ki, Elmanı yığışdırın»
«Xədicə İsmayıl AXCP-dən başqa bütün siyasi partiyalara qarşı qərəzli mövqe tutub. Bu, onun «Azadlıq radiosu»nda apardığı debatlarda da açıq şəkildə görünür. Belə çıxır ki, Xədicə xanım Milli Təhlükəsizlik Nazirliyində işləyir. Bu adam jurnalistdir, onun bu qədər siyasiləşməsi çox gülüncdür. O, bütün partiyaları qaralamaqla, özünün mənsub olduğu partiyanı yüksəltmək istəyir».
Bunu Modern.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu jurnalist Xədicə İsmayılın ABŞ Senatı aparatının iki əməkdaşına təqdim etdiyi siyahıda onun adının keçməsinə münasibət bildirərkən deyib. O, partiya rəhbəri kimi dövlət orqanları ilə əlaqə saxladığını qeyd edib: «Partiyanın bir problemi olanda Əli Həsənovla əlaqə saxlayıram. Çünki siyasi partiyalarla məsələlərə o baxır. Mənim ondan başqa nə İlham Əliyevlə, nə də Ramiz Mehdiyevlə əlaqəm var. Deyilən adamın heç adını eşitməmişəm. Deyək, hansısa partiya Prezident Administrasiyasından maliyyələşir. O zaman siz onun fəaliyyətinə baxın. Elə partiyalar var ki, heç yerdən maliyyələşmir. Fəaliyyətinə baxanda görürsən ki, demokratikləşmənin əleyhinə çıxış edir. Fəaliyyətə fikir vermək lazımdır, böhtan atmaq olmaz. ADP-nin fəaliyyəti göz qabağındadır. Bizim ciddi maliyyə imkanlarımız olsaydı, fəaliyyətimizi gücləndirərdik. Biz həddən artıq çətinlik çəkirik. Xədicə İsmayıl bunların hamısını uydurub. «Azadlıq radiosu»nun əməkdaşlarının bəziləri AXCP-nin üzvü kimi çıxış edirlər».
S.Cəlaloğlu siyahıda AXCP funksioneri Həsən Kərimovun da adının keçməsinə münasibət bildirib: «Onun MTN-nin Anti-terror Mərkəzi ilə əlaqədə olmasını normal qarşılayıram. Mən də lazım olsa, əməkdaşlıq edərəm. Seçki vaxtı şübhəli şəxs bizimlə əlaqəyə girmək istəyirdi. Həmin adamın məqsədi seçkidə təxribat törətmək idi. Biz müvafiq orqanlara müraciət etdik, onu neytrallaşdırdılar. Biz hökumətlə düşmən deyilik ki. Həsən Kərimov da anti-terror mərkəzi ilə əlaqə saxlayırsa, bunu alqışlamaq lazımdır. Yaxşı, Sərdar Cəlaloğlu, İsa Qəmbər, Əli Kərimli hakimiyyətə işləyir, bəs müxalifət kimdir? Azərbaycanda demokratiyaya keçidin baş verməməsinin bir səbəbi var, o da hakimiyyətlə bu və ya başqa şəkildə əlaqədə olmamaqdı. Hakimiyyətlə müəyyən sahələrdə iş birliyinə getməməyimiz bizə problem yaradır. Ona görə də demokratikləşmə sahəsində heç bir nəticə əldə etməmişik. Xədicə İsmayılın dedikləri kimi hərəkət etsək, hakimiyyətlə düşmən olmalıyıq. Bizim iqtidarda dostlarımız, həmfikirlərimiz olmalıdır».
Qeyd edək ki, Xədicə İsmayıl amerikalı nümayəndələrə təqdim etdiyi siyahıda bir çox müxalifət liderlərinin hakimiyyətə işlədiyini göstərib. O, Sərdar Cəlaloğlunun Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbərinin müavini Tahir Süleymanov tərəfindən koordinasiya olunduğunu qeyd edib.