«Biz siyahı tərtib etmirik»
Partiyalardan «siyasi məhbus» etirazı
Ayşən MÖNSÜMLÜ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Rəngli inqilab”ların köhnəlmiş ssenarisi
Qazi adı ilə pərdələnən siyasət biçarələri – onlar yenə fəallaşıblar
-
“Moşenniklərə ...”
Müxalifətin saxta vəsiqə və mühacir davası qızışır; müsavatçılar sığındıqları ölkədən çıxarıla bilər
-
İsa Qəmbər seçkiyə niyə buraxılmadı?
Başqan müavinindən Müsavat Məclisinin qərarına üsyankar status...
-
«Maraq o qədər də yüksək olmur»
Müxalifət seçki bloku yaratmaqdan vaz keçib...?!
-
«1 milyon xərcləyib...»
AXCP üzvü Əli Kərimlinin Londona uçan ailə üzvlərinin şəkillərini yayıb üsyan etdi
-
«Cəsarəti çatırsa, o çıxışlarını mətbuata versin»
AMİP-dən Aslan İsmayılova sərt cavab
-
Partiyaların qurultay dərdi...
Sözçülərin deməsindən başa düşmək olar ki, bu payız siyasi ab-hava çox «isti» keçəcək
-
AXCP-də daha bir mühacir skandalı
Mühacir jurnalist partiya üzvü olan gəncə qarşı dələduzluq edib; işin içində turizm şirkəti də var
-
Aygün Muradxanlıdan AXCP sədrinə müraciət
Əli Kərimlinin müşavirinin oğlu başda olmaqla partiya üzvləri məşhur jurnalisti təhdid və təhqir edib
-
«Bəlkə də qaytardılar»
Araz Əlizadə: «AXCP-Müsavat cütlüyü ümidlə yaşayır»
-
«Buna nail olduq»
«Heydər Əliyev müstəqilliyi müdafiə edəndə kommunistlər arxasınca getmədi»
-
«Deputatlıqdan ləzzət alıram»
«Gedib orda-burda ticarətlə məşğul olaram»
-
Xəyanət və rəzalətin simvolu
Əli Kərimli haqqında indiyə kimi bilinməyən sirrlər
-
«Arif Hacılı olan yerdə intriqa var»
Ellada Məmmədli: «İsa Qəmbər közərən pambığı alışdırmağa qadirdir»
-
Kərimli üçün hər şey q(Q)ənimətdir
«Qədirbilən övlad» kimə təşəkkür etməlidir?
-
«Mən satqın deyiləm!»
Partiya sıralarını könüllü tərk etmiş müsavatçı xanım etiraz etdi
Azərbaycanda müxtəlif qeyri-hökumət təşkilatları, hüquq müdafiəçiləri «siyasi məhbus» siyahısı hazırlayır. Demək olar ki, hüquq müdafiəçilərinin əksəriyyətinin hazırladığı siyahıda fərqliliklər olur. Maraqlıdır, hüquq müdafiəçiləri «siyasi məhbus» siyahısı hazırlayarkən üzvləri məhbus olan partiyalar müraciət edirlərmi?
Modern.az bu sualla aparıcı müxalifət partiyaları arasında sorğu aparıb. Maraqlıdır ki, «siyasi məhbus» məsələsində daim Azərbaycan iqtidarını tənqid edən AXCP-nin özünə siyahılar hazırlanarkən həbsdə nə qədər üzvünün olması ilə bağlı müraciətlər göndərilməyib. Bu barədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib. «Bizim partiyaya elə bir sorğu göndərilməyib»
Müsavat Partiyası başqan müavini Gülağa Aslanlının isə cavabı belə olub: «Bizdə nəyin ki, həbsdə olan, hətta həbsdən azad olunan siyasi məhbusların adlarının sonradan siyahıya salınması praktikası yoxdur. Çünki, söhbət burada məhbusdan gedir. Bunun təbii ki, dəqiqləşdirilməsinə ehtiyac var. Hüquq müdafiə təşkilatlarına bunun ətrafında müzakirələr apararaq vahid bir siyahının hazırlanmasını məsləhət bilmişik. Biz burada hökm və ya qərar verə biləcək səlahiyyətə sahib deyilik».
AMİP-in baş katibi Arzuxan Əlizadə: «Xeyr bizə, bu məsələ ilə bağlı hər hansısa müraciət olunmayıb. Biz də mətbuatdan öyrənirik ki, belə bir siyahı hazırlanır». ADP sədri Sərdar Cəlaloğlu: «Onlar öz maraqlarına uyğun siyahı hazırlayırlar, ona görə də bizimlə məsləhətləşmirlər. Düzü ADP-dən həbsdə olan da yoxdur, amma ümumilikdə «siyasi məhbus» məsələsi ilə bağlı hüquq müdafiəçilərinin hərəkətləri bundan ibarətdir».