Hadı Rəcəbli nədən ehtiyat edir?
Komitə sədrindən jurnalistlərə qadağa
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
-
Kimlər vergidən azad olunacaq?
Yeni güzəştləri tətbiq ediləcək
-
Yaşıl dəhliz niyə işləmir?
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
-
Pensiyalar nə qədər artacaq?
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
-
Büdcə müzakirələri ...
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
-
Son 5 ildə 36 pillə geriləmə ...
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
-
Büdcə icrasının müzakirələri
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
-
Ali təhsil 3 ilə endirilə bilər
Bütün universitetlərin yataqxanası olmalıdır
-
Bu ilin büdcəsinə dəyişiklik
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
-
MM-də yeni təyinat
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
-
“Ölkədə savadsızlıq tüğyan edir”
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
-
MM-də islahatlar
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
-
Yeni spiker kimdir?
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
-
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
-
“O adam öz taleyi ilə oynayır”
Deputat “Real TV”ni ittiham etdi, sərvəti haqda yayılan xəbərə qəzəbli reaksiya verdi
-
Ağsu aşırımında erməni radiosu...
Millət vəkili həyəcan təbili çalır
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fevralın 6-da keçiriləcək komitə iclasına jurnalistlər dəvət olunmayıb. İclasda «Pensiya islahatları haqqında» yeni qanun layihəsi müzakirəyə çıxarılacaq.
Bu barədə anonsu elə komitənin sədri Hadı Rəcəbli bundan əvvəlki iclasda vermişdi. O qeyd etmişdi ki, yeni qanun layihəsinin müzakirəsində Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da iştirak edəcək.
Maraqlıdır ki, yeni layihədə nələrin əks olunduğu barədə hələ ki, ictimaiyyətdə heç bir məlumat yoxdur. Elə komitə sədri də layihə barədə iclas keçirilən günə kimi ictimaiyyətə məlumat verilməməsini komitə üzvlərinə tövsiyə etmişdi.
Qeyd edək ki, layihənin müzakirəsində parlamentdə akkreditə olunmuş jurnalistlərin də iştirakı gözlənilirdi. Amma məlum olub ki, iclasa yalnız AZTV, İTV, «AzərTac» və «Azərbaycan» qəzetinin müxbirləri dəvət olunub.
Müzakirəyə yalnız rəsmi medianın buraxılmasının isə maraqlı səbəbi var. Komitə sədri Hadı Rəcəblinin hər dəfə səsləndirdiyi fikirlər cəmiyyətdə böyük rezonansa səbəb olur. Belə ki, bir müddət əvvəl müəllimləri dərsdən sonra bənna işləməyi tövsiyə etməsi, Qarabağ müharibəsi iştirakçılarına təqaüd verilməməsi haqda səsləndirdiyi fikirlər böyük qalmaqala səbəb olmuşdu. Son olaraq isə «Köçkünlər pəncərəni açıq qoyurdu» ifadəsini səsləndirməsi sosial şəbəkələrdə ciddi tənqid edilir.
Ehtimal olunur ki, iclasa ancaq dövlət informasiya resurslarının dəvət olunması komitə sədrinin tapşırığıdır. O öz dilindən çıxan informasiyaların mətbuatda rezonans doğurmasından ciddi şəkildə narahatdır. Ona görə də yalnız rəsmi informasiyaların mətbuatda dərc olunmasını istəyir.
Parlamentin payız sessiyasında da spiker Oqtay Əsədov Hadı Rəcəbliyə mətbuata az çıxmağı tövsiyə etmişdi. Elə o müddətdən bəri Hadı Rəcəbli xüsusi olaraq saytlara və telekanallara müsahibə vermir. (qafqazinfo.az)