Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
11:54 | 26 may 2017 | Cümə
Məqaləyə 1872 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Mövcud status-kvo Qarabağ danışıqlarında Ermənistanın vəziyyətini günü-gündən pisləşdirir. Virtualaz.org xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri, fövqəladə və səlahiyyətli səfir Arman Melikyan deyib. Melikyanın sözlərinə görə, Dağlıq Qarabağın statusu əvvəl necə havadan asılı qalmışdısa indi də elədir. Əgər əvvəllər danışıqlar «ərazilərin əvəzində status» formulu əsasında aparılırdısa indi «ərazilərin əvəzində vəziyyətin yaxşılaşması» haqda danışırlar.
Keçmiş xarici işlər naziri deyir ki, 1993-cü ilin payızından etibarən Ermənistan rəsmən münaqişənin tərəfi kimi tanınıb, nəticədə məsələ beynəlxalq səviyyəyə qalxıb. Azərbaycan isə Ermənistanın işğalçı dövlət kimi tanınmasına nail olmağı əsas vəzifəsi elan edib. Dağlıq Qarabağ isə tərəf kimi danışıqlardan kənarlaşdırılıb.
«Problem beynəlxalq miqyasda belə qəbul edilməyə başladı ki, bu münaqişə Ermənistanla Azərbaycan arasındadır, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və onları heç bir ilkin şərt irəli sürmədən qaytarmaq lazımdır. İndiyə qədər biz danışıqlarda belə fəlsəfəyə əsaslanırıq ki, Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsinin əvəzində biz torpaqları qaytarmalıyıq, yəni biz həm torpaqları veririk, həm Dağlıq Qarabağın tanınmasına nail olmuruq», - Melikyan bildirib.
Keçmiş nazir qeyd edib ki, Madrid prinsiplərində də ərazilərin qaytarılması əksini tapıb və həmsədrlər də bununla razıdır, Ermənistanın torpaqları qaytarmasını istəyir. «Lakin çoxları sual edir ki, necə? Regionda yeganə real təsiri və nüfuzu olan həmsədr ölkə Rusiyadır. Onun da Ermənistanda nüfuzu getdikcə zəifləyir. Əgər Rusiya torpaqların qaytarılmasını təşkil edərsə, ABŞ buna qarışmalı deyil, çünki bilir ki, nəticədə Rusiyanın Ermənistandakı mövqeləri zəifləyəcək. Onlar Ermənistanı əldən vermədən səbirlə gözləyə bilərlər. Aprel müharibəsi ola bilsin buna hazırlıq idi. Bu, çoxlarına düşünməyə əsas verdi. Bu faktdır ki, ərazilərin qaytarılması məsələsi bu gün Rusiya tərəfindən qarşıya qoyulub, özü də ciddi şəkildə. Və bu haqda fikirləşmək, nəticələrini dərk etmək lazımdır», - Melikyan deyib.