Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
07:02 | 1 iyun 2017 | Cümə axşamı
Məqaləyə 2453 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Kremlə gözlənilməz zərbə
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Pekin bu yaxınlarda Çini Mərkəzi Asiya və dünyanın başqa yerləri ilə birləşdirən qədim İpək Yolu ticarət yolu üzərində «Bir kəmər, Bir Yol» adlanan qlobal iqtisadi təşəbbüslə çıxış edib. Çin prezidenti Şi Tsinpin bu təşəbbüsün beynəlxalq əməkdaşlığın inkişafı məqsədi daşıdığını bildirib. Lakin ABŞ-ın bəzi rəsmiləri və biznes liderləri investisiya mühitinin Çinin iddia etdiyi kimi açıq olmamasından narahatdır.
Çin Asiya, Afrika və Avropa boyu limanlar, dəmir və şosse yolları və başqa infrastruktur yaradılmasını planlaşdırır.
Çin prezidenti Şi Tsinpin bu yaxınlarda Pekində keçirilmiş sammitdə yeni qlobal təşəbbüsü ölkələr və şirkətlər üçün faydalı bir layihə kimi təsvir edib.
Lakin Çinin əsl məqsədləri ilə bağlı suallar mövcuddur. ABŞ-ın keçmiş ticarət nümayəndəsi Şarlin Bolşevski.
«Çin iqtisadi islahatlar prosesini dayandırıb. Və bunun əvəzinə sıfır effekti olan, merkantil, ABŞ-a və xarici şirkətlərə qarşı ayrı-seçkilik məqsədi güdən bir sıra tədbirlər həyata keçirib».
Hazırkı biznes mühitinə görə, Çin artmaqda olan xarici şirkətlərin investisiyalar qoyması üçün artıq ən yaxşı ölkələrdən biri hesab edilmir. Bu dəyərləndirmə öz əksini Çində Amerika Ticarət Palatasının bu yaxınlarda keçirdiyi sorğuda tapıb. Qrupun rəhbəri Vilyam Zaritdir.
«Bəzi şirkətlər Asiyada başqa yerlər axtarır. Bəziləri diqqəti Şimali Amerikaya yönəldir. Burada enerji qiymətləri çox aşağıdır və istehsal prosesində işçi qüvvəsi də böyük faktor deyil. Eyni zamanda, qanunun aliliyi və şəffaflıq təmin olunur».
Bəziləri Çinin xarici kapital və texnologiyalardan əvvəllər olduğu kimi artıq asılı olmadığını qeyd edir. Lakin təhlilçilərin bir hissəsi hesab edir ki, Pekinin sərt siyasi xəttinə görə investisiyaların azalması Çinə baha başa gələcək.
«Çin artıq dünyanın iqtisadi səhnəsində böyük mövqeyə malikdir. Mən böyük fəlakət gözləmirəm, amma fikrimcə, növbəti on il ərzində burada daha az inkişaf və daha az sıçrayışlı inkişaf müşahidə olunacaq».
Çin prezidenti Şi Tsinpin «Bir kəmər, Bir Yol» təşəbbüsünü eksklüziv layihə kimi təqdim edib. Amerikanın bəzi şirkətləri isə burada mahiyyətdən daha çox stilə üstünlük verildiyindən narahatdır.