
Pezeşkian Misirə gedib
İki ölkə prezidenti İranın nüvə məsələsini müzakirə edib
İki ölkə prezidenti İranın nüvə məsələsini müzakirə edib
İsrailin “HƏMAS” liderlərinə hava zərbəsi bölgəni silkələdi
İsrail “HƏMAS” rəhbərlərinə sui-qəsd etdiyini açıqladı
Baş yepiskopun həyatı təhlükədə
ABŞ Misirə 5 milyard dollarlıq hava hücumundan müdafiə sistemi satır
Yerli valyutalarla maliyyə əməkdaşlığının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb
Misir və Mesopotamiya arasında genetik əlaqə tapıldı
Trampın ən yaxşı dostları bu savaşdan qazanclı çıxıb
Məktəb rəhbərliyi işdən qovuldu
Arxeoloqları öldürən göbələk xərçəngin müalicəsində istifadə edilə bilər
Ekipaj üzvləri həlak oldu
Tramp: “Ümid edirəm ki, İranla bağlı mənə kömək edə bilərsiniz”
Anlaşmalar ABŞ və Qətər arasında iqtisadi və hərbi əməkdaşlıq vəd edir
Qəzaya uğrayan qayığın göyərtəsində 45 nəfər olub
Sonsuz qumsallıqların altında tarix nələri gizlədir?
Səudiyyə Ərəbistanının 100 milyonluq serialı Misirdə və İraqda qadağan edilib
Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı Qətərlə diplomatik münasibətləri kəsib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu adıçəkilən ölkələrin Xarici İşlər Nazirləri (XİN) bəyan edib.
Misir, Bəhreyn, BƏƏ və Səudiyyə Ərəbistanı qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək verməsi və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar.
Eyni zamanda, Səudiyyə Ərəbistanının rəhbərliyi altında Ərəb koalisiyası Yəməndə keçirilən əməliyyatda Qətərin iştirakını dayandırıb.
Rəsmi Doha ilə digər ərəb ölkələri arasında münasibətlər bu yaxınlarda Ər-Riyadda keçirilən sammitdən sonra pisləşib. Belə ki, Qətərin dövlət xəbər agentliyi ölkə əmiri adından İranla münasibətlərin yaxşılaşdırılmasına çağırıb. Bundan sonra Qətər XİN-in rəsmi nümayəndəsi belə bir bəyanatın verilmədiyini bildirib, məlumatın dərcini agentliyin saytının hakerlər tərəfindən sındırılması ilə izah edib.