
Misirdə sualtı faciə
Qəzaya uğrayan qayığın göyərtəsində 45 nəfər olub
Qəzaya uğrayan qayığın göyərtəsində 45 nəfər olub
Sonsuz qumsallıqların altında tarix nələri gizlədir?
Səudiyyə Ərəbistanının 100 milyonluq serialı Misirdə və İraqda qadağan edilib
7000 bina təhlükə altındadır
Misir piramidalarında sirli bir enerji növü meydana çıxıb
ABŞ-ın ən yaxşı qazanan intellektual şirkətlər haqqında hesabat hazırlanıb
Bir əsrdən sonra daha bir firon məzarı aşkarlanıb
Üçüncü Səhra Ordusu Sinay yarımadası və Qəzza zolağı ilə sərhədlərin təhlükəsizliyini təmin edir
Məbədlərin, nəhəng heykəllərin, gəmilərin və artefaktların batmış dünyası
Dünyanın ən sirli möcüzəsinin altında gizlənmiş kəşflər bütün məlum tarixə meydan oxuyur
Əfv müqabilində ambisiyalarından və siyasətdən uzaq duracağını vəd edən “Müsəlman qardaşlar” ...
Qahirə bu məbləği 4 ildən sonra ilk dəfə tam şəkildə alacaq
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
İslam dünyasının iki sütunu olan bu iki ölkə münasibətlərində gözləntilər ...
AB Körfəz ölkələri ilə münasibətləri yaxşılaşdırır
Misir “Müsəlman Qardaşlar”la anlaşa bilərmi?
Qətərlə diplomatik əlaqələrin dayandırılması barədə daha bir ölkə bəyan edib. Bu, Maldiv adalarıdır.
***
Yəmən və Liviya bir sıra ərəb ölkələrinin Qətərə münasibətdə qəbul etdikləri qərara qoşulublar. Bununla da Qətərlə diplomatik əlaqələri kəsən ölkələrin sayı 6-ya çatıb.
Xarici KİV-lər xəbər verir ki, bazar ertəsi günü səhər Yəməndəki Ərəb koalisiyası Dohanı Əl-Qaidə və İŞİD terror qruplaşmalarını dəstəkləməkdə təqsirləndirərək Qətəri öz sıralarından çıxardıqlarını bildiriblər. Bir qədər əvvəl eyni bəyanatla Liviya da çıxış edib.
Xatırladaq ki, ilk olaraq Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətəri terror təşkilatlarını dəstəkləməkdə və bu ərəb ölkələrində daxili sabitliyi pozmaq cəhdlərində ittiham edərək onunla diplomatik və konsulluq əlaqələrini kəsdiklərini elan ediblər.
Qətər isə öz növbəsində ərəb ölkələrinin bu qərarından təəssüfləndiyini və onu əsassız hesab etdiyini bildirib. Həmçinin Doha ərəb ölkələrinin qəbul etdiyi qərarın ölkə vətəndaşlarının və rezidentlərinin həyatına təsir göstərməyəcəyi barədə bəyanat yayıb.
***
«Uzun illərin müttəfiqləri arasında münasibətlərin gərginləşməsi çoxları üçün gözlənilməz oldu». Bu fikir «Atlas» Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğluna məxsusdur.
Politoloq düşünür ki, Səudiyyə Ərəbistanı Qətəri terrorçulara dəstək verməkdə və İranla məxfi münasibətlərdə ittiham edir: «Məncə, elə əsas səbəb ikincidir. Çünki Qətərin müxtəlif terrorçu qruplaşmalara dəstək verməsinə dair xəbərlər illərdir dolaşır. Ancaq buna görə Səudiyyə Ərəbistanı Qətəri ittiham etmirdi, əksinə bu dövlətlə əməkdaşlığına davam edirdi. Qətər müstəqil oyunçu kimi İranla əlaqə qurmaq istəyib. Bu isə Ər-Riyadın narahatlığına səbəb olub. Çünki Səudiyyə Ərəbistanı kral ailəsinin yanaşmasına görə, onunla müttəfiq olan, müxtəlif əməliyyatlarda birgə iştirak edən dövlətin İranla gizli təmaslara başlaması ərəb-sünni ittifaqının maraqlarına ziddir».
Elxan Şahinoğlu fikrincə, Səudiyyə Ərəbistanı Qətərə dəhşətli zərbə vurdu: «Ər-Riyad özü ilə bərabər müttəfiqlərini də Qətərlə diplomatik əlaqələri kəsməyə vadar etdi. Qətər qaş düzəltmək istəyərkən, iki gözündən də məhrum olmaq üzrədir. Tək diplomatik münasibətlər kəsilmir, Səudiyyə Qətərlə iqtisadi və siyasi əlaqələri də dondurur. Doğrudur, Qətər zəngin qaz ölkəsidir, ancaq təkbaşına və ətraf aləmlə mühasirə şəklində necə inkişaf edəcək? İranla təmaslara genişlənidmək naminə ərəb dünyasından təcrid olunmaq Qətərə baha başa gələ bilər. Hələ üstəlik 2022-ci ildə futbol üzrə dünya şempionatına ev sahibliyi edəcək Qətər bu yarışmanı da təhlükə altına atır. Digər tərəfdən Ər-Riyadın “Qətər terrorçulara dəstək verir və İranla gizli əlaqələr qurur» iddiasına Qərb dünyası da şərik çıxa bilər. Bu halda Qətərin vəziyyəti daha da ağırlaşacaq. Doğrudur, Amerikanın Qətərdə hərbi bazası var. Ancaq Amerikanın Səudiyyə Ərəbistanındakı maraqları daha vacibdir. Türkiyə və Azərbaycanın də Qətərlə münasibətləri var. Ər-Riyadın qərarı Ankara və Bakı üçün əsas deyil. Buna rəğmən, biz də ərəb ittifaqında baş verən bu çata diqqət yetirməliyik».