vaxtlı-vaxtında oxuyun! Şənbə, 10 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
ABŞ barışığa çağırır 16:16 | 5 iyun 2017 | Bazar ertəsi Məqaləyə 1749 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ barışığa çağırır

Aparıcı ərəb ölkələri İŞİD-in bir nömrəli dəstəkçisini aşkarlayıb əlaqəni kəsdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Fars körfəzinin dörd iri ölkəsi Qətəri İŞİD və «Əl-Qaidə» terrorunun əsas sponsoru və dəstəkçisi elan edərək bu ölkə ilə diplomatik əlaqələri kəsib.

Virtualaz.org xəbər verir ki, əvvəlcə Bəhreyn Qətəri onun daxili işlərinə qarışmaqda günahlandıraraq Doha ilə diplomatik münasibətləri kəsdiyini elan edib. Ardınca Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirlikləri Qətəri İŞİD-in əsas sponsoru və dəstəkçisi elan edərək onunla diplomatik münasibətləri kəsdiklərini bəyan edib. Bütün bu ölkələr eyni zamanda Qətərlə hər cür nəqliyyat əlaqələrini də kəsdiklərini bildiriblər. Habelə Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və  digər ərəb ölkələrinin Ər-Riyadın öncülüyündə yaradılmış koalisiyası Qətərin Suriyada İŞİD-ə qarşı əməliyyatlarda iştirakını dayandırdırıblar.

Körfəzin dörd aparıcı ölkəsinin Qətərlə diplomatik münasibətləri kəsərək onu radikal islamçı terrorun bir nömrəli sponsoru və himayəçisi elan etməsi gözlənilməz olmaqla yanaşı eyni zamanda sensasion hadisədir. İŞİD-i kimin yaratdığı və bu qəddar terror qruplaşmasını kimlərin maliyələşdirdiyi barədə müzakirələr həmişə gündəmdə olub. Bir çox konspiroloqlar bu terror təşkilatının arxasında İsrailin dayandığı, digərləri İŞİD-i ABŞ-ın yaratdığı haqda danışıblar, hələ də danışmaqdadırlar. Eləcə də İŞİD-in əsas sponsorunun Körfəzin zəngin ərəb ölkələri olduğu haqda çox danışılıb.

Lakin indi bunu regionun aparıcı ərəb ölkələri özləri elan edir və hətta konkret ünvan göstərib Qətəri İŞİD-in sponsoru kimi göstərir. Həmin ölkələrin konkret hansı situasiyanın təsiri altında bu radikal addımı atdığı məlum deyil. Qətər isə onların qərarını əsassız sayır. Əmirliyin Xarici İşlər Nazirliyi bəyan edib ki, dörd ərəb ölkəsinin Doha ilə diplomatik münasibətləri kəsməsi «əsassız qərardır». Nazirlik həmin ölkələrin bu qərarına görə təəssüfləndiklərini bildirir. Qətər terrorun dəstəkçisi olduğu barədə ittihamları «boşboğazlıq» adlandırır.

Körfəz ölkələrinin müttəfiqi ABŞ isə hadisədən təəssüflənir. Dövlət katibi Reks Tillerson bəyan edib ki, dörd ərəb ölkəsinin Qətərlə diplomatik münasibətləri kəsməsi qlobal miqyasda terrorla mübarizəyə əhəmiyyətli təsir göstərməyəcək. «Mən gözləmirəm ki, bunun hansısa mühüm təsiri olsun. Region ölkələri danışıqlar masası arxasına keçməlidir və ABŞ vasitəçilik etməyə hazırdır. Hesab edirik ki, Fars körfəzinin ərəb ölkələrinin əməkdaşlıq Şurası parçalanmamalıdır və buna nail olmaq üçün hansısa rol oynaya bilsək çox mühüm olardı», - Tillerson jurnalistlərə deyib.

Son məlumata görə Qətərlə diplomatik əlaqələr kəsən ölkələrə Yəmən, Liviya və Maldiv adaları da qoşulub. Qətərlə Körfəzin digər ölkələri arasındakı bu böhran Ər-Riyadda keçirilən ABŞ-Ərəb sammitindən cəmi bir həftə sonra baş verir. Həmin sammitdə terror problemi və Fələstin müzakirə olunub.