vaxtlı-vaxtında oxuyun! Şənbə, 10 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BÖHRAN  
«İntiqam almayacağıq» 15:01 | 6 iyun 2017 | Çərşənbə axşamı Məqaləyə 1899 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İntiqam almayacağıq»

Qətərdən barışıq mesajı

MÖVZU İLƏ ƏLAQƏLİ

Qətər Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də daxil olmaqla, onunla diplomatik əlaqələri kəsən bəzi ərəb ölkələrinə ismarıc göndərib.

«Reuters»in məlumatına görə, Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin əs-Sani körfəzdəki qonşularından intiqam almayacaqlarınıı açıqlayıb.

Əs-Sani «məsələlərin dialoq yoluyla həll edilməsinin lazım gəldiyini» söyləyib.

Qətərlə diplomatik əlaqələri kəsən ölkələrdən biri olan Misir bu gün saat 07:00-dan etibarən «ikinci bir əmr verilənə qədər» Qətər təyyarələrinə hava məkanını bağlayıb.

Səudiyyə Ərəbistanı və Bəhreynin də gün ərzində hava məkanını bağlayacaqları gözlənilir.

Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Yəmən və Liviya hökuməti dünən Qətərlə diplomatik əlaqələrin dayandırıldığını bəyan etmişdi. Buna səbəb isə Qətərin terror qruplaşmalarını dəstəkləməsi göstərilib.

Bu ölkələrin Qətər təyyarələrinə hava məkanını bağlaması nəticəsində Qətərdən havaya qalxaraq qərb istiqamətində hərəkət edən təyyarələrin qonşu ölkələrin ətrafından fırlanması lazım gələcək.

Qətər ittihamları rədd edərkən ölkə birjası ötən günü 7,2 faiz enişlə başa vurub. Somali hava məkanından istifadə edən Qətər təyyarələrinin sayında böyük bir artımın müşahidə edildiyi bildirlir.

Qətərin paytaxtı Dohada yerləşən və bu regionun ən böyük hava limanı sayılan Hamad Beynəlxalq Hava Limanının və Qətər Hava Yollarının bu qadağadan ziyan görəcəyi gözlənilir.


Prezident Ərdoğandan Qətər diplomatikası


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş verən son hadisələrdən sonra müxtəlif liderlərlə bir sıra telefon danışıqları aparıb.

Erdoğan Qətər əmiri Şeyx Təmim bin Hamad əs-Sani ilə yanaşı, Rusiya prezidenti Vladimir Putin, Səudiyyə Ərəbistanı kralı Səlman bin Abduləziz əl-Səud və Küveyt əmiri şeyx Sabah əl-Əhməd əs-Sabah ilə telefon danışığında onları bölgədəki gərginliyi azaltmağa çağırıb.

Prezidentin məlumat mənbələri Ərdoğanın danışıqları davam etdirəcəyini açıqlayıb.